GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakıda "Hollivud" ulduzlarının köhnə alt tumanlarını alıb geyinənlər kimlərdir...

Bakıda "Hollivud" ulduzlarının köhnə alt tumanlarını alıb geyinənlər kimlərdir...

Tarix: 4-11-2017, 11:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 394
Bakıda "Hollivud" ulduzlarının köhnə alt tumanlarını alıb geyinənlər kimlərdir...


Son vaxtlar Bakının tanınmış brend mağazalarının bir çoxunun bağlandığı bir vaxtda onların yerini “Avropadan geyimlər”, “Ucuz geyimlər”, “Memi” kimi ikinci əl geyim mağazaları açılır. İlk dəfə 90-cı illərin ortalarında, daha çox paytaxtın kənar məhəllələrinin zirzəmilərində peyda olan belə mağazalara artıq şəhərin mərkəzi küçələrində, metro stansiyalarının yaxınlığında, əhalinin ən çox alış-veriş etdiyi ünvanlarda da rast gəlinir. Xüsusən son dövrlər – bahalaşma və iqtisadi vəziyyətinin çətinləşdiyi bir vaxtda belə mağazalara böyük axın olduğundan çoxunun qarşısında müştərilərin uzun növbəsi müşahidə olunur. Hətta səhər erkəndən mağazalar açılmamış girişdə növbə gözləyən müştəriləri görmək olar.

Brend “xəstəsi” olan həkim və müəllimlər...

Bakıda digər mağazaların müştəri qıtlığı yaşadığı bir vaxtda belə ikinci əl geyim mağazalarının müştəriləri artmaqdadır. Bunu on beş ildən artıq mağazada işləyən satıcılar da təsdiqləyirlər. Onların sözlərinə görə, qiymətin ucuz olmasına görə maddi durumu yaxşı olmayan ailələr geyim ehtiyaclarını ödəmək üçün bu mağazalara üz tutur.

Lakin nə qədər qəribə olsa da belə mağazaların müştərilərinin çoxu heç də sosial durumu pis olanlar deyil. “Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən ikinci əl geyim mağazasının Fəridə adlı satıcısı deyir ki, onların əsas müştəriləri həkimlər və müəllimlərdir.

“Hamı elə bilir ki, bura ancaq kasıblar gəlir. Amma bu belə deyil. Mən illərdir bu mağazada işləyirəm, bura ən çox gələnlər həkimlər və müəllimlərdir. Heç də müştərilərimizin hamısı imkansızlar deyil. “Cip”i mağazanın qarşısında saxlayıb alış-veriş edənlər var. Gəlin bir gün səhər tezdən müşahidə aparın, özünüz gözlərinizlə görərsiniz”, - deyə satıcı bildirir.

“Hollivud ulduzlarının alt paltarlarını satırıq”

Satıcı bizi inandırmağa çalışır ki, əslində bu geyimlər təzə geyimlərdən daha təmizdir. Çünki onları xüsusi kimyəvi dərmanlarla dezinfeksiya edirlər. Həmsöhbətimiz deyir ki, imkanlı müştərilər daha çox brend mallar axtaranlardır.

“İmkanlı müştərilərimiz elə mallar axtarırlar ki, ondan heç kimdə olmasın. “Vosmoy” bazarında, yaxud digər “tolkuçkalarda” geniş yayılmış geyimlər olur və bunu hamı alır. Amma bizdə olan geyimlərdən heç yerdə yoxdur. Nə olsun ki, köhnədir, geyilib, əvəzində bahalı maldır, keyfiyyətlidir. Bunu hər adam başa düşmür axı. Bəzən deyirlər ki, “ölü paltarı” satırsınız. Bizim satdığımız paltarlar dərmanlarla təmizlənir. Küçədə satılan, Çindən gələn geyimlərdən dəfələrlə təmizdir”, - deyə satıcı bildirir.

“Hollivud” ulduzlarının köhnə alt tumanları: “Tərtəmizdir...”

Payız olduğundan mağazada indi satışa çıxarılanlar yun paltarlar, gödəkçələr, çəkmələr, papaqlar, qalın üst geyimləri idi. Bununla belə, mağazada alt paltarlarının da öz müştəriləri var: “Bizim satdığımız alt paltarları brendlərdir. Bunları elə-belə adamlar geyinməyib, çoxu “Hollivud” ulduzlarının geyindiyi alt paltarlarıdır. Hələ heç kim bizim geyimləri geyinib xəstələnməyib. Kim istəyirsə, aparıb özü də yuya bilər”, - deyə satıcı bildirir.

“Nərimanov” metro stansiyasının yaxınlığında yerləşən ənənəvi ikinci əl geyim mağazanın satıcıları da son bir ildə müştərilərinin çoxaldığını təsdiqləyir. Satıcı Şərqiyyə İsmayılovanın sözlərinə görə, mağaza açılmamışdan müştərilər növbəyə dayanır. Əvvəllər hər kəs bura utana-utana, xəlvət gəlirdisə, artıq buradan mal almaq müştəri üçün utanc sayılmır.

“O qədər müştəri var ki...”

Satıcı hətta müştəri bolluğundan narazıdır: “Hərdən istəyirik ki, bütün müştərilər getsin, iki dəqiqə nəfəs alaq. Amma o qədər müştəri olur ki, buna imkan tapmırıq. Səhər indi açılıb, hələ yığışdırmağa imkan tapmamışıq, artıq müştərilərimizin əlindən tərpənmək mümkün deyil. Əvvəllər müştərilərimiz daha çox yaşlı adamlar, xüsusən də qadınlar idi. Onlar da daha çox uşaqlarından, ailələrindən xəlvət gəlirdilər. Amma indi heç kim bu mağazaya girməyə utanmır. Qonşusu ilə gələnlər var, uşaqları ilə gələnlər var. Düzdür, gənclərin sayı azdır, ümumi götürsək, müştərilərimizin təxminən 20 faizi gənclər ola bilər, 80 faizi yaşlılardır”.

Satıcı deyir ki, artıq 15 ildir heç bir mağazadan geyim almır, özü, ailəsi və yaxınları buradakı geyimlərdən geyinir.

Hətta köhnə paltarı alıb pulunu yavaş-yavaş da vermək olarmış

İkinci əl mağazalarda imkanı olmayan müştərilər üçün geyimləri həm də “kredit yolu ilə” verirlər. Yəni müştəri bəyəndiyi, lakin almağa pulu kifayət etməyən geyimi seçir və əlində olan pulla ödənişin bir hissəsini edir. Satıcılar onun geyimini mağazadakı xüsusi otaqda rəfə yerləşdirirlər. Alıcı müəyyən müddətdən sonra ödənişin qalan hissəsini ödədikdə geyimi əldə edə bilir.

Mağazanın satıcısı bizə otaqda onlarla belə geyim göstərir. Onların arasında 3 manatlıq geyim də var idi, 300 manatlıq da. Məsələn, 300 manatlıq kürkü almağa imkanı olmayan müştəri ödənişin 250 manatını ödədiyindən satıcı onu xüsusi rəfə yerləşdirmişdi.

Köhnə ayaqqabıya 60 manat verənlər

-60 manata köhnə ayaqqabı olar? Çox bahadır.

-Nə olsun, “zato” təmiz dəridir, azı 10 il geyinəcəksən...

Mağazanın ayaqqabı satılan bölməsində iki kişinin bu dialoqu diqqətimizi çəkir. Satıcı deyir ki, burada ən çox satılan mallardan biri də ayaqqabılardır. Əsas alıcıları isə adətən tikintidə çalışan usta və fəhlələrdir.

Alıcılarla söhbətimizdə daha çox qiymətin bahalığı ilə bağlı gileylər eşidirik. Neft Daşlarında fəhlə işləyən Nizami Məmmədov deyir ki, keyfiyyəti yaxşı olsa da, qiyməti cibinə görə deyil: “Mən 4-5 il olar ki, ayaqqabını bu mağazadan alıram. Əvvəl daha ucuz idi, indi qiymətləri çox qaldırıblar. Ən ucuz kişi ayaqqabısının qiyməti 40 manatdır. Düzdür, keyfiyyətlidir, amma bu qiymətə ala bilmirəm. Keçən ay 30 manata bir ayaqqabı nişanlamışdım, pulum çatmadı. Bu ay üstünü düzəldib gəldim, amma satılıb... ” - deyə həmsöhbətimiz təəssüflə bildirir.

Lakin satıcılar qiymətlərin baha olmasıyla razılaşmırlar. Onların sözlərinə görə, mağazada hər cibə münasib geyimlər var: “Qiymətlər zəmanəyə uyğundur. Düzdür, əvvəllər ucuz idi, amma son 3-4 ildə ölkədə qiymətlər gör neçə dəfə qalxıb?!Az qala hər gün 5-10 qəpik artır. Ona görə də biz qiyməti qaldırmışıq. Düzdür bu geyimləri sahibləri pulsuz təhvil veriblər, amma təhvil alanlar onları bizim kimi ölkələrə pulla satırlar. Axı biz bunları gömrükdən keçiririk, orada gömrük haqqı ödəyirik, qiyməti necə qaldırmayaq?”, - deyə satıcı dillənir.

Mağazaya ümidlə girib axtardığını tapanlar daha çoxdur. Elə müşahidə apardığımız müddətdə mağazaya girən ona yaxın alıcının əksəriyyətinin alış-veriş edərək çıxdığını gördük.

“Bu geyimlərlə virus yayıla bilər” – Eyyub Hüseynov

gundemxeber.az virtualaz.org-a istinadla bildirir ki, satıcılar keyfiyyət barədə əminliklə danışsalar da, ekspert və həkimlər bu geyimlərin bəzi dəri xəstəliklərinə səbəb olduğunu deyirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, əslində bu geyimlər Avropa ölkələrində küçəyə atılır. Xarici ölkələrdə atılmış məhsullar sahibkarlar tərəfindən Azərbaycana gətirilərək 20 dəfəyədək baha satılır.

“Avropa ölkələrində insanlar geyinmədikləri paltarlarını, hətta mebellərini müəyyən olunmuş yerlərə atırlar. Həmin ölkələrdə atılmış məhsullar toplanaraq yandırılır. Təəssüf ki, bizim sahibkarlar həmin ölkələrdən məhsulları çəki ilə alıb, bizdə ədədlə satırlar. Həm də maya dəyərindən 15-20 dəfə baha satılır. İdxal edilən ölkələrin sertifikatında həmin paltarları 5 yaşından aşağı olan uşaqların geyinməməsi tövsiyə edilir. Lakin bizdəki sertifikatlarda belə bir göstərişə rast gəlinmir. Ola bilər ki, bu paltarlar vasitəsilə bəzi virus xəstəlikləri yayılsın. Ona görə də, belə paltarları alandan sonra yüksək temperaturda qaynatmaq lazımdır”-ekspert deyir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakının məşhur brend mağazaları yandı

    Bakının məşhur brend mağazaları yandı ...

    22-08-2017, 14:23

  • 
  • Anar Məmmədov ticarət mərkəzini satdı - Bütün brend mallar 90 faiz endirimdədir

    Anar Məmmədov ticarət mərkəzini satdı - Bütün ...

    30-03-2017, 00:32

  • 
  • Azərbaycan hərbçilərinə yeni geyimlər verildi - (Fotolar)

    Azərbaycan hərbçilərinə yeni geyimlər verildi - ...

    24-10-2014, 12:22

  • 
  • Azərbaycan büdcəsini talayan şirkətlər - Bakıda bəzi şirkətlərin ən orjinal talan mexanizmi

    Azərbaycan büdcəsini talayan şirkətlər - Bakıda ...

    29-10-2015, 16:53

  • 
  • Natiq Əliyevin keçmiş gəlinindən - Brend fotolar

    Natiq Əliyevin keçmiş gəlinindən - Brend fotolar ...

    17-04-2014, 10:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (32)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu