Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Azərbaycan nümayəndə heyəti ölkəmizin maraqlarını ən yüksək səviyyədə müdafiə etdi, ancaq bu sessiya bizim üçün asan keçmədi.
gundemxeber.az-in Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
S.Seyidov bildirib ki, AŞ PA-nın bu sessiyasının bu şəkildə keçirilməsinin səbəbi yalnız Azərbaycan ilə bağlı bir neçə sənədin hazırlanması ilə bağlı deyil:
“Bu sessiyanın bir neçə günü Azərbaycana sərf olunub. Yalnız böyük iclasda deyil, o cümlədən komitələrdə də, siyasi partiyalarda da Azərbaycanla bağlı məsələ müzakirə olunub. Bizim üçün tam şəkildə aydındır ki, bu məsələ haradan gündəmə gətirilib. Avropa Şurasının özündə gedən proseslər ona dəlalət edir ki, hansısa ölkəni hədəf seçərək öz problemini həll etməyə çalışır. Bizdən başqa monitorinqdə 10-a yaxın ölkə var, ancaq bu ölkələrin problemləri qoyulur bir kənara, yalnız Azərbaycan hədəf seçilir. Çox təəsüflər olsun ki, sənədlərin qəbulu prosesində bəzi deputatlar öz işlərini kənara qoyub məhz Azərbaycana qarşı qeyri-obyektiv mövqe nümayiş etdirmək üçün AŞPA-nın iclasına gəlmişdilər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?