GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AŞ PA-dan Azərbaycana hücumlar Səməd Seyidovu bitirə bilər

AŞ PA-dan Azərbaycana hücumlar Səməd Seyidovu bitirə bilər

Tarix: 22-10-2017, 11:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 423
AŞ PA-dan Azərbaycana hücumlar Səməd Seyidovu bitirə bilər


“Proseslərin bu həddə çatmasında nümayəndə heyətimizin rəhbərinin məsuliyyəti böyükdür” - Politoloq

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı bir gündə iki qətnamə qəbul etməsindən sonra yaranan gərginlik davam edir. Artıq elə bir vəziyyət yaranıb ki, Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizi Avropa Şurasından xaric etmək istədiklərini bəyan edib. Səməd Seyidov bildirib ki, AŞ PA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq Azərbaycan nümayəndə heyəti üçün o qədər də asan keçməyib. S. Seyidov qeyd edib ki, Azərbaycan məsələsi yalnız sessiyada yox, komitələrdə və siyasi partiyalarda da müzakirə olunub: “Bunun haradan qaynaqlandığı, haradan ortaya çıxdığı bizim üçün hələ də sualdır. Bu gün Avropa Şurası daxilində elə tendensiya yaranıb ki, onlar hansısa ölkəni hədəf seçib, öz problemlərini həll edirlər. Azərbaycanı Avropa Şurasından çıxarmağa çalışanlar var”.

AŞ PA-nın Azərbaycana bir sıra məsələlərdə ayrı-seçkilik etdiyi bəllidir. Ancaq bəzi ekspertlər onu da bildirirlər ki, münasibətlərin bu həddə gəlib çatmasında Səməd Seyidovun və onun rəhbərlik etdiyi nümayəndə heyətinin də məsuliyyəti var. Bu cür düşünənlər fikirlərini belə əsaslandırırlar ki, Azərbaycan hökuməti ilə AŞ PA arasında yaranan gərginlikdə AŞ PA-dakı nümayəndə heyətinin və nümayəndə heyətinin sədri Səməd Seyidovun orada yaxşı iş apara bilməməsi, problemlər və beynəlxalq təşkilatın tələbləri barədə Azərbaycan rəhbərliyinə zamanında ciddi məlumat verməməsi faktorları da müəyyən qədər rol oynayır.

Politoloq Elşən Mustafayev bu barədə “Yeni Müsavat”a bildirib ki, Azərbaycan hökuməti ilə AŞ PA arasında yaranan gərginliyi müxtəlif səbəblərlə izah etmək olar: “Rəsmi olaraq ortada olan səbəb bir sıra öhdəliklərin yerinə yetirilməməsi olsa da digər səbəb prosesləri bu həddə qədər çatmasına bilərəkdən və ya bilməyərəkdən şərait yaradanlardır. Bu məsələdə məsuliyyət yükünün önəmli hissəsi AŞ PA nümayəndə heyətinin üzərində olduğu üçün proseslərin bu həddə çatmasında da onların, daha çox da Səməd Seyidovun məsuliyyət məsələsi böyükdür. Onların AŞ PA-da dəfələrlə çıxışlarına qulaq asmışam. Məndə elə təəssürat yaranıb ki, nümayəndə heyəti özünü sanki Azərbaycanın Milli Məclisində keçirilən iclaslardakı kimi hiss edir. Söylənən nöqsanlar A-dan Z-yə qədər inkar edilir, onları söyləyənləri isə ittiham edirlər və sair. Halbuki nümayəndə heyəti orada eyni zamanda diplomat kimi özlərini aparmalıdır. Qəribə paradoks yaranır. Prezident müxtəlif səviyyəli beynəlxalq görüşlərdə ölkədə müəyyən problemlərin olduğunu etiraf edir, onların müxtəlif səbəblərlə bağlı olduğunu və tədricən həll olunacağını bildirir. Bu, daha düzgündür. Amma deputatlar hansısa problemin olduğunu etiraf etməyə qorxurlar. Əslində isə onlar öncədən Azərbaycan hökumətini yarana biləcək problemlərdən qorumalı, hakimiyyəti zamanında müəyyən addımların atılmasının vacib olduğuna inandırmalı idilər. Odur ki, hesab edirəm AŞ PA ilə hökumət arasında yaranan gərginlikdə bizim nümayəndə heyətinin rəhbərinin məsuliyyəti az deyil. Ondan da hesab sorulmalıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səməd Seyidov: Avropa Şurası hansısa ölkəni hədəf seçərək öz problemini həll etməyə çalışır

    Səməd Seyidov: Avropa Şurası hansısa ölkəni hədəf ...

    20-10-2017, 12:50

  • 
  • Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib

    Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin ...

    28-09-2015, 23:16

  • 
  • AŞPA-nın qış sessiyası sabahdan başlayır

    AŞPA-nın qış sessiyası sabahdan başlayır ...

    23-01-2017, 11:10

  • 
  • AŞPA-nin sessiyasının gündəliyində Azərbaycanla bağlı iki məsələ var

    AŞPA-nin sessiyasının gündəliyində Azərbaycanla ...

    8-10-2017, 11:24

  • 
  • Azərbaycanı Avropa Şurasından çıxarmaq hədəsinə Bakıdan iki fərqli reaksiya

    Azərbaycanı Avropa Şurasından çıxarmaq hədəsinə ...

    16-09-2017, 11:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu