GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Rus - dilli” generalın “qaranlıq keçmişi”ndən müdhiş faktlar

“Rus - dilli” generalın “qaranlıq keçmişi”ndən müdhiş faktlar

Tarix: 25-10-2017, 17:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 798
“Rus - dilli” generalın “qaranlıq keçmişi”ndən müdhiş faktlar


V.Tagıyev: ”Nəcməddin Sadıqov əmr etdi ki, maşındakı meyitləri (cəsədləri) dərəyə at"

“Gündəm Xəbər”in ötən sayında dərc olunan məlumat xarakterli “Toxunulmaz və əvəzolunmaz general” başlıqlı yazı ictimaiyyətdə dərin rezonans yaratmışdır. Belə ki, general Nəcməddin Sadıqov haqqında bilgili şəxslər məlumatları redaksiyamıza göndərirlər.
1. Şəmkir rayon sakini 1938 –ci il təvəllüdlü Məmmədov Müzəffər Daşdəmir oglu bildirir ki, ”Oglum Elçin 1992 – ci ildə Qarabag müharibəsində yaralanmışdı və o, Füzuli rayonundakı hospitalda müalicə olurdu. Mən onu ziyarətə getmişdim. Həmin hospitalda müalicə olunan yaralı bir Əfqan zabiti mənə dedi: Biz 10 (on) il (1979 - 1989) ruslarla döyüşdük. Onlar qələbə çala bilməyib vətənimizdən çıxıb getdilər. Bu Qarabag müharibəsi isə bir oyundur sizə qurublar. Nə qədər ki, sizin milli orduda rusiyaya meyilli Nəcməddin Sadıqov kimi komandirlər var, itkiləriniz çox olacaq. Orduda təxribatlar və digər xoşa gəlməyən hadislər baş verəcək. (Yeri gəlmişkən Tərtər rayonunda baş vermiş olaylar ölkəmizi rüsvay edici, xalqımıza utancgətirici hadisələrdən biridir.)”.
2.Digər Şəmkir sakini rayonun Dəllər qəsəbəsində yaşayan Tagıyev Vaqif Əşrəf oglu N.Sadıqov haqqında çox ilginc, və nifrət yaradan bir məlumatı (faktı) bizə (redaksiyamıza) bildirdi: “Mən 1993-cü ildə (onda mənim 54 yaşım var idi) könüllü olaraq hərbi xidmətə getdim. Xidmətimi Gədəbəy rayonundakı briqadada başladım. Hərbi xidmətə Dəllər qəsəbə sakinlərinin mənə hədiyyə verdikləri QAZ-66 markalı maşınla getmişdim.
1994 – cü il fevral ayının 10-da briqada komandiri polkovnik Cahangir Rüstəmovun əmri ilə 20 nəfər əsgər ərzaq və hərbi sursat maşına yükləyib Murovdaga getdim. Murovdaga biz gecə saat 3-də çatdıq. Güzgü adlanan ərazidə bizim post var idi. Keşikçilər maşını saxladılar və mənə dedilər ki, Nəcməddin Sadıqov palatkadadır,
get ondan icazə al səni buraxaq mövqelərə getməyə. Mən çadıra girib ondan icazə istədim. O, isə rus dilində mənə “net” (olmaz) dedi. Mən ona izah etdim ki, bizim briqadadan burada döyüşən bir batalyon şəxsi heyyətə əlavə qüvvə ərzaq və hərbi sursat gətirmişəm icazə versin aparım. Bir də ondan xahiş etdim ki, mənim maşınıma ermənilər atəş açsalar bizi qorumaq üçün düşmənlərə cavab atəşi açmaga tabeliyində olan şəxsi heyyətə əmr etsin. N.Sadıqov mənim nə izahatımı eşitmək, nə də xahişimə əməl etmək istəmədi və elə “net” (olmaz) “net” (olmaz) deyib durdu. Mən çadırdan çıxıb maşının arxa fanarlarının naqillərini kəsib yola düşdüm və bir kilometr getmişdim ki, ermənilər maşına atəş açmaga başladılar. Ancaq N.Sadıqovun durdugu istiqamətdən bizi qorumaq üçün ermənilərə cavab atəşi açılmadı. Düşmənlərin atdıgı mərminin qəlpələri maşının “portpres”ini sındırdı və başqa yerlərini zədələdi. Səhəri günü yəni 1994-cü il fevralın 11 – də geri qayıdanda maşında döyüşdə həlak olmuş 6 nəfər əsgərin meyidi var idi. Maşınımı yenə də genaral Nəcməddin Sadıqovun əmri ilə Güzgü postunda saxladılar. N.Sadıqov əli ilə yaxınlıqdakı dərəni mənə göstərib dedi: “meyitləri o dərəyə tök”. Mən bizim millətə qarşı belə qeyri – insani ögey münasibətini nümayiş etdirən bu generalın əmrini yerinə yetirmədim və maşına oturub böyük sürətlə Gəncə şəhərinə gəlib meyitləri hərbi hospitala təhvil verdim. Mən 1994-cü il 10-11 fevralda iki dəfə Güzgü postunda oldugum zaman Nəcməddin Sadıqovun postda duran əsgərləri rus dilində pis söyüşlərlə söydüyünün və əsgərləri qəddarcasına döydüyünün şahidi olmuşam. N.Sadıqovun əsgərlərlə belə davranışını polkovnik Cahangir Rüstəmova məruzə etdim və bir daha Murovdaga getmədim”.
Dəyərli oxucular Tagıyev Vaqif Əşrəf oglunun xatırladıgı bu tükürpədici olaydan sonra Qarabag Müharibəsindən geri qayıtmayıb itkin düşmüş hesab olunan vətən ogullarının cəsədlərini N.Sadıqov kimi generallar və komandirlərin dərələrə atdırmagı normal insani dəhşətə gətirir. Bu məqamda bir atalar misalını nəzərinizə çatdırmaq yerinə düşərdi. Atalar deyib: “xain xoflu, qəddar, zalım və qorxaq olur”. Allah sizi belələrindən qorusun.
3. Bakı şəhəri Pirallahı rayon sakini II qrup əlil Qarabag Müharibəsi veteranı 1956-cı il təvəllüdlü Nəcəfov Rafiq Əsgər oglu müharibə xatirələrindən Nəcməddin Sadıqovla əlaqəli bir neçə epizodu danışaraq dedi: “1992-ci ilin avqust ayında bir batalyon (tabor) şəxsi heyyət Daxili Qoşunlardan Agdərə bölgəsinə briqada komandiri Nəcməddin Sadıqovun sərəncamına göndərildik. Agdərəyə çatdıqda bir batalyon (tabor) komandiri kimi N.Sadıqovun briqadasına göndərildiyimizi məruzə etdim. O, göstəriş verdi ki, sizin şəxsi heyyət Agdərənin Mehmanə kəndini düşməndən azad etməlidir. 1992 – ci il avqust ayının 31-də Mehmanə kəndinin 1462-ci yüksəkliyi ugrunda gedən döyüşdə bölük komandiri baş leytenant Quliyev Mətləb Kamran oglu həlak oldu. (Ona azərbaycanın Milli Qəhrəmanı adı verilib) Şəxsi heyyətdən bir neçə nəfər də yaralanmışdır.
Ancaq Nəcməddin Sadıqov əmr etdi ki, Çıldıran kəndini də azad etmək lazımdır. Siz hücuma (döyüşə) başlayın vəziyyət gərginləşsə əlavə qüvvə göndərəcəm. Sentyabr ayının əvvəli idi. (3 və ya 4). Çıldıran kəndi ugrunda döyüş şiddətlənmişdi. Vəziyyətimiz gərginləşirdi. Mən N.Sadıqovdan bizə kömək göndərməsini xahiş etdim. O, isə rus dilində “eşo ni izdoxnulu bilədi” (siz hələ qırılmamısınız, fahişələr) deyib əlaqəni kəsdi. (ratsiyanı söndürdü). Düşmən bizi mühasirəyə salmaq istəyirdi. Mən özüm də yaralanmışdım. Şəxsi heyyətə mühasirəyə düşməmək üçün döyüşə - döyüşə geri çəkilmək əmri verdim. Çıldıran kəndi ugrunda döyüşdə bölük komandiri baş leytenant Nəcəfov Fəxrəddin Vəlyəddin oglu şəhid oldu və ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Canyataq - Gülyataq kəndi ugrunda gedən döyüşlərdə də kömək gəlmədiyi üçün itkilərimiz olmuşdu.
Həmin döyüşdə Mingəçevir şəhərindən hərbi xidmətə çagırılmış baş çavuş da göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Mən Din (daxili İşlər Nazirliyinin) hospitalında müalicə olanda DQ- ın (daxili Qoşunlar) baş İdarəsindən baş leytenant Bayramov A. Məndən
izahat almışdır. N.Sadıqov haqqında baş leytenant Bayramova məlumatımı yazılı olaraq bildirdim.
Ancaq nə faydası vətən ugrunda canını qoyan, qanını tökən ogullarını “biləd” adlandıran rusbaşlı bu sabiq briqada komandirinə imtiyazlar verildi, vəzifəsi böyüdü. Nəcəfov Rafik Əsgər oglunun başına gələn oyunlar Qarabag müharibəsi iştirakçılarının (Döyüşçülərinin) çoxlarının başına N.Sadıqov kimi rusbaşlı generallar və komandirlər tərəfindən gətirilmişdir. Bu ruspərəst general Azərbaycan xalqına yuxarıdan aşagı baxır, bu dildə yazıb oxumagı bir yana, O. Bu dildə danışmagı öyrənməyi də özünə rəva bilmir. Ancaq mənə elə gəlir ki, Ulu Öndər H.Əliyev sag olsaydı yapışardı bu özündən razı və müştəbeh generalın yaxasından tutub deyərdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. “Ay ogul 25 ildir Azərbaycan ordusunda xidmət edirsən, qısa müddətdə səni Müdafiə Nazirinin 1-ci müavini təyin etdik. (2 noyabr 1993-cü ildə) səni geneal – polkovnik etdik və sənə hər bir şərait yaratdıq bəs azərbaycan dilində niyə danışmaq istəmirsən? Sənin qarnının agrısı nədir? Sənə filan qədər (qısa müddət) vaxt verirəm, get bu dili öyrən və mənə bu dildə məruzə et, başa düşdün!?” Al gəldi bir ata şilləsi (şapalagı). Dəyərli oxucular bu 25 ildə 4 dəfə Müdafiə Naziri dəyşib. Ancaq N.Sadıqov yerində qalıb. Onu hansısa gözəgörünməz bir qüvvə, hansısa sehirli əl müdafiə edir. Keçirdiyi yarıtmaz hərbi əməliyyatlar zamanı qanı tökülmüş şəhid olmuş vətən ogullarını aşagılayan, rus dilində təhqir edən general N.Sadıqov, imkanlarından yararlanaraq özünə çox güvənir, hətta özünü çox ədalı da aparır. Mənə elə gəlir ki, 2-ci Qarabag müharibəsi başlasa o, daha ambisiyalı, daha da aqressiv olacaq, düşmənə qarşı yox yenə də torpaq üçün vuruşan vətən ogullarına qarşı, onlarla sərt və kobud davranacaq. Yenə də şəhid olmuş nə qədər insanlarımızın meyitlərini (cəsədlərini) dərələrə atılması əmrini verib əsil həqiqəti real vəziyyəti düzəltməyə çalışacaq. Nəcməddin Sadıqov tək deyil. Onun öz ətrafı, öz kruqu var. Onlar xalqa xıdmət etmir, öz sahiblərinə xidmət edir. Onlar dövlətçiliyi qorumur, öz maraqlarını qoruyur. Onlar bizim milli mənafeyimizi müdafiə etməzlər. Ancaq onlar öz sahiblərinin mənafeyi və maraqları üçün ən agır cinayət törətməyə hər an hazır olarlar.

Bəhlul Orucoğlu.
Qarabag müharibəsi veteranı,ehtiyatda olan ədliyyə mayoru.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərdar Həmidov Nəcməddin Sadıqov haqqında danəşdı-VİDEO

    Sərdar Həmidov Nəcməddin Sadıqov haqqında ...

    12-11-2013, 18:14

  • 
  • General-polkovnikə  qarşı şok ittiham

    General-polkovnikə qarşı şok ittiham ...

    10-10-2017, 12:25

  • 
  • ŞOK: NƏCMƏDDİN SADIQOV RUSİYADA ƏBƏDİLƏŞDİ

    ŞOK: NƏCMƏDDİN SADIQOV RUSİYADA ƏBƏDİLƏŞDİ ...

    11-05-2016, 13:44

  • 
  • Nəcməddin Sadıxovun oğlu nazirin müşaviri oldu

    Nəcməddin Sadıxovun oğlu nazirin müşaviri oldu ...

    23-11-2015, 14:31

  • 
  • Nəcməddin Sadıqov- Səfər Əbiyev “razborka”sına son qoyulur

    Nəcməddin Sadıqov- Səfər Əbiyev “razborka”sına ...

    24-01-2013, 10:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu