GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Deputat Malik Həsənovun da Çexiyada əmlakı üzə çıxdı

Deputat Malik Həsənovun da Çexiyada əmlakı üzə çıxdı

Tarix: 18-09-2017, 15:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 459
Deputat Malik Həsənovun da Çexiyada əmlakı üzə çıxdı


Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – təbii ki, millət vəkilinə qadağan edilmiş biznesdən...

Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) Azərbaycan haqqında araşdırmalarını davam etdirir.

OCCRP-in son yaydığı məlumatda Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun da adı var.

Bu faktın məhz OCCRP tərəfindən üzə çıxarılması təsdiqləyir ki, təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib.

Reyestr xidmətində olan iri korrupsiya pulları daşınmaz əmlak sektoruna rəhbərlik edən komitə rəhbərini sürətlə varlandırıb.

Araşdırma yazısında məhz Malik Həsənovun adının keçməsi ondan xəbər verir ki, başqa deputatlardan fərqlənir. Lakin o da deyilməlidir ki, M.Həsənov təkcə qardaşının sayəsində mandat sahibi olmayıb.

Onun MTN şefi Eldar Mahmudovla əlaqələrinin olduğu barədə zaman-zaman mediada iddialar tirajlanıb. İddialara görə, o, Mahmudovun siyahısından parlamentə düşmüşdü.

Elə bir müddət əvvəl komitə rəhbəri Kərəm Həsənovun Eldar Mahmudovla işbirliyinin üzə çıxması və mətbuat səhifələrini bəzəməsi Həsənovların “quyruğunu qapı arasında” qoymuşdu.

Media emissarları hesabına MTN-lə işbirliyini ört-basdır etməyə çalışan K.Həsənov siyasi iqtidarın qəzəbindən özünü qorumağa müvəffəq oldu.

Çünki onun postundan getməsi ilə yanaşı həbs təhlükəsi var idi. Odur ki, bəzi media dostlarının xahişi ilə Həsənovlar barəsində məqalələrə ara verilmişdi.

MTN işi üzrə Reyestr Xidməti rəhbəri Məhəmməd İmanovun da həbsi sübut edirdi ki, daşınmaz əmlakın qeydiyyatı işlərində Kərəm Həsənovla Eldar Mahmudovun birgə əməliyyatları olub. Lakin M.İmanovu qurban verməklə komitə rəhbəri özünü xilas elədi.
Bu dəfə isə qardaşların adı 3 milyardlıq səs-küylü korrupsiya əməliyyatında keçir. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər.

Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı.

Anaxeber.Az-ın verdiyi məlumata görə, Kərəm Həsənov prezidentin etimadını çoxdan itirib. Komitə rəhbərinə verilən möhlət də məhz Ziya Məmmədov kimi bitirilməsinə hesablanıb.

Ölkədə gedən sosial və struktur islahatları çərçivəsində reyestr xidməti sahəsinin ASAN Xidmətə verilməsi və komitənin ləğvi nəzərdə tutulur.

Millət vəkilləri, ekspertlər də zaman-aman bu təkliflə çıxış ediblər ki, komitə ləğv olunaraq hansısa nazirliyə yaxud da ASAN-a verilməlidir.

Malik Həsənov da qardaşına söykənərək mandatını saxlayıb. Eldar Mahmudov kimi dayağını itirdikdən sonra yeganə dəstəyi Kərəm Həsənovdur. Komitə rəhbəri isə gedəcəyi halda Malik Həsənov üçün bu, sonuncu parlament fəaliyyəti olacaq.
Üstəlik, MTN işindən sonra nüfuzunu və etimadını itirmiş Həsənovların 3 milyardlıq korrupsiya qalmaqalında da adının hallanması qardaşlar üçün son ola bilər.

Xatırladaq ki, bundan qabaq özəlləşdirmə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun tətbiq edilməsi barədə 10 avqust 2000-ci il tarixli fərmanla, müvafiq icra hakimiyyəti - əvvəlcə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, sonra isə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilirdi. İndi bu səlahiyyət ondan alınıb.

Heç şübhəsiz ki, belə bir qərarın verilməsi Kərəm Həsənovun gələcək taleyini sual altında buraxır. Komitə sədrinin səlahiyyətsiz bir kreslo sahibinə çevrilməsi prosesinin başlanğıcı qoyulub.

Bu, bir növ nəqliyyat naziri Ziya Məmmədovla bağlı gedən prosesi xatırladır. Onun da portfelsiz nazirə çevrilməsinə nəqliyyat sahəsində həyata keçirilən layihələrlə bağlı qərar vermək səlahiyyətlərinin əlindən alınması ilə başlanmışdı.

Məsələn, Qərib Məmmədovun "vurulmasında”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilərək səlahiyyətlərinin əhəmiyyətli hissəsinin Kərəm Həsənova verilməsində Eldar Mahmudovla Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun müstəsna xidməti olduğu iddia edilir.

Mahmudovun, həmçinin, Kərəm Həsənovun iri zavodları, səhmdar cəmiyyətləri zor gücünə ələ keçirməsinə yardım etdiyinə, etiraz edənləri MTN-nin zirzəmisində işgəncə ilə yola gətirdiyinə dair iddialar var.

Bundan başqa, K.Həsənovun MTN-ə həbslər sifariş etdiyi, E.Mahmudovun vasitəsilə rəqiblərini və düşmənlərini sıradan çıxarmağa çalışdığı barədə də təsdiqini tapmış faktlar var.

Habelə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “vurulmasında” iştirakı, onun karyer yüksəlişinə səbəb olan həmyerlisi əleyhinə istintaqa ifadə verməsi, keçmiş nazirin yenidən biznesə qayıtmasına “yaşıl işıq” yandırılması K.Həsənova yaxşı perspektiv vəd etmir.

Siyasi iqtidarda həmyerlisi əleyhinə istintaqa ifadə vermiş, MTN-lə əlbir olmuş məmura heç də birmənalı münasibət göstərilmir.

Beləliklə, Həsənovların başı təzədən cəncəldədir və 3 milyardlıq korrupsiya işi qardaşların prezident önündə növbəti sınağıdır.../AnaXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovun adamının inanılmaz “işləkləri”

    Kərəm Həsənovun adamının inanılmaz “işləkləri” ...

    4-05-2014, 11:19

  • 
  • Kərəm Həsənovun Qaradağda reyestr imperiyası

    Kərəm Həsənovun Qaradağda reyestr imperiyası ...

    3-04-2014, 12:06

  • 
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Kərəm Həsənovun qara günləri başlayıb

    Kərəm Həsənovun qara günləri başlayıb ...

    9-05-2014, 12:26

  • 
  • Kərəm Həsənovun gizli kadr islahatı

    Kərəm Həsənovun gizli kadr islahatı ...

    11-04-2013, 11:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu