GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bomba partladı: Roşbluan, Ermənistan səfiri, qondarma “DQR” nümayəndəsi...

Bomba partladı: Roşbluan, Ermənistan səfiri, qondarma “DQR” nümayəndəsi...

Tarix: 7-11-2017, 11:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 366
Bomba partladı: Roşbluan, Ermənistan səfiri, qondarma “DQR” nümayəndəsi...


“Mediapart” nəşrində məşhur bloqqer Henri Furkadisin məqaləsi Parisdə əsl siyasi bomba effekti yaradıb. Məqalədən məlum olur ki, Fransadakı erməni lobbisinin liderlərindən biri, deputat Fransua Roşbluan Parisin məşhur restoranlarından birində Ermənistanın Fransadakı səfiri Vigen Çiteçyan və qondarma “DQR”in nümayəndəsi Ovanes Gevorkyanla gizli görüşlər keçirir. Həmin görüşlərdə Roşbluan erməni sponsorlarına təklif edir ki, Azərbaycanın İŞİD terror təşkilatı ilə əlaqələrinə dair “sensasion dosye” yaysınlar. Bu dosyenin əvəzində fransalı simasız siyasətçi sanballı mükafat alır.

Xatırladaq ki, Azərbaycanı İŞİD-lə əlaqələndirmək tezisi ötən ilin aprel döyüşlərindən sonra erməni təbliğat maşını tərəfindən ortaya atılıb. Erməni təbliğat maşını dünyəvi və Avropa dəyərlərinə sadiq ölkə olan Azərbaycanı bu primitiv taktika ilə qaralamağa çalışır.

Fransa nəşri yazır ki, Roşbluan Parisin bahalı restoranlarında tez-tez ermənilərin qonağı olur. Və bu rüsvayçılıq onsuz da Fransa Milli Məclisinə keçirilən son seçkilərdə karyerası çökən Roşbluanın sonunu gətirir.

Roşbluan kimdir? Gəlin Beşinci respublikanın bu şərəfsiz deputatının keçmişini vərəqləyək.

73 yaşlı Roşbluan 1988-ci ildən etibarən 28 il ərzində Fransa parlamentinin deputatı olub, “Demokratlar və müstəqillər ittifaqı”na (UDİ) və “Mərkəz İttifaqı”ına daxil idi. Sen-Şemon şəhərinin keçmiş meri olan Roşbluan 2007-ci ildə prezident seçkilərində Nikola Sarkozinin namizədliyinə fəal dəstək verib. Evre Morin, Fransua Sauvade və Jan-Krist Laqardla birlikdə yeni siyasi mərkəzin formalaşdırılmasında iştirak edib.

Roşbluan veteranların və müharibə qurbanlarının, şərq xristianlarının maraqlarının müdafiəçisi, Fransanın Livanda mövqelərinin möhkəmləndirilməsinin tərəfdarı kimi tanınıb. Paralel olaraq o, 2012-ci ildə Ermənistanla parlament dostluq qrupuna başçılıq edib, ardınca qondarma “dqr”lə dostluq qrupu yaradıb və hələ də ona başçılıq edir. Fransua Türkiyənin Aİ-yə daxil olmasının qatı əleyhdarı, Ankaranın AŞPA-dan xaric olunmasının tərəfdarıdır.

Lakin 2012-ci ildə Roşbluan öz siyasi mövqeyini yenidən dəyişib, yeni yaradılan “Avropa siyasi demokratiyası” partiyasına qoşulub. Lakin özünün siyasi karyerasının sonuna doğru Fransua taleyini Fransa prezidentliyinə namizəd olan qudası Fransua Fiyonla bağlayaraq öz hesablamalarında yanılıb. Tale hər iki Fransuanın ümidlərini boşa çıxarıb: Fiyon seçkiləri uduzub, Roşbluanın isə parlamentə yenidən seçilməsi baş tutmayıb. O vaxtdan bəri bu siyasətçi ermənilərin əhatəsində müftəxorluğa başlayıb. Özünün siyasi karyerasının şərəfsiz sonluğunda vassal Qarabağ səhra komandirinin nümayəndəsinin xidmətində dayanıb.

Bir az da artıq qazanmağa yönəlmiş pensiyaçı ehtirası Fransuanı məcbur edib ki, ağıla, məntiqə qarşı getsin. Birincisi, diletant Roşbluan yaddan çıxarır ki, azərbaycan möhkəm dünyəvi əsaslara malik olan ölkədir, əhalisinin əksəriyyəti şiə müsəımanlardır. Yəni Azərbaycanı İŞİD-in ideoloji müttəfiqi kimi qələmə vermək islam nəzəriyyəsinin dini-fəlsəfi normaları ilə bəribaşdan ziddir.

İkincisi, Roşbluan özü də dərk etmədən çoxkonfessiyalı fransız cəmiyyətinin altına yavaş təsirli mina qoymuş olur. Fransa müsəlmanları keçmiş deputatın-təcəzə lobbiçi qılığına girmiş siyasətçinin antiislam təbliğatını necə qiymətləndirəcək?

Üçüncüsü, Fransua daha bir mühüm amili yaddan çıxarır-axı Azərbaycan hələ 2001-ci ildən başlayaraq antiterror koalisiyasının fəal iştirakçılarından biridir. Və nəhayət Roşbluan özünün sərsəm qocalıq qayğılarına o qədər aludə olub ki, ölkəsinin Azərbaycandakı iqtisadi maraqlarını təhlükəyə atır.

Bəzi avropalı siyasətçilər Azərbaycanla Avropa, Fransa arasında münasibətlərdə çatları bax bu cür yaradırlar. Bundan əlavə fransalı siyasətçi öz cibini doldurmaq naminə mürəkkəb geosiyasi reallıqlara məhəl qoymur, təhlükəli dini amillərlə manipulyasiya edir və mültikultural təhlükəsizliyin əsaslarını sarsıdır, xristianlarla müsəlmanlar arasında öz ölkəsində düşmənçiliyi qızışdırmaq üçün Qarabağ münaqişəsi ilə spekulyasiya edir.

Bəs Fransua səhra komandirinin elçisi ilə Paris restoranlarının masası arxasında hansı məbləğin naminə bir əyləşib?!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Olland Türkiyəyə səsləndi

    Olland Türkiyəyə səsləndi ...

    13-05-2014, 11:36

  • 
  • Azərbaycan snayperi erməni hərbçisini başından vurdu

    Azərbaycan snayperi erməni hərbçisini başından ...

    29-01-2014, 11:27

  • 
  • Qondarma "DQR"ə gedən türklərdən Azərbaycana qarşı daha bir xəyanət

    Qondarma "DQR"ə gedən türklərdən ...

    30-09-2017, 13:41

  • 
  • Türkiyənin Azərbaycandakı səfiri "erməni soyqırımı" ilə bağlı qətnamədən danışdı

    Türkiyənin Azərbaycandakı səfiri "erməni ...

    11-04-2014, 10:57

  • 
  • Daşnaksütunun Fransadakı təşkilatı Qarabağda yay düşərgəsi açdı

    Daşnaksütunun Fransadakı təşkilatı Qarabağda yay ...

    10-08-2013, 15:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu