GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Suya qərq olan Binəqədi, nəcis qoxusu və icra başçısının dağları...

Suya qərq olan Binəqədi, nəcis qoxusu və icra başçısının dağları...

Tarix: 12-10-2017, 09:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 681
Suya qərq olan Binəqədi, nəcis qoxusu və icra başçısının dağları...


"Azərsu"nun tikdiyi kollektor niyə birinci yağışa tab gətirmədi?

"Sentyabrın 30-dan başlayaraq, Bakıya normadan artıq yağan yağışlar rayonumuzun bəzi magistral küçələrində və fərdi yaşayış evlərinin həyətyanı sahələrində su gölməçələrinin yaranmasına səbəb olmuş, həmçinin yollarda avtomobillərin hərəkətində məhdudiyyətlər yaranmışdır".


Bu fikirlər Binqədi rayon İcra Hakimiyyətinin Feysbukdakı səhifəsində oktyabrın 3-də yerləşdirilmiş məlumatda əksini tapıb. Yəqin ki, əlavə təfsilata ehtiyac yoxdur. Artıq rayon rəhbərliyi də bir az yağış yağdıqdan sonra Binəqədi ərazisində necə bərbad, acınacaqlı durum yarandığını etiraf edir.
Onu da qeyd edək ki, həmin məlumatın ikinci hissəsində deyilir ki, qeyd edilən tarixdən güclü yağış sularının törətdiyi problemlərin aradan qaldırılması istiqamətində dərhal aidiyyəti qurumlar, o cümlədən bələdiyyələr tərəfindən texnikalar əraziyə cəlb edilərək, yağış sularının mövcud kollektorlara yönləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülmüş və problemlər aradan qaldırılmışdır: "Məlumat üçün bildiririk ki, ərazilərdə yaranan müvəqqəti problemlər- yağış suları ilə dolmuş ərazilərdə su axının təmin edilməsi işləri davam etdirilir".

Ancaq məlumatın bu hissəsi o qədərə də həqiqətə uyğun deyil. Biz istisna etmirik ki, hansısa ərazilərə müəyyən sayda texnika çıxarılıb. Bu elə həmin səhifədə yerləşdirilən fotodan da aydın görünür. Təqdim etdiyimiz fotoda bir neçə kadr birləşdirilib və onların hamısı eyni məkanda çəkilib. Elə bu özü də təsdiq edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti əhalinin hədsiz narazılığından sonra gözdən pərdə açmaq üçün bu kadrları paylaşıb. Əgər doğrudan da İcra Hakimiyyətinin qeyd etdiyi kimi, "güclü yağış sularının törətdiyi problemlərin aradan qaldırılması istiqamətində dərhal aidiyyəti qurumlar, o cümlədən bələdiyyələr" hərəkətə keçsəydi, onda bir çox məkanlarda yağış sularının kollektorlara yönləndirilməsi işi aparılar və İcra Hakimiyyəti müxtəlif məkanlarda bu işlərin aparıldığının təsdiqi kimi fərqli məkanlardan, həm də fərqli və çoxli fotolar yayardı. Ancaq icra hakimiyyətinin məsələyə formal yanaşdığı, əhalini aldatdığı, yalan söylədiyi elə onun özünün paylaşdığı məlumatdan da gün kimi aydın görünür. Bu, öz yerində. İkinci tərəfdən, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov cənabları niyə bu vaxta qədər oturub gözləyirdi ki, yağış yağsın, küçələri sel-su bassın, kanalizasiya xəttləri dolub-daşsın və o, yalnız bundan sonra problemlə mübarizəyə başlasın? Görünür, icra başçısının yay istirahəti çox uzun çəkib, başı kef məclislərinə o qədər qarışıb ki, kanalizasiya məsələsi onun yadına düşməyib. Bir də ayıbdır axı, Xaləddin müəllim hara, Binəqədinin çirkab sular içində batması, kanalizasiya dərdi hara? Xaləddin müəllim çox mədəni adamdır, çox mühüm, ali, müqqədəs işlərlə məşğul olur. Məsələn, ev yıxmaqla. Yox, başqa cür başa düşməyin. Xaləddin müəllim qanunpərəst adamdır. O, yıxdığı evlərin adını "qanunsuz tikili" qoyur, sonra da yıxır. Heç çox vaxt da yıxmır, istədiyini alandan sonra humanistlik sərgiləyir və Sulutəpədə, Binəqədidə, Xocahəsəndə ev tikənlərə "yaşıl işıq" yandırır. Zatən Xaliəddin müəllimin "humanistliyinin" qiyməti elə də baha deyil. Qətiyyən. Ən çoxu 10-15 min manat. İndiki devalvasiya dövründə 10-15 min manat Xaləddin müəllim üçün nədir ki?... Siz də deyirsiniz ki, bu cür humanist, vətənpərvər, mənəviyyatlı, səxavətli, canım sizə desin, aristokrat adam durub kanalizasiya ilə məşğul olsun? Ayıb deyilmi?

Nə isə, mövzudan uzaqlaşmayaq. Mövzumuz yağış sularının Binəqədini bərbad, üfunətli vəziyyətə salması idi. Üfunət demişkən, məni bir sual çox maraqlandırır. Görən, Xaləddin müəllim avqust ayında Binəqədidəki möhtəşəm iqamətgahından çıxıb, bahalı avtomobilinə əyləşib, Binəqədi kəndində, Fatmayıya, Mehdiabada, ya olsun, Novxanıya gedibmi? Demirik, problemlərlə maraqlanmağa. Sadəcə, dəniz sahilində təmiz hava udmağa, yaxud yayın istisindən bir az sərinləmək üçün dənizdə çimməyə?.. Bunu nəyə görə soruşuruq? Yəqin ki, yayın istisində (elə indinin özündə də) Binəqədi kəndinə, Fatmayıya, Pirşağıya, Novxanıya və s. yolu düşənlər bilməmiş olmaz, mədən ərazisindən nəciz iyindən keçmək olmur! Bəli, düz başa düşdünüz! Nəcis iyindən! Bu iy Bakının ən böyük rayonlarından olan Binəqədidən gəlir! Xaləddin müəllimin rəhbərlik etdiyi rayondan! Mən məətəl qalıram ki, insanlar burada necə yaşayır. Həmin ərazini marşrut 5 dəqiqəyə keçir. İnanın ki, pis qoxudan bu ərazidən keçmək mümkün deyil. Neçə dəfə qadın və uşaqların bu pis qoxudan ürəyinin bulanması və qaytarmalarının şahidi olmuşam. Görən, Xaləddin müəllim bu faktdan məlumatlıdırmı? Yoxsa, o isti havada belə bir dəhşətli mənzərənin şahidi olmayıb. Olmaz təbii! Kondisionerli, lüks avtomobldə bu üfunəti hiss etmək mümkün deyil. Bəs, onun ərazi nümayəndələri, bələdiyyələr hara baxır: Nədən onlar rayon rəhbərini bu biabırçılıqdan xəbərdar etmirlər? Əlbəttə, günah Xaləddin müəllimdə deyil. Xaləddin müəllim Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru deyil ki, pis qoxulara cavabdeh olsun. Xaləddin müəllim dağ işinə baxır. Harda çuxur görürsə dərhal orada əzəmətli bir dağ ucaldır. Həmin dağın ətəklərində də rəngbərəng gül-çiçək əkir. Odur ki, əziz binəqədililər, bir az da dözümlü olun, inşallah, yaz gələr, Xaləddin müəllimin dağlarının ətəklərindəki güllər çiçək açar və o zaman siz o nəcis iyini bilmərrə unudarsiz. Di, azca dözümlü olun.

Lənət şeytana. Mən axı yağış sularından danışacaqdım. Heç özüm də bilmirəm ki, söhbət hər dəfə niyə hərlənib-firlanıb türkün sözü, Xaləddin müəllimin üstünə gəlir. Nə isə, qayıdaq mövzumuza...
Xaləddin müəllimin xətrinə dəyməsin, amma Binəqədi rayonunda, eyni zamanda Binəqədi qəsəbəsində vəziyyət çox acınacaqlıdır. Qəsəbənin Birinci Mədən küçəsində abadlıq işləri aparılmadığından və məhəllədaxili küçələrin yolları təmir olunmadığından, kanalizasiya xətləri çəkilmədiyindən sakinlər əziyyət çəkirlər.
Hətta quraqlıq vaxtlarda belə Birinci Mədən, 40-cı korpus massivində yollar hələ də palçıq içində olur. Kanalizasiya suları küçələrə axdığından burada üfunət iyindən dayanmaq mümkün deyil. Sakinlər deyir ki, içməli su xətti kanalizasiya borusunun içərisindən keçir. Bu, antisanitariya, xəstəlik deməkdir və insan həyatı üçün təhlükə mənbəyidir. Burada insanlar hər an, hər dəqiqə yoluxucu xəstəliklərə, mənşəyi məlum olmayan viruslara yoluxa bilərlər. Zibil qutuları qoyulmadığından sakinlər məişət tullantılarını küçəyə, yol qırağına atırlar. Bu da istər-istəməz məhəllədə natəmizlik yaradır. Yollar pis vəziyyətdədir. Ucqar kənd yolları burdakı yoldan yaxşıdır. Az öncə güclü yağış olanda isə bura tamamilə keçilməz idi. Bundan başqa yağış və çirkli kanalizasiya sularının evlərə dolur. Yol gölməçələrin ağuşunda olduğundan valideynlər uşaqları məktəbə aparıb gətirə bilmir.

Birinci Mədən, 205-də də eyni vəziyyət hökm sürür. Həmin ünvanda ərazidə qazılmış torpaq topa halında qalıb. "DSK" deyilən yol, yəni, təzə avtovağzal istiqamətində gedən marşrut yolu bərbad vəziyyətdə, palçığın içindədir. Sakinlərin dediklərinə görə, yağışlı günlərdə yolu su basır, yollarda dərin göllər əmələ gəldiyindən avtobus və avtomobillərin də hərəkəti çətinləşir. Məişət tullantıları yolun qırağına atılıb. Yolboyunca ərazi zibilliyə qərq olub və ərazidə hər cür məişət tullantılarına rast gəlinir. Burdan da açıq şəkildə görünür ki, Binəqədi qəsəbəsi payız-qış mövsümünə hazır deyil.

Bələdiyyə və icra hakimiyyəti isə təbii ki, su və kanalizasiya probleminə görə "Azərsu" və “Azəravtoyol” ASC-ləri ittiham edirlər.

Onu da qeyd edək ki, Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı sərəncam imzalayıb.

Görün, indi "Azərsu" ASC nə deyir. Qurumun bu il sentyabrın 8-də yaydığı açıqlamada bildirilir: "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn layihələr çərçivəsində işlərin böyük hissəsi icra edib.

Sərəncama əsasən, Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub və may ayından tikinti-quraşdırma işlərinə başlanılıb. Qısa müddət ərzində 6 ərazidə - Böyükşor gölü, Taşağıl gölü, Ramana Südçülük Sovxozu, Binəqədi şosesi, Əliyar Əliyev, Yusif Səfərov küçələrində layihələrin icrası yekunlaşıb, digər ərazilərdə tikinti-quraşdırma işləri davam etdirilir. Bu layihələr çərçivəsində layihələndirilmiş 17,5 km kanalizasiya kollektorlarının 13,5 km-lik hissəsi inşa edilib.

Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,9 km uzunluğunda kollektor tikilib. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq. Eyni zamanda Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,5 km uzunluğunda kanalizasiya kollektorunun inşası yekunlaşıb".

Qardaş, indi biz bu "Azərsu"ya necə inanaq? Bunlar sentyabrın 8-də deyir ki, Binəqədi şosesi boyu kollektor tikilib və problem həll olunub. Sentyabrın 30-da isə güclü yağış yağır və Binəqədi rayonu sel sularının altında qalır. Bəs, bu kollektorlar tikilmişdisə, onda niyə rayonda belə biabırçı vəziyyət yarandı? Niyə "Azərsu" rəhbərliyi çıxıb buna izahat vermədi?

Bir balaca yağış yağan kimi çıxılmaz gölə çevrilən Binəqədi yolu da uzun müddətdir təmir edilir, amma ortada nəticə yoxdur. Yol tamamilə sıradan çıxdığı üçün, yayda toz-torpaq, qışda palçıq-çirkab suları və yağan yağış buranı keçilməz vəziyyətə salır. Təbii ki, küçənin bu vəziyyətdə olması vətəndaşların gediş-gəlişinə problem yaradır.
Yolun təmirsiz olması ərazidə saatlarla davam edən tıxacların yaranmasına gətirib çıxarır. Səhər və axşam saatlarında "Zəngəzur"-un qarşısı bərbad şəkildə tıxac olur. İnsanlar saatlarla tıxacda qalır.
"Azərsu" və“Azəravtoyol” rəhbərlərindən fərqli olaraq, sakinlər deyirlər ki, onları daha məşəqqətli günlər gözləyir. Belə ki, payız-qış aylarında yolun "Venesiya"dan heç bir fərqi olmur. Sakinlərin dediyinə görə, ötən il Binəqədi rayonu yağış suları altında qalanda, FHN əməkdaşları bu ərazidə yaşayan sakinləri qayıqlarla xilas ediblər. Odur ki, deyəsən bu il də FHN-nin qayıqlarına böyük ehtiyac yaranacaq.

Bir daha xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb. Həmin işçi qrupu tərəfindən 14 layihə hazırlanıb və onların bəziləri hətta həyata da keçirilib. Təkcə 12 layihəyə 14 milyon 200 min manat vəsait ayrılıb. Bu layihələr Bakının bütün ərazilərini əhatə edir. O cümlədən də haqqında danışdığımız Binəqədi rayonunu. Binəqədidə layihənin bir hissəsi başa çatıb. Ancaq vəziyyət yuxarıda qeyd etmiyimiz kimidir? Maraqlıdır, kanalizasiya sisteminin yaxşılaşdırılması üçün milyonlarla manat dövlət vəsaiti xərclənirsə, bəs niyə sentyabrın 30-da Binəqədi sel-suya qərq olmuşdu? Yoxsa Prezidentin ayırdığı pullar təyinatı üzrə xərclənmir və mənimsənilir? Ümid edirik ki, "Azərsu" və "Azəravtoyol"un səlahiyyətli şəxsləri yazıda qaldırdığımız suallara aydınlıq gətirəcəklər.

Rahib Bəxtiyarov
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda yollarda vəziyyət necədir? — Açıqlama

    Bakıda yollarda vəziyyət necədir? — Açıqlama ...

    17-10-2016, 16:47

  • 
  • Yağışa görə Bakıda narahatlıqlar

    Yağışa görə Bakıda narahatlıqlar ...

    29-09-2016, 22:31

  • 
  • FHN yağışın fəsadları ilə bağlı növbəti məlumat yayıb

    FHN yağışın fəsadları ilə bağlı növbəti məlumat ...

    29-09-2016, 20:58

  • 
  • Badamdar sakinləri yolu bağladı

    Badamdar sakinləri yolu bağladı ...

    24-09-2013, 11:45

  • 
  • Bakıda su basan avtomobil yollarının SİYAHIsı

    Bakıda su basan avtomobil yollarının SİYAHIsı ...

    29-09-2016, 12:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu