GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qocanın anası: “Övlad türməyə düşəndə cəzasını ondan çox anası çəkir... ” - Foto

Qocanın anası: “Övlad türməyə düşəndə cəzasını ondan çox anası çəkir... ” - Foto

Tarix: 4-11-2017, 16:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 521
Qocanın anası: “Övlad türməyə düşəndə cəzasını ondan çox anası çəkir... ” - Foto


Məhbusları daşıyan qatardan qaçdıqları gündən mətbuatın əsas mövzusuna çevrilən, neçə-neçə vəzifəli şəxsin cəzalandırılmasına səbəb olan, güc strukturlarını hərəkətə keçirən “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağami zərərsizləşdirilsələr də, xüsusilə birincinin barəsində söz-söhbətlər, müzakirələr davam edir.


Ölkədə ciddi rezonans doğuran məhbusların qaçış olayına oxucu marağını nəzərə alaraq noyabrın 1-də polislə atışma zamanı öldürülən Etibar Məmmədovun ailəsinin yaşadığı Hacıqabul rayonuna yollandıq.

Ünvana yetişmək çətin olmadı. Taksi sürücüsünə gedəcəyimiz yer barədə məlumat verən kimi “oturun, aparım”, - dedi. Jurnalist olduğumuzu biləndə isə ürəyini bizə açdı:

- Qocanın yaşadığı Çkalov məhəlləsi rayonda adla deyilir. Kriminal yerdi ora. İndi hələ düzəlib. Əvvəllər kənardan Çkalova gedənlər döyülüb gəlirdilər. Əgər təhsilin yoxdursa, zəhmətdən qaçırsansa, əkin-biçin, iş-güc adamı deyilsənsə, əvvəl-axır zərərli vərdişlərə aludə olacaqsan”, - deyir sürücü.

Gənclərin zəhmətə qatlaşmamasından gileylənən sürücü maşınını saxlayıb bizə yas çadırı qurulan yeri göstərdi və “qalan yolu özünüz gedərsiz” deyib, sağollaşdı.

Dəmiryolunun kənarı ilə uzanan küçənin sağındakı evlərin darvazaları ağzında toplaşan uşaqları anaları “Keçin, içəri! Dərsinizi oxuyun! Nə var küçədə?” - deyə tənbeh edirdi.

Hiss olunurdu ki, uşaqlar da Etibar Məmmədovun nəşinin gətiriləcəyini eşitdikləri üçün küçəyə çıxıblar. Amma yas yerində çox az – 4-5 nəfər adam vardı. Onlara yaxınlaşıb başsağlığı verdim, özümü ətraflı təqdim edib, məqsədimi açıqladım. Qocanın yaxın qohumları olsalar da, baş verənlərlə bağlı yalnız qardaşı Vüqarın və anası Svetlana xanımın danışa biləcəklərini dedilər.

Vüqar Məmmədov həbsdən yeni çıxıb. Əlbəyaxa döyüş növləri üzrə idman müəllimidir. Bakıda idman zallarının birində dərs deyir. Şəkil çəkmək və açıqlama vermək təklifimizi yerə salmadı.

“Bakıda yaşayıram. Bir neçə gün öncə xəbər gəldi ki, qardaşınızı öldürüblər. Evə zəng etdim. Dedilər, yalan söhbətdi. Amma qatardan qaçdığını bilirdik. Noyabrın 1-də xəbər gəldi ki, ölüb. Qədəri buracan imiş. Allah bütün ölənlərə rəhmət eləsin, qardaşıma da”, - Vüqar müəllim dedi.

Çoxdan tikilmiş, təmirsiz, alçaq evə daxil olub Qocanın anası Svetlana Məmmədovanın baş verənlərlə bağlı fikirlərini öyrənmək istədik. Vüqar etiraz etmədi: “Əlbəttə, buyurun, keçin içəri”.

Otağa daxil oluram. Dörd bir tərəfə oturmaq üçün döşəkçələr qoyulub. Bir stol var. Onda da Məmmədovların anası əyləşib. Ağlamır. Hiss olunur ki, gözünün yaşı quruyub. Altı övladdan üçünü cavan yaşda itirib. 5 qardaşın bir bacısı və onun həyat yoldaşı vaxtsız köçüb dünyadan. Ailənin böyük oğlu Əkbər Məmmədovu bir neçə il öncə itirib anası. O da həbsxana həyatı yaşayıb.

Elə həyatdan vaxtsız köçməsinə səbəb kimi çəkdiyi cəzalar göstərilir. Ailənin Azad, Akif adlı oğlanları hazırda həbsxana həyatı yaşayırlar. Vüqar isə, yuxarıda qeyd etdiyimiz kimi, bir müddət öncə azadlığa çıxıb.

Svetlana Məmmədova həyat yoldaşını da illər öncə itirib. Sonuncu itkisi isə onu daha çox göynədir.

“Etibar mənim sonbeşiyim idi. Ən çox sevdiyim balam idi. O, 1980-ci ildə doğulub. 15-16 yaşından həbsdədir. Həbsdə olanda 3 gün qalırdım yanında. Sonuncu dəfə ilyarım öncə görüşmüşdük. Qaçmaq xəbərini eşidəndə dəhşətə gəldim. Çünki bilirdim ki, bunu axırı yaxşı olmayacaq. Prokuror ona 19 il iş istəmişdi. Etibarı qaçmağa məcbur edən prokurorun istədiyi bu ağır cəza oldu. Heç bir ana istəməz ki, oğlu pis yola düşsün. Gərək belə olmayaydı. Nə bilim, bizim qismətimiz belə gətirdi”, - deyir oğlunu itirmiş ana.

O, dindar olduğunu, müqəddəs məkanlara getdiyini bildirir. Otaqdakı dini fotolar da ailənin dinə bağlı olduğunu göstərir. Qocanın özü də bir neçə dəfə dini məkanlarda - Məşhəddə, Kərbəlada olub. Həmin məkanlarda çəkdirdiyi fotolar hazırda otağın divarlarından asılı qalıb.

Svetlana Məmmədova oğlunun şeir həvəskarı olduğunu bildirir: “Etibarın ədəbiyyata marağı vardı. Mən özüm də ədəbiyyat həvəskarıyam. Buzovnada doğulub, böyümüşəm. Jurnalist Mailə Muradxanlı ilə mənim çox yaxşı münasibətlərim olub. Süleyman Rəhimov xətrimi çox istəyərdi. Tez-tez Axundov adına kitabxanada, teatrlarda, mədəni tədbirlərdə olardım. Etibar bəzi xüsusiyyətlərinə görə mənə oxşayıb. Onun iki şeirlər kitabı çıxıb. Biri “Mirvari damlalar” kitabıdır. Digəri isə "Gözlədiyim illər". Üçüncü kitabı da çıxacaq. Şeirlərini toplayırıq”.

Söhbət əsnasında Etibarın müğənni Fədayə Laçınla münasibətləri barədə də anasına sual ünvanladıq. O, oğlunun sənətçi ilə münasibətlərindən danışdıqca üzündə təbəssüm yaranırdı:

“Dost idilər. Hacıqabulda bir dəfə görüşmüşdülər. Fədayə rayona toya gəlmişdi. Toy qurtaranda zəngləşib görüşmüşdülər. Etibara mahnı oxuyurdu ha, bax onu Hacıqabulda görüşəndə oxumuşdu”.

72 yaşlı ananın ağrılı-acılı günlər keçirdiyini nəzərə alaraq ona ünvanlamaq istədiyimiz vacib sualların bəzisinin üstündən xətt çəkdik. Amma iki sualı verməyə bilməzdik.

- Övladlarınız orta məktəbdə necə oxuyublar?

- Yaxşı oxuyurdular. Müəllimləri həmişə tərifləyirdi. Sonradan balalarıma nəzər dəydi.

- Beş oğlunuzun beşi də türmə həyatı keçib?

- Bəli. Olacağa çarə yoxdur, bala. Həyat mübarizədir. Ölməmək üçün mübarizə aparmalısan. Üzümü gənclərə tutub deyirəm: Elm, təhsil arxasınca gedin, zəhmətə qatlaşın, pis insanlara qoşulmayın. Övlad türməyə düşəndə cəzasını ondan çox anası çəkir...

***

Xatırladaq ki, E.Məmmədov kriminal ailəmə çox tez – 16 yaşında ayaq basıb. Azyaşlıların müəssisəsinə göndərilən Etibar burada islah olunmaq əvəzinə içəridə “vəziyyətə” nəzarət etməklə “obşak” adını alıb. O, burada bir qrup məhbusla bilrikdə nəzarətçinin xüsusi amansızlıqla qətlində iştirak edib. Yaşı az olduğu üçün 10 il azadlıqdan məhrum edilib. Törətdiyi əməl kriminal aləmdə “böyük maraqla” qarşılanıb. Çünki nə qədər məntiqsiz görünsə də, məhbusun “paqonu”, xüsusilə də “nadzor”u qətlə yetirməsi cinayətkarlar arasında “dustaqların hamısının qisasının alınması” kimi qəbul edilir. Avtoritetlər “bu uşağın gələcəyi var, ona ad vermək lazımdır” deyib Etibara ad vermək qərarına gəlirlər. Bir neçə ad təklif edilir. “Etibar Hacıqabullu”, “Brodyoqa Etibar” və “Qoca” ləqəbləri. Azyaşlı məhbuslar arasındakı nüfuzunu nəzərə alaraq ona “Qoca” ləqəbini verirlər.

18 yaşı tamam olandan sonra Qoca “Xələc türməsi”nə etap olunur. O, burada da “vəziyyəti” ələ almağa bacarır. Bir neçə dəfə “bunt” qaldırır. Məhbuslar onun ətrafında birləşərək həbsxana rəhbərliyinə ciddi təzyiq göstərir. Məlumatlara görə, bu təzyiqlərdən sonra “Xələc”in rəisi istefaya göndərilir. Lotu Quli ləqəbli avtoritet Nadir Səlifov Qoca ilə əməkdaşlığa başlayır. Digər kriminal ünsürlər də onunla əlaqə yaratmağa başlayır. Bütün bunlar Etibarın cinayət aləmindən qopmasına, normal həyata qayıtmasına ciddi maneə yaradır. Azadlığa çıxandan sonra da Qoca sakit durmur. 2015-ci ildə Şirvan şəhərində iki nəfərin qətlə yetirilməsində şübhəli bilinən Qoca yenidən zindana göndərilir. Şirvanda qətlə yetirilənlər də sıradan biri olmayıblar. Elvin Nəciyev - Krıtı Elvin və Zaur Sarıbalayev kriminal keçmişlərə malik olublar. Bu olay Qocanın kriminal aləmdəki “nüfuzunu” daha da artırıb. Bu qətl işi Lənkərən Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Proses uzun çəkib. Bir müddət öncə prokuror E.Məmmədova 19 il həbs cəzası istəyib. Elə həmin gün – oktyabrın 23-də Etibar Bakıya etab edilən zaman qaçmaq qərarına gəlib. Etibar və onunla birlikdə eyni cinayət əməlində ittiham olunan Əli Ağami Biləcəri dəmiryolu stansiyasında vaqonun hissələrini kustar üsulla hazırladıqları əşyalarla açıb qaça biliblər. Bilindiyi kimi, növbəti günlərdə hər iki şəxs güc strukturları tərəfindən zərərsizləşdiriliblər./teleqraf.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polislə atışmada öldürülən “Qoca”nın evindən REPORTAJ - 21 yaşında Bayıldan da qaçıbmış

    Polislə atışmada öldürülən “Qoca”nın evindən ...

    4-11-2017, 11:06

  • 
  • "Qoca" hələ də tapılmayıb - NAZİR CİDDİ TAPŞIRIQ VERDİ

    "Qoca" hələ də tapılmayıb - NAZİR CİDDİ ...

    1-11-2017, 18:30

  • 
  • Qatardan qaçan "Qoca” ləqəbli dustaq öldürüldü - YENİLƏNİB

    Qatardan qaçan "Qoca” ləqəbli dustaq ...

    2-11-2017, 10:51

  • 
  • Məhbusların qaçmasına görə tutulan vəzifəli şəxslərin adları açıqlanıb

    Məhbusların qaçmasına görə tutulan vəzifəli ...

    24-10-2017, 10:30

  • 
  • Bakıda kriminal film: Həbsdən qaçan "Lotu Quli"nin yaxın adamlarıdır - ŞOK TƏFƏRRÜAT -VİDEO

    Bakıda kriminal film: Həbsdən qaçan "Lotu ...

    23-10-2017, 13:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu