Avi Dixter: "İraqın şimalında müstəqil kürd dövləti qurulmalıdır. Buradan kürdlər Kürdüstan neftinə və Kərkükə nəzarət edə bilməlidirlər"
"Biz İraqı dağıtdıq. İraq bölünmüş şəkildə qalmalı və təcrid olunmalıdır. Şimali İraq nefti İsrailə axmalıdır". FaktXəbər-in məlumatına görə, bu sözləri İsrailin müdafiə naziri Avi Dixter "2003-cü ildə işğal edilərək dağıdılmış İraqda İsrailin rolu" barədə leksiyasında söyləyib. O əlavə olaraq bildirib: "Biz İraqdan gözlədiyimizdən və plandan daha çox şey əldə etdik." Daha sonra çıxış edən Dixter bildirib ki, İraqın zəifləməsi və təcridi Misirin zəiflədilməsi və təcridindən heç də az əhəmiyyət daşımır: "İraqın təcridi İsrailin milli marağıdır. İraq hərbi gücünü itirdiyi kimi vahid ölkə olmaq istəyini də itirib. Bizim siyasi strategiyamız isə onu bölünmüş şəkildə saxlamaqdır. Çalışmalıyıq ki, bu ölkə yenidən regional gücünü və nəzarəti özünə qaytara bilməsin. İraq qonşularından təcrid olunmuş vəziyyətdə qalmalıdır." Çıxışını davam etdirərkən Kərkük və İraq kürdlərinə də toxunan Dixter, terrorçuların dəstəklənməsinin vacibliyinə toxunub: "İsrailin əsas hədəfi silahlı kürdlərin dəstəklənməsi, onlara təlim keçilməsi və İraqın şimalında müstəqil kürd dövlətinin qurulmasıdır. Buradan kürdlər Kürdüstan neftinə və Kərkükə nəzarət edə bilməlidirlər. Kürd rəhbərliyi etibarlı şəkildə İBC xətti ilə neft kəmərin Kərkükdən keçməsinə razılıq verib. Biz İordaniya ilə də ilkin danışıqlar apararaq razılıq əldə etmişik. Əgər İordaniya sonradan imtina etsə, biz onu Türkiyə ilə əvəz etməliyik." “Xəbər xidməti”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?