GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Mahmudovun seçdirdiyi deputatın mülkləri OCCRP dosyesində...

Eldar Mahmudovun seçdirdiyi deputatın mülkləri OCCRP dosyesində...

Tarix: 10-10-2017, 12:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 619
Eldar Mahmudovun seçdirdiyi deputatın mülkləri OCCRP dosyesində...


Kərəm Həsənovla qardaşı Malik Həsənovun Çexiyadakı mal-mülkləri, biznes imperiyası qalmaqallı Araşdırma Qrupunun materiallarında yer alıb

MTN işinə görə “qələmi qırılan” Həsənovlar Avropaya daşınaraq qaçış xəttində dayanıblar - Detallar

Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun vəzifəsini itirmək təhlükəsi hələ də sovuşmayıb. “Gündəm-Xəbər”-ə daxil olan xəbərə görə, MTN işindən güclə qurtulan komitə sədrinin yenə başı cəncəldədir.

OCCRP-in Malik Həsənov dosyesi

Onun adı Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) tərəfindən hazırlanmış qalmaqallı materiallarda keçir.

Daha doğrusu, deputat qardaşı Malik Həsənovun Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında adı var.

Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyini K.Həsənov və M.Həsənov yaxşı bilirlər.

Bilgilərə görə, komitə rəhbəri bu faktın qabağında aciz qalıb və siyasi rəhbərliyin sorğu-sualına nə cavab verəcəyini bilmir.

Çünki bu dəfə onun “qələmi qırılıb” və 2018-dən sonra Həsənovlar siyasi həyatda olmayacaqları ehtimalı var.

Mətbuatda gedən yazılara görə, beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər.

Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı. Ümumiyyətlə, K.Həsənovun adı 2015-ci ildən mətbuatın dilindən düşmür.

Komitə sədrinin fəaliyyəti, qalmaqallı işləri, neqativ əməlləri, müxtılif əməliyyatlarda iştirakı, yaxınlarının özbaşına hərəkətləri prezidentə təqdim olunmuş dosyedə yer alır.

Benetiçe və Karlovı Varıda zavodlar

“Gündəm-Xəbər”in mediaya istinadən verdiyi məlumata görə, Kərəm Həsənov Azərbaycanda yığdığı milyonlar hesabına Çexiya və Dubayda böyük biznes şəbəkəsi qurub.

Çexiya yeyinti sənayesində Həsənovun böyük pay sahiblərindən biri olduğu qeyd olunur. Onun bu ölkədə yüngül və yeyinti sənayesinə daha önəm verdiyi bildirilir, mineral su və pivə istehsalına böyük kapital yatırımı etdiyi iddia olunur.

Həsənovun Çexiyanın müxtəlif bölgələrində, xüsusən də Benetiçe və Karlovı Varı şəhərlərində mineral su zavodları olduğu deyilir.

Bu zavodlarda istehsal edilən mineral suların bir qismi çex bazarlarına çıxarılsa da, daha böyük qismi Avropa ölkələrinə satılır. Lakin həmin suların Azərbaycana idxal olunduğu da vaxtında təsdiqini tapıb.

Bu suların Azərbaycandakı satışını həyata keçirən və rəsmi distribüteri hesab edilən ”Mattoni"nin də komitə sədri və ona yaxın olan adamlara məxsus olduğu deyilir. Həmçinin komitə sədrinin Çexiya və Birləşmiş Ərəb Əmirliyində xeyli sayda i tirahət və əyləncə mərkəzinə sahib olduğu bildirilir.

Həsənovlar qaçış xəttində

“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, Həsənovların biznesini Avropaa köçürməsi haqda yerli mətbuat zaman-zaman yazmasına baxmayaraq Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) tərəfindən hazırlanmış faktların rezonansı xüsusidir.

Həsənovların xaricdə biznes qurmasının arxasında isə vəzifə itirildikdən sonra ölkəni tərk etmək planı dayanır. Məmurların qaçış xəttində startda durması onların ölkənin sərvətlərini çapıb-taladıqdan sonra aradan çıxmağa hesablanıb.

Hakimiyyətdə karyera yüksəlişi olmayacağını yaxşı anlayan komitə sədri və deputat qardaşı Ziya Məmmədovun aqibətini yaşayacaqlarını bilir. Xüsusən də MTN işində Kərəm Həsənovun adının keçməsi bu klanın “qələmini qırıb”.

Mətbuatda gedən iddialara görə, K.Həsənovun qardaşı ən azı 2-3 aydan bir İsveçrəyə səfər edir. O, müxtəlif üsullarla onun Azərbaycandan çıxartdığı pulları bank hesablarına yatırdır.

Bu səfərlərin mövcudluğunu sübut etmək üçün onun pasportundakı giriş və çıxış qeydlərinə baxmaq kifayətdir.

Görünür ki, 2018-dən sonra vəziyyət mürəkkəbləşə bilər. Hazırda məmurlar öz uşaqlarını və bizneslərini ölkədən çıxarırlar. Onların sabaha təminatı yoxdurş.

Qafqazın şeyxi Allahşükür Paşazadənin oğlunun ölkəni ailəsi ilə birgə birdəfəlik tərk etməsi də açıq mesaj idi.

Sabaha təminat olmadığını yaxşı anlayan vəzifəlilər siyasi böhran zamanı balalarının buna hazır olmayacaqlarını bilirlər.

Şeyxin oğlu isə Azərbaycandan köçən ilk iqtidar adamının övladı deyildi. Mərhum energetika naziri Natiq Əliyevin oğlu, AZAL prezidenti Cahangir Əsgərovun övladları, (bu günlərdə kosmetik dükanı yandırıldı - müəllif), məhbus bankir Cahangir Hacıyevin ailəsi, MTN rəhbəri Eldar Mahmudovun ailəsi, nəqliyyat naziri olmuş Ziya Məmmədovun oğlu və nazir qudası Heydər Əsədovun qızı, mədəniyyət naziri Əbülfəs Qarayevin qızı, Baş nazirin müavini İsmət Abbasovun oğlu (Londonda), Mərkəzi Bank sədri Elman Rüstəmovun qızı Azərbaycandan çıxarılıblar. Bu, son da deyil və axarı olacağı şübhəsizdir. Eynilə Kərəm Həsənov üçün də vəziyyət gərgindir.

Kərəm Həsənovun əmi oğlundan qoçuluq

Bu günlərdə vətəndaşı qanına qəltan edən Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun doğma əmisi oğlu Kamal Nurməmməd oğlu Həsənov da bu klana zərbə vurdu.

Biləsuvar rayon Ovçubərə kənd sakini Eyniyeva Gülsabah Havarxan qızı müraciət ünvanlamışdı.

Onun şikayəti Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun doğma əmisi oğlu Kamal Nurməmməd oğlu Həsənovdan idi.

O, Kamal Həsənovu və ətrafını qanunsuzluqda, övladlarını vəhşicəsinə döyməkdə ittiham edirdi. Bu barədə mətbuatda döyülən şəxsin qan içində olan fotoları da yayımlanıb.

Eldar Mahmudovun seçdirdiyi deputatın mülkləri OCCRP dosyesində...


Komitə sədrinin əmisi oğlunun törətdiyi cinayət də yuxarılarda ciddi hiddət doğurub. Prezident ətrafında onun siyasətinə xələl gətirən belə qüvvələri tək-tək təmizləməkdədir.

Ona görə də Cəlilabad və Biləsuvarda “at oynadan”, rayonu viran qoyan, Fərhad Əliyev və Eldar Mahmudov söhbətlərinə görə unudulmayan Kərəm Həsənovun komitəsinin ləğvi, özünün istefaya göndərilməsi gündəmdədir.

Komitəni ofsayda salan sərəncam

“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin prosesdən kənarda saxlanması da prosesin tərkib hissəsidir.

Belə ki, adıçəkilən fərmana əsasən, bundan sonra Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi Prezidentin qərarları ilə həyata keçiriləcək.

Xatırladaq ki, bu fərmana qədər özəlləşdirmə prosesi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilib.

Maraqlıdır, prezident niyə yeni sərəncamıyla Kərəm Həsənovu “oyundankənar” vəziyətdə qoydu?

Bu, ona olan etimadın zəifləməsidir, yoxsa burada özələşdirmə proseslərində yol verilən qanun pozuntuları, rüşvət, korrupsiya, qrup oyunları və sair məqamların təsiri varmı?

Kərəm Həsənovun özəlləşdirmə prosesində dövlətin ümdə maraqlarını təmin edə bilmədiyi göz önündədir və bunu prezident İlham Əliyev keçirdiyi müşavirədə dilə gətirib:

Xatırlayırsınızsa, həmin müşavirədə prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması barədə tapşırıq verdi və dedi ki: “Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik.

Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var”.

İstisna deyil ki, indiyə qədər qorunan bir çox dövlət müəssisələri də özəlləşdiriləcək. Hətta “Azərsu” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, dövlət nəzarətində olan digər böyük səhmdar cəmiyyətlərinin, böyük səhiyyə, emal, nəqliyyat, xidmət müəssiələrinin, zavodların və s. özəlləşdiriləcəyi istisna olunmur.

Bu sərəncam göstərdi ki, komitənin səlahiyyətləri getdikcə azalacaq, ASAN Xidmətə veriləcək və lazımsızlaşan bu quruma çevriləcək.

Yekunda komitə Torpaq və Xəritəçəkmə komitəsinin, Kərəm Həsənov da vaxtilə düşmən olduğu Qərib Məmmədovun aqibətini yaşayacaq. Odur ki, xaricdə biznesini şaxələndirən Həsənovların dosyes beynəlxalq araşdırmaçıların diqqətindən kənarda qalmayıb.

Hakimiyyətin isə həm bu faktlara, həm MTN işinə görə Həsənovları bağışlamayacağı bildirilir. K.Həsənovun təşvişi da burdan qaynaqlanır.

Mahmudovun deputatı OCCRP-də

“Gündəm-Xəbər” xatırladır ki, Milli Təhlükəsizlik Nazirliyi ilə Rabitə Yüksək Texnologiyalar Nazirliyindəki yüksək çinli məmurların qruplaşmasında Əmlak Məsələləri Dövlət Komitəsinin də çinovniklərinin olduğu üzə çıxıb.

Dövlət başçısının təhlükəsizlik sektorunda etimad göstərdiyi məmurların əlbir olaraq cinayətkar bir şəbəkə formalaşdırması və prezidentə, dövlətə xəyanət etməsi sübuta yetirilməkdədir.

Malik Həsənovun 2015-ci ildə keçiriləcək parlament seçkilərində də YAP-ın siyahısına adının düşməsinin səbəbkarı elə sabiq MTN şefi Eldar Mahmudov olub.

Komitə sədri ilə MTN nazirinin arasında milyonluq sövdələşməsi baş verib. Kərəm Həsənovun ətrafından Eldar Mahmudovun toruna düşən ilk yüksək vəzifəli şəxs isə Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov olub.

Məhəmməd İmanovun Əmlak Komitəsində əsas kilid adamlardan biri olduğu və KərəmHəsənovun "qara kasası" rolunu oynadığı bir çoxlarına bəllidir.

Məhəmməd İmanovun ən yaxın adamı hansısa bir obyekti özəlləşdirmək üçün külli miqdarda rüşvət aldığı zaman MTN-nin işçiləri tərəfindən həbs olunub.

Zöhrab Təmrazov
gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputat Malik Həsənovun da Çexiyada əmlakı üzə çıxdı

    Deputat Malik Həsənovun da Çexiyada əmlakı üzə ...

    18-09-2017, 15:13

  • 
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Həsənov qardaşları “MTN sunamisi”ndən necə yayındı? – İLGİNC DOSYE

    Həsənov qardaşları “MTN sunamisi”ndən necə ...

    1-09-2016, 18:56

  • 
  • Kərəm Həsənovun qara günləri başlayıb

    Kərəm Həsənovun qara günləri başlayıb ...

    9-05-2014, 12:26

  • 
  • Kərəm Həsənov imkanlı adamları MTN-nə necə satırmış?- KOMİTƏ SƏDRİ ELDAR MAHMUDOVA 200-Ə YAXIN "İŞ" VERİB

    Kərəm Həsənov imkanlı adamları MTN-nə necə ...

    17-11-2016, 00:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu