GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İraq və Suriya kürdləri arasında qarşıdurma dərinləşir

İraq və Suriya kürdləri arasında qarşıdurma dərinləşir

Tarix: 22-10-2017, 13:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 449
İraq və Suriya kürdləri arasında qarşıdurma dərinləşir


İraq kürdləri hazırda bölünmüş vəziyyətdədilər. Bərzani və Tələbani cəbhəsində gərginlik hər ötən gün daha da artır. Kərkük əməliyyatının ardından bölgəyə düşən atəş gündən günə daha da alovlanır. İraqda bu iki tərəfin arasında bir də PKK-nın qolu olan PYD terror təşkilatı var. Bənzər vəziyyət Suriya üçün də keçərlidir.

Kərkük əməliyyatı kürdlər üçün hansı mənaya gəlir?

Şimali İraqdakı bəzi kürd qrupları Bərzaninin keçirdiyi qeyri-qanuni referenduma dəstək vermir. Daha aydın desək, qeyri-qanuni referendumdan sonra İraq ordusunun Kərkükə girərək kürdləri buradan çıxarması bunu deməyə əsas verir. Beləliklə, Tələbani cəbhəsinə yaxın olan peşmərgənin Bağdadla anlaşması nəticəsində bu iki kürd liderinin tərəfdarları arasında kriz daha da dərinləşib. Hadisələrin gedişatı isə onu götərir ki, bu kriz hələ uzun zaman davam edəcək.

İran Şimali İraqda kiminlə dost, kiminlə düşməndir?

İranın Şimali İraqda Tələbani cəbhəsi ilə olduqca isti münasibətləri var. İran Bərzaninin keçirdiyi qeyri-qanuni referenduma qarşı olduğu da məlumdur. Kürd olmalarına baxmayaraq bu, Tələbani cəbhəsi ilə İran arasındakı münasibətlərə heç bir mənfi təsir göstərməyib.

Kərkük əməliyyatları zamanı Tələbani peşmərgəsi ilə İraq ordusunun və Həşdi Şabi arasındakı razılaşma da bunu deməyə əsas verir. Ancaq bunu Bərzani cəbhəsi üçün demək çətin olardı.

Suriya rejimi ilə PYD münasibətləri

2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsinin ilk aylarında Bəşər Əsəd rejimi Hasəki və Qamışlı bölgələrini PKK-nın Suriya qanadı olan PYD terror təşkilatına verdi. Məhz buna görə də, PYD Əsəd rejiminə qarşı vuruşan müxalifət qüvvələrinin yanında yer almadı. Lakin sonrakı illərdə ABŞ-PYD ittifaqı ilə Əsəd rejimi arasında bir sıra ixtilaflar yaranmağa başladı. Bu isə münasibətlərin rənginin dəyişməsinə səbəb oldu.

Deyr əz-Zorda İŞİD-ə qarşı aparılan əməliyyatların ardından terror təşkilatının bu ərazilərdən çəkilməsi, PYD-yə böyük fürsətlər yaratdı. Beləliklə, fürsəti əldən verməyən PYD bu əraziyə iddialı olduğunu bildirdi.

Son məlumatlara görə, Suriya ordusu iki hədtədir ki, PYD ilə gərgin döyüşlər aparır. Suriya tərəfinin açıqlamalarına görə, PYD-nin bu torpaqlardan çıxarılmağına olduqca az bir zaman qalıb və əlavə olaraq Qamışlı ərazisi də terror təşkilatının əlindən alınacaq.

Suriyadakı digər kürdlər kimlərlə əlaqəlidir?

“Suriya Milli Kürd Şurası” 2011-ci ildən bəri Əsəd rejiminin və PYD terror təşkilatının əleyhinədir. Şura üzvləri hətta bir neçə dəfə PYD-nin hücumlarına məruz qalıb.

Suriyadakı qeyri-PYD kürdləri Əsəd rejimindən fərqli olaraq, Bərzaniyə yaxınlığı ilə tanınır. Onlar Şimali İraqdakı qeyri-qanuni referendumla bağlı Bərzaniyə təbriklərini və hər cür dəstəklərini də ifadə ediblər.

Əsədlə Bərzani arasındakı düşmənçilik...

Rəsmi Dəməşq də Bərzaninin keçirdiyi referenduma qarşı çıxanlar arasındadır. Əsəd hökuməti İraqın ərazi bütövlüyünün qorunması ilə bağlı mövqe sərgiləyib və referendumun qeyri-qanuni olduğunu bildirib.

Lakin Suriyadakı rejim bunu da çox gözəl bilir ki, mövcud kriz onun da ölkəsinin başına gələ bilər. Üstəlik burada əlavə olaraq İran faktoru da var. Suriyada PYD xaricindəki kürdlər Bərzaniyə yaxınlıqları ilə tanınırlar. Onlar həm də Əsəd rejiminə müxalifdirlər.

Bərzani ilə PYD arasındakı münasibətlər...

PYD terror təşkilatı 2014-cü ildə Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani ərazisini ələ keçirdikdən sonra Bərzani peşmərgələrinin Türkiyə vasitəsilə Kobaniyə gəlmələrinə sərt təpki verdi.

Hazırda isə, Suriyada PYD terror təşkilatı ilə Rojava peşmərgəsi kimi tanınan Bərzaniyə bağlı olan silahlı qruplar və ona yaxın olan “Suriya Milli Kürd Şurası”nın arasına ixtilaflar illərdir ki, davam edir.

Toğrul İsmayıl
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İraq kürdləri ABŞ-ın etirazına baxmayaraq müstəqillik referendumu keçirmək niyyətindədirlər

    İraq kürdləri ABŞ-ın etirazına baxmayaraq ...

    14-08-2017, 12:44

  • 
  • Azərbaycan kürdləri “müstəqil Kürdüstan”a dəstək verdi

    Azərbaycan kürdləri “müstəqil Kürdüstan”a dəstək ...

    24-07-2014, 17:13

  • 
  • İsrailin müdafiə nazirindən Müstəqil Kürdüstan Dövləti açıqlaması

    İsrailin müdafiə nazirindən Müstəqil Kürdüstan ...

    24-01-2013, 10:42

  • 
  • Suriyada səssizcə 2-ci “KÜRD DÖVLƏTİ” YARADILIR

    Suriyada səssizcə 2-ci “KÜRD DÖVLƏTİ” YARADILIR ...

    3-10-2017, 13:40

  • 
  • Peşmerge İŞİD-ə şok yaşatd

    Peşmerge İŞİD-ə şok yaşatd ...

    21-12-2014, 01:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu