Litvanın paytaxtı Vilnüsdə Avropa Birliyinin III "Şərq Tərəfdaşlığı" sammitində iştirak etmək üçün Avropaya səfər edən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri paytaxtda gəzinti zamanı maraqlı məqamla rastlaşıblar. QHT təmsilçisi, iqtisadçı Qubad İbadoğlu Vilnüsdə diqqət çəkən ilk məqamlardan birinin orada ərzaq məhsullarının qiymətinin ucuz və “Ağdam” çaxırını görmələrinin olduğunu bildirib: "Burada mal ətinin 1kq-nı 3-4 manata, toyuq ətinin 1 kq-nı 1,5 manata, kərə yağının 1kq-nı 3,5 manata, birki yağının 1 litrini 1manat 20 qəpiyə, bananın 1 kq-nı hətta 60 qəpiyə də almaq olar. Yerli istehsal olan və vaxtilə məşhurluğu ilə seçilən və keçmiş SSRİ-də tanınan “Ağdam” çaxırını isə 2 manat 20 qəpiyə satırlar".
Sorğu
Yeni dizaynımız necədir?