Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə 15 saylı cəzaçəkmə müəssisəsində dustaq Qəmbərli Babaəli Atamoğlan oğlu aclıq aksiyası keçirir.
Dustağın bir neçə gün davam edən aksiya keçirməsinə səbəb isə, onun özünün və atasının günahsiz cəza alması ilə bağlıdır. Çatdırılan məlumatda bildirilir ki, Qəmbərovların həbsə düşmələrinin səbəbi mülk davası olub. Yəni, onlar varis olaraq Qəmbərlilərin “Kubinka”da yerləşən həyət evləri ilə bağlı olub. Məlumatda o da deyilir ki, hazırda15 saylı kolonda aclıq keçirən Babaəli Qəmbərlinin atası Atamoğlan Qəmbərli isə, 12 saylı cəzaçəkmə müəssisəsindədir. Ata Qəmbərli eyni zamanda 2011-ci ilə qədər, yəni həbsdən öncə ana babasının adına olan Məşədi Dadaş Məscidinin rəhbəri olub. Məlumatda o da deyilir ki, Babaəli Qəmbərli atasının ögey əmisi münaqişə zamanı onu öldürməsi ilə nəticələnən hadisədən sonra 15 il, atasının isə 10 il cəza almasına qarşı keçirdiyi aclıq aksiyası artıq ikinci dəfədir.
Sorğu
Yeni dizaynımız necədir?