GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 2018-ci ilin büdcə layihəsi tənqidlə qarşılandı: “Mənfi tendensiyalar artıb” – İqtisadçı

2018-ci ilin büdcə layihəsi tənqidlə qarşılandı: “Mənfi tendensiyalar artıb” – İqtisadçı

Tarix: 23-10-2017, 14:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 395
2018-ci ilin büdcə layihəsi tənqidlə qarşılandı: “Mənfi tendensiyalar artıb” – İqtisadçı


Maliyyə Nazirliyinin açıqladığı 2018-ci il dövlət büdcəsi layihəsi ətrafında ilkin müzakirələr başlayıb.

Maliyyə Nazirliyinin açıqladığı layihədə 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Yəni 2018-ci il dövlət büdcəsinin 778,7 mln. manat məbləğində kəsirlə icra olunacağı proqnozlaşdırılır.

Layihəyə əsasən, dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən 1,196 mlrd. manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən 2,320 mlrd. manat, əlavə dəyər vergisindən (ƏDV) 4,288 mlrd. manat, ölkə ərazisinə malların idxalına görə ƏDV-dən 1,705 mlrd. manat, sadələşdirilmiş vergidən 380 mln. manat, aksizlərdən 726 mln. manat, ölkə ərazisinə malların idxalına görə aksizlərdən 172 mln. manat, yol vergisindən 91 mln. manat, mədən vergisindən 136 mln. manat, gömrük rüsumlarından 535 mln. manat, aksiz markaların satışından 6,3 mln. manat, dövlət rüsumundan 108 mln. manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat, vergi orqanlarının xətti ilə 140 mln. manat cəlb etmək nəzərdə tutulub.

gundemxeber.az Yenicag.az-a istinadən xəbər verir ki, Xərclərin mənbələrinə nəzərə salanda isə məlum olur ki, ümumi dövlət xidmətlərinə 3 mlrd. 620, 257 mln. manat (o cümlədən, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə 654, 946 mln. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə 215,1 mln. manat, elm xərclərinə 128, 060 mln. manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərinə 2 mlrd. 262,778 mln. manat, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyaya 281,9 mln. manat), müdafiə xərclərinə 2 mlrd. 738,722 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 mlrd. 329,535 mln. manat, təhsil sahəsinə 2 mlrd. 1,498 mln. manat, səhiyyə sahəsinə 740,661 mln. manat, sosial müdafiə və sosial təminat 2 mlrd. 197,182 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 304,289 mln. manat, mənzil və kommunal təsərrüfatı 457,399 mln. manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitinin mühafizəsi sahəsinə 656,260 mln. manat, sənaye, tikinti və faydalı qazıntılar sahəsinə 4 mlrd. 944,376 mln. manat, nəqliyyat və rabitə sahəsinə 166,791 mln. manat, iqtisadi fəaliyyətə 245,511 mln. manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 1 mlrd. 495,203 mln. manat yönəldiləcək (APA-Economics).

Açıqlanan büdcə layihəsini Yenicag.az-a dəyərləndirən iqtisadçı Natiq Cəfərlinin fikrincə, sənəddə əks olunan rəqəmlər ölkə iqtisadiyyatında mənfi tendensiyanın artdığını təsdiqləyir:

“Əslində, gələn ilin büdcə layihəsinin hələlik ilkin parametrləri açıqlanıb. Sənəddə nəzərə çarpacaq bir neçə maraqlı məqam var.

Onlardaın ən diqqət çəkənləri büdcə kəsirinin artım tempinin yüksəlməsi və xarici borcların ödənilməsinə yönəldiləcək xərclərin sürətli artımıdır. Layihədə bu artım rəqəmi 650 milyon manatla ifadə olunub.

Bu iki mühüm istiqamət üzrə vəziyyətin mənfiyə doğru dəyişməsi əlbəttə ki, yaxşı hal deyil. Layihədə yeganə pozitiv artım infrastruktur layihələrinin icrası ilə bağlıdır.

Belə başa düşülür ki, hökumət ölkədə iqtisadi canlanma yaratmaq üçün dövlət vəsaitləri hesabına infrastruktur layihələrinə böyük maliyyə ayırmağı qərarlaşdırıb.

Başqa sözlə, hökumət başqa inkişaf modelinə keçmək istəmir. Ancaq bu model heç də dayanıqlı deyil.

Biz bunun nəticəsini iki il – 2015 və 2016-cı illərdə infrastruktur layihələrinə ayrılan dövlət vəsaitlərinin azaldılması zamanı müşahidə etdik – iqtisadiyyat əhəmiyyətli dərəcədə azaldı. Yəni 2016-cı ildə 3,8 faiz, 2017-ci ilin ilk 9 ayında isə 1 faiz səviyyəsində azalma qeydə alınıb.

İnfrastruktur layihələrinə yönələn dövlət vəsaitinin artırılması ilə iqtisadi canlanmaya nail olmağı düşünürlər. Fikrimcə, bu, düzgün yanaşma deyil.

Çünki bir müddət sonra infrastruktur layihələri üçün vəsait azaldılanda, Ümumi Daxili Məhsulda da azalma müşahidə olunacaq.

Ona görə də daha ciddi, dayanıqlı və çoxşaxəli iqtisadi modelə keçməyə ehtiyac var. Ancaq təəssüf ki, bu istiqamətdə zəruri addımların atıldığını görmürük.

Daha doğrusu, müəyyən addımlar atılsa da, onun effekti hələ ki yoxdur. Mənə belə gəlir ki, bu, tək iqtisadi amillərlə yox, həm də idarəçilik problemi ilə bağlıdır”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

    Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə ...

    23-02-2016, 14:47

  • 
  • Bu gün parlament büdcə müzakirələrinə start verir

    Bu gün parlament büdcə müzakirələrinə start verir ...

    12-11-2013, 11:02

  • 
  • Mərkəzi Bank devalvasiyadan 3,1 mlrd. manat qazanıb

    Mərkəzi Bank devalvasiyadan 3,1 mlrd. manat ...

    21-12-2015, 15:00

  • 
  • Milli Məclis büdcə müzakirələrinə başladı

    Milli Məclis büdcə müzakirələrinə başladı ...

    2-10-2015, 12:20

  • 
  • “Bakıelektrikşəbəkə”nin borc gizlini

    “Bakıelektrikşəbəkə”nin borc gizlini ...

    7-05-2013, 00:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu