Dağlıq Qarabag müharibəsi veteranlarının Nəcməddin Sadıqov haqqında söylədikləri dosyenin gizlinləri...
Dəyərli oxucular! Şəmkir rayon sakini (hal-hazırda RF-da yaşayan və rayonla əlaqəsini itirməyən) 1955-ci il təvəllüdlü hərbi həkim Elbrus Mütəllimovun vaxtilə Nəcməddin Sadıqov haqqında danışdığı fikirləri, Dağlıq Qarabag müharibəsi veteranı, ehtiyatda olan ədliyyə mayoru, 1949-cu ildə Şəmkir şəhərində anadan olmuş Nağıyev Bəhlul Oruc oğlu redaksiyamıza təqdim edərək bildirdi ki, “bu şəxs generalın atdığı addımlar haqda kifayət qədər məlumatı olan şəxsdir”. Odur ki, Bəhlul Oruclunun redaksiyamıza təqdim etdiyi və Elbrus Mütəllimova məxsus fikirləri diqqətinizə çatdırırıq. O, qeyd edib ki, “28 fevral 1993-cü ilin soyuq, şaxtalı günlərindən bir idı. Agdərə rayonunun daglıq hissəsində yerləşən Dranbon kəndinin ətrafında idik. Mənim tibbi yardım maşınımda Nəcməddin Sadıqovla hərbi hissə komandiri polkovnik R.Maqammedov arasında mübahisə düşdü. Polkovnik Maqammedov N.Sadıqova izah edirdi ki, (başa salırdı) Dranbona hücum etmək, şəxsi heyəti yüz faiz qırgına göndərmək deməkdir. Çünki, kəndin bütün yolları minalanıb. N.Sadıqov isə ondan təqribən 10-15 yaş böyük olan agsaqqal polkovnik Maqammedovu söyərək (ana söyüşü ilə) ona sillə vurdu və “mən kəndə kəşfıyyat göndərmişəm, orada heç kim yoxdur, kəndin ətrafı da minalanmayıb dedi. Odur ki, keçin hücuma”. Həmin vaxt N.Sadıqovun yalnış və təxribat xarakterli əmrindən polkovnik Maqammedovun alayına məxsus şəxsi heyyətin 90%-i minalara düşdülər. Meyitlərin (şəhid olanların) çoxunu belə götürmək mümkün olmadı. Dəyərli oxucular! Nəzərinizə çatdıraq ki, polkovnik Maqammedov SSRİ-nin vaxtında (zamanında) desant polkunun (alaynın) komandiri olub. Əfqanıstan müharibəsində iştirak edib və təqüddə olsa da Qarabag müharibəsinə könüllü gəlmişdi. Həmin vaxtlarda general N.Sadıqov polkovnik Maqammedova verdiyi şantaj və təxribat xarakterli əmri, digər tabor və hərbi hissə komandirlərinə də vermişdi. Ona görə də altı rayon onun və onu müdafıə edənlərin hesabına düşmən qüvvələri tərəfindən ələ keçirildi və nə qədər vətəndaşlarımız həlak oldular, köçgün və qaçqın düşdülər.
Digər Qarabag müharibəsi veteranı, ehtiyatda olan mayor (soyadı redaksiyaya məlumdur) N.Sadıqovun çox kobud oldugunu, tabeliyində olanlara qarşı yuxarıdan aşagı baxdığını, şəxsi heyəti rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər an rus dilində təhqir edib alçaltmaga meyilli olan bir zabit, bir komandir oldugunu bildirərək dedi: “1992-ci ilin oktyabr ayı idi. N.Sadıqov xidmət etdiyim Gədəbəy rayonu ərazisində yerləşən hərbi hissəyə gəldi və qərargahda qışqıra-qışqıra bir hay-həşir saldı ki, gəl görəsən. Hərbi hissə komandiri, polkovnik Cahangir Rüstəmovu rus dilində söyüb təhqir etdi, döyüş xəritəsini cırıb getdi. N.Sadıqovun belə bir davranışı, yəqin ki, hərbi hissənin şəxsi heyəti arasında ruh düşkünlüyü yaratmaga yönəlmiş addım idi. Amma o, bunu bacarmadı və özünə qarşı şəxsi heyyətin nifrətini qazandı. O, bizim hərbi hissəyə iki həftədən sonra təkrar bir də gəldi. Bu dəfə o, sərxoş vəziyyətdə vertalyotdan düşərək onu qarşılamaq üçün sırada dayanan şəxsi heyyətə məhəl qoymadan, yüngül təbii tələbatını ödədi və vertalyota minərək Bakıya qayıtdı”. Veteran mayor 1994-cü il fevral ayında Kəlbəcər hadisələrində iştirak edib və N.Sadıqovun qeyri - insani hərəkətinin də şahidi olub. Belə ki, N.Sadıqov hərbi hissənin həkimi, baş leytenant Hacıyev Nicatın ilk əvvəl paltarını soyundurur və əllərini kəndirlə baglatdıraraq çaya atdırır. Bir neçə saat soyuq suda qalan həkim çox keçmir ki, xəstəlik tapır və ona görə də erkən dünyasını dəyişir. Haşiyə: İkinci dünya müharibəsi zamanı faşistlər hərbi əsirlərlə belə davranmayıb. Dəyərli oxucular! İndi bu generala özünüz qiymətinizi verin?! Deyilənlərə görə həkim N.Sadıqovun bir təxribatının qarşısnıı alıb. 1994-cü ilin fevral ayının 8-də Murovda ag evdə Nəcməddin Sadıqov Qarabag müharibəsi ilə əlaqəli rayonların icra başçılarını yıgaraq iclas keçirir və əvvəlcə onlara həmin rayonların botalyonlarının qaçması ilə baglı, əgər məlumatı olarsa cəzalandırılacaqlarını bildirir. Sonra da döyüş itkilərinin çox olması barədə mərhum prezidentimiz Heydər Əliyevə məlumat vermələrini tövsiyyə edir. Özü isə belə məruzə edir: “Qospadin Prezident, net osnovaniya dlya bespokoivatsiya, Kəlbəcər naxoditsiya naşix rukax idut upomıye boı”. (Cənab Prezident narahat olmaga əsas yoxdur, Kəlbəcər bizim əlimizdədir. Şiddətli döyüşlər gedir) Ona görə də 25 il Azərbaycan ordusunda yüksək vəzifədə “əvəzolunmaz və toxunulmaz” general kimi qalmaqdadır. Baxmayaraq ki, ötən illər ərzində dörd dəfə hərbi nazir dəyişib, onun apardıgı hərbi əməliyyatların hər biri uğursuzluğa düçar olub. Belə generallar dövlətçiliyin qorunması üçün yox, azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin maraqlarına uygun xidmət edir. Əgər ikinci Qarabag müharibəsi başlayarsa ruhən xalqımıza yad olan, Azərbaycan dilini öyrənib bu dildə danışmagı özünə rəva bilməyən Nəcməddin Sadıqov kimi generalların xalqımıza qarşı məkrli münasibətindən itkilərimiz çox olacaq. Belə generalların varlığı kimlərəsə sərf edir. Çünki, bunlar hərbi əməliyyatlar zamanı kütləvi qırğınların yollarını yaxşı bilirlər.
P.S. Hörmətli oxucular! Dərc etdiyimiz bu məqalədə səslənən ittihamlar, məhz Bəhlul Oruclunun redaksiyamıza təqdim etdiyi əlyazmalar əsasında hazırlanıb. Odur ki, səslənən ittihamların nə dərəcədə həqiqət olub-olmaması haqda nəsə deyə bilmərik. Deyəcəyimiz söz o olacaq ki, hər kəs Vətən yolunda çalışmalı, onu göz bəbəyi kimi qorumalıdır.
Bəhlul Orucoglu Azərbaycan Yazıçılar və Jumalistlər Birliyinin üzvü, Qarabag müharibəsi veteranı, ehtiyatda olan ədliyyə mayoru, şair-publisist
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?