GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » XDMX-nin sabiq zabitinə məxsus əmanətin “arxasına kim keçib?”

XDMX-nin sabiq zabitinə məxsus əmanətin “arxasına kim keçib?”

Tarix: 19-10-2017, 18:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 606
XDMX-nin sabiq zabitinə məxsus əmanətin “arxasına kim keçib?”


Asif Lətifovu belə bir addımlar atmasına vadar edən əsas səbəb, onun “Kapital Bank”ın Nizami rayon filialında üz-üzə qaldığı problemlərin varlığı olur

Dünən “Gündəm Xəbər”in redaksiyasına Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, ev-2B mən-40 ünvanda yaşayan Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq zabiti Lətifov Asif Aydın oğlu tərəfindən növbəti müraciəti daxil oldu. Bu şəxs ünvanladığı müraciətində üz-üzə qaldığı probleminin həllinə hələ də nail ola bilmədiyindən, o, bir-iki gün bundan öncə ölkə rəhbəri cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə və Maliyyə Naziri cənab Samir Şərifova da müraciətlərini ünvanlayır. Asif Lətifovu belə bir addımlar atmasına vadar edən əsas səbəb, onun “Kapital Bank”ın Nizami rayon filialında üz-üzə qaldığı problemlərin varlığı olur.
Müraciət müəllifi “Gündəm Xəbər”ə ünvanladığı müraciətində yazır ki, “mən 24 fevral 1992-ci il tarixdə sovet dönəmində fəaliyyət göstərən dövlət bankına qoyduğum 11610 rubl pulumu üzürlü səbəblərdən ala bilməmişdim. Baxmayaraq ki, cənab Prezidentin imzaladığı sərəncama əsasən, vaxtilə vətəndaşların banklara qoyduqları əmanətlərin qaytarılması üçün, 2013-cü ilin 31 dekabrı son vaxt olaraq qeyd olunub. Amma, mən müəyyən səbəblər üzündən 29 avqust 2012-ci ildən 28 fevral 2017-ci il tarixə kimi azadlıqdan məhrum edildiyim üçün, cəzamı 9 saylı cəzaçəkmə müəssisəsində çəkmişəm. 2012-ci ildən 2013-cü ilin sonuna kimi Bakı İstintaq Təcridxanasında saxlandığımdan valideyinlərimlə görüşümə icazə belə verməyiblər. Hətta, valideyinlərimə qanuni nümayəndəm olmaları barədə etibarnamə də verə bilmədim.
Belə bir problemlərimlə bağlı “Kapital Bank”ın müştərilərlə şöbə müdiri vəzifəsini daşıyan Seymur Rzayevin iş otağında, adı çəkilən bankın idarə heyyətinin sədri cənab Rövşən Allahverdiyevə, vaxtilə dövlət bankına qoyduğum əmanətimin qaytarılması ilə bağlı yazdığım ərizəyə hələ də cavab verilməyib. Buna görə də, almalı olduğum əmanətimi hələ də ala bilməmişəm. Bu gün də getgələ salınmaqdan, süründürməçilikdən bezmişəm. 26 sentyabr 2017-ci il tarixdə növbəti dəfə “Kapital Bank”ın əsas binasına üz tutdum və müştərilərlə xidmət şöbəsinin müdiri Seymur Rzayevlə görüşdüm. Görüşümüz zamanı o, bildirdi ki, “cənab Rövşən Allahverdiyev vəzifəli şəxs olduğundan bir kimsəni qəbul etmir, amma onun adına yazmış olduğun ərizə, ona təqdim olunduqdan sonra müəyyən araşdırmalar aparılır”.
Seymur Rzayev yanımda bankın məktublar şöbəsinə daxili nömrə ilə zəng etdi və az sonra mənə bildirdi ki, “sənin əməanət bankında olan ödəniş kartıçkalarını bank əməkdaşları itiriblər”. O halda ona əməanət kitabçamın əslini göstərdim, növbəti dəfə isə kitabçamın surətini ona təqdim etdim. İndi məni təəccübləndirən hal odur ki, bank tərəfi bu günə kimi mənə məxsus vəsaitlərin faizlərini götürüb, indi də bildirirlər ki, “ödəniş kartıçkalarını itiriblər”. Belə olan halda, görəsən hansı şəxs ona məxsus vəsaitləri banka qoymaq qərarına gələr və banka da etibar edər? Axı, bu cür addımlar istənilən şəxsə, o cümlədən mənə qarşı da təhqiredici addımdır, utanc gətirən hadisədir! Mənə məxsus kartıçkaları “Kapital Bank”ın Nizami rayon filialında itiriblərsə, deməli məsuliyyəti də bank tərəfi daşıyır. Əgər bank əməkdaşları işlərinə məsuliyyətlə yanaşsaydılar, o halda belə bir olayla da üz-üzə qalmazdım. İndi bankdan hər hansı borc və yaxud kredit istəmirəm, sadəcə olaraq 1991-ci ildə dövlət bankına qoyduğum əmanət pullarımı istəyirəm. Bu mənim Konstitusiya ilə tənzimlənən hüququmdur və həmin pulllar da mənə verilməlidir. Bu günə kimi belə bir problemimi həll edə bilmədiyimdən, qarşı tərəfdən əsaslandırılmış cavab məktubu verilmədiyindən, artıq vəkilim Elçin Sadıqov məhkəməyə müraciət etmək qərarına gəlib.
Hörmətli Prezident və digər vəzifə sahibləri! Əgər 17 il XDMX-də xidmət etmiş bir zabit olaraq Sizə şikayət məktubu ünvanlayıramsa, bu artıq sözün bitməsi deməkdir. Görəsən “Kapital Bank” tərəfindən mənə qarşı bəslənilən ögey münasibətə, sayğısızlığa son qoymağın zamanı çatmayıbmı? Dəfələrlə “Kapital Bank”ın əsas binasında olub bankın səlahiyyətlilərinə müraciət etməyimə baxmayaraq, qarşı tərəfdən hər dəfə belə bir cavab almışam “Rövşən Allahverdiyev vəzifəli şəxsdir, o, bir kimsəni qəbul etmir, get gözlə”. Artıq bu gün belə bir qənaətə gəlmişəm ki, kimlərinsə günahı ucbatından mənə məxsus əmanətin üstündən xətt çəkilə bilməz. Odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məsələyə xüsusi diqqətin ayrılması və mənə məxsus 11610 rubl əmanətimin mövcud valyutamızın bugünkü dəyəri ilə hesablanaraq verilməsi üçün, aidiyyəti üzrə lazımi tapşırıqlarınızı verəsiniz”. Qəzetimiz bazar günü çapa hazırlandığından və həftənin bazar günü olduğundan, qarşı tərəfin problemin varlığına münasibətini öyrənə bilmədik. Onu da vurğulayaq ki, Asif Lətifov 4 il 6 ay müddətinə siyasi məhbus həyatı yaşamış şəxs olub. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Araşdırmamız davam edəcək.

Mirzə
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abşeronda “ikihakimiyyətlilik”

    Abşeronda “ikihakimiyyətlilik” ...

    13-09-2017, 16:28

  • 
  • Asif Lətifova qarşı qanunsuzluq davam edir

    Asif Lətifova qarşı qanunsuzluq davam edir ...

    13-08-2016, 10:10

  • 
  • Qaçqın ailəsi yaşamağa yer tapmır

    Qaçqın ailəsi yaşamağa yer tapmır ...

    14-04-2015, 22:10

  • 
  • Qaçqın ailəsi yaşamağa yer tapmır

    Qaçqın ailəsi yaşamağa yer tapmır ...

    31-03-2015, 18:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu