GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Lənkəran İcra Hakimiyyətində “sular durulur” - gərginlik, konflikt…

Lənkəran İcra Hakimiyyətində “sular durulur” - gərginlik, konflikt…

Tarix: 8-11-2017, 14:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 911
Lənkəran İcra Hakimiyyətində “sular durulur” - gərginlik, konflikt…


İcra başçısının “gün verib, işıq vermədiyi” xanım müavini niyə və necə sıxışdırılır? - Pərdəarxası

Taleh Qaraşovun yeni “korrupsiya bulağı” və rəsmi saytda məmurların obyektlərinin adlarını yerləşdirməsi reznans doğurub


Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva vəzifəsini itirmək təhlükəsi ilə üzləşib. “Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, icra başçısı Taleh Qaraşovun ona “gün verib, işıq vermədiyi”, normal fəaliyyətinə imkan yaratmadığı deyilir.

Rasilə Əliyevanın günü qara

T.Qaraşovun məqsədinin nədən ibarət olduğu bilinməsə də, müavinini sıxışdırdığı xəbər verilir. Onun 1-ci müavini Möhübbət Babayev isə R.Əliyevaya təzyiq göstərməkdə əsas rıçaqlardan biridir. İddialara görə, məktəb müəlliməsi olan R.Əliyevanın karyera yüksəlişi T.Qaraşovun istəyi ilə olmayıb. Onun bu posta təyinatında kimlərin əli olubsa, bu amil icra başçısının xoşuna gəlmir. İddialara görə, R.Əliyevanın 90 EG 800 seriyalı “Range Rover” alması T.Qaraşov tərəfindən hikkə ilə qarşılanıb. Çünki ondan az əvvəl icra başçısına 10 UH 002 seriyalı eyni model avtomobil hədiyyə edilib. Rasilə Əliyevanın gününü qara edən Taleh Qaraşovun onu özünə tabe etdirməsi və itaətə gətirib çıxarması cəhdləri hələ ki, baş tutmur. Əvəzində isə mətbuatda xanım müavindən gedən materiallar sözün məcazi mənasında, başçının çörəyinə yağ çəkir. R.Əliyeva özü də anlamır ki, ondan nə istənilir, nə tələ olunur. Amma bu o mənaya gəlmir ki, başçı müavini rayonda öz istəklərini həyata keçirə bilmir. Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva uşaq baxçalarına müdir təyinatını həyata keçirir. Vurğulanır ki, uşaq baxçasına müdür təyinat 20 0000 AZN başa gəlir. Əlbəttə ki, qoyulan məzənnə tək R.Əliyevanın deyil, birbaşa Lənkəran ŞİH başçısı Taleh Qaraşovun bazarıdır. Görünür ki, onların son vaxtlar toqquşması da məhz pulların bölüşdürülməsi üstündə olub. Mediada gedən yazılarda iddia olunur ki, T. Qaraşovla birgə qəbul edən R. Əliyeva sanki başçı “rolunu” oynayır. Məgər icra başçısı o qədərmi ixtiyarı əlindən verib? Bir vaxtlar 4 saylı orta məktəbdə adi müəllimə işləyən R. Əliyeva, bu gün obyektlər, mülklər əldə etmək üçün lazımı imkanlar qazanıb. Hətta mediada o obyektin fotoları yayımlanıb. Ancaq RİH kluarlarındakı vəziyyətin necə bitəcəyi müəmmalıdır.

Yeni pul çeşməsi

R.Əliyevanın əli çatmayan, T.Qaraşovun isə yeni korrupsiya bulağı olan kanalizasiya sistemi təzə gəlir gətirir. Lənkəranda bineyi-qədimdən kanalizasiya xətti olmayıb. Bu gün də yoxdur. Sabah da olacağına ümid verilmir. Di gəl ki, 2013-cü ildən sonra şəhərdə kanalizasiya sistemi qurulmalıydı, qurulmadı. Necə deyərlər, “it də getdi, ip də”. Yəni, ayrılan pullar da yoxa çıxdı, kanalizasiya da… O vaxt prezident Lənkərana getmişdi. “Azərsu” ASC prezidenti Qorxmaz Hüseynov, icra başçısı Taleh Qaraşov açılış mərasimində iştirak eləmişdilər. İl 2013. Şəhərdə su və kanalizasiya sistemlərinin qurulmasına pul ayrılıb. Əhalinin içməli su ilə təmin olunması reallaşsa da, kanalizasiya xülyaya çevrilir. Əslində, Lənkəranda içməli su təchizatına ciddi ehtiyac yox idi, yerli camaat təsdiqləyər ki, hər kəsin həyətində su quyuları var. Amma insafən, Xanbulandan gələn təmiz su həyətlərə çəkilən su xətlərinə verilməklə təqdirolunası təşəbbüs idi. Həmin dövrdə su ilə bərabər kanalizasiya sisteminin qurulması üçün Lənkəranın yolları qazıb tökdülər. Şəhərdə nəqliyyatın hərəkəti iflic oldu. Hətta başdan-ayağa qazılmış Lənkərandan görüntüləri mətbuatda təqdim edilmişdi. Amma qazılıb tökülən, darmadağın edilən Lənkəran yollarını təzədən torpaqlayıb işi saxladılar. Nə kanalizasiya sistemi quruldu, nə də yolların asfaltı normal səviyyədə bərpa edildi. Eyni ərəfədə Masallıda da kanalizasiya sistemləri qurulurdu. Bu cənub şəhərinin yolları da qazıq-qazıq olunmuşdu. Amma kanalizasiya sistemi quruldu. Hətta Masallının icra başçısı Rafil Hüseynov müsahibəsində demişdi ki, proses ağırdır, amma mümkündür. Lənkəranda isə müəmmalı şəkildə kanalizasiya sisteminin qurulması işi “dəfn” olundu. Sonra camaat arasında söz-söhbət yaydılar ki, Lənkəranın yollarını qazdıqdan sonra işin çətinliyini görüb yarımçıq saxlayıblar. Yəni, əməlli-başlı tragikomediya…

2, 1 milyon nəyə gedəcək?

Prezidentin ayırdığı pulların hara sərf olunduğu barədə hesabat da verilmədi. Dəfələrlə media Lənkəranın kanalizasiya problemini qabartsa da, 4 il keçməsinə baxmayaraq, sərəncam toz basmış rəflərdən birindədir. Yeri gəlmişkən, bu bölgə Azərbaycanda ən çox yağıntı düşən ərazidir. Hər il payız gələndən fasiləsiz olaraq yağış yağır, həyətləri su basır və təbiətin şıltaqlığı ilə müvafiq qurumların oyunu insanlara məşəqqət yaşadır. Məsələn, elə ARB-nin ötən ay hazırladığı sujetdə Lənkəran sakinləri şikayət edirlər. Şəhərin mərkəzi küçələrində yığılıb qalan, həyətlərə dolan yağış suları sakinlər üçün çətinliklər yaradıb. Bəzi evləri su basıb. Zərərçəkən Qədir Əliyev deyib ki, evinin zirzəmisi su ilə dolub. Fərəcullah Rəhimov isə bildirib ki, yağış nəticəsində körpülər bağlanıb, kanallar daşıb: “Kanalizasiya sistemi olsa biz belə əziyyət çəkmərik”. Ən nəhayət, bütün bunlardan sonra oktyabrın 24-də prezident Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir ki, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsində diametri 110 mm, uzunluğu 11 km olan paylayıcı su şəbəkəsinin, habelə görülmüş işlər nəticəsində sökülmüş 13000 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb. Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,1 milyon manat ayrılıb. Maraqlıdır ki, 2010, 2011, 2012 və 2013-cü illəri əhatə edən tender məlumatlarında həmin layihəyə nə qədər vəsaitin ayrılması, layihəni hansı şirkətin reallaşdırılması ilə bağlı hər hansı məlumat yoxdur. O pullar görünür ki, getdi, bundan sonra yeni sərəncamın necə icra olunacağını və 2,1 milyonun həqiqətən sərf ediləcəyini gözləmək lazım gəlir…

RİH-nin saytında məmurların obyektləri

T.Qaraşov Lənkəran üçün heç bir iş görməyib. Yerli sakinlər Süleyman Mikayılovu ondan daha yaxşı xidmət etdiyi fikrindədirlər. RİH-nin saytında isə şişirdilmiş xəbərlər yerləşdirilib. Guya bu obyektlər Lənkəranda inkişafa səbəb olub. Rəsmi saytda qeyd olunub ki, rayonda turizm infrastrukturu xeyli yaxşılaşdırılıb. “Qafqaz sahil” oteli, “Xəzər Palace”, “Bəşəru”, “Palıdlı sahil”, “Xan Lənkəran”, “Palmalife”, “Dörd fəsil”, “Starway”, “Şah” və “Əzizə” xidmət və istirahət mərkəzləri il ərzində minlərlə yerli sakinə və xarici turistə xidmət göstərir. “Qafqaz sahil” oteli oiqarxlaşmış general-nazirin, “Xəzər Palace” DYP-də nömrə satışını həyata keçirən Müşviq Rəhimov, “Palıdlı sahil” deputat Hadı Rəcəblinin obyektləridir. Heç bir halda rayonda müstəqil sahibkar yoxdur və inkişaf getmir.Digərləri - Şah” və “Əzizə” şadlıq evləridirlər. Onu da Gərmətük kəndindən olan ə Rusiyada bizneslə məşğul olan adamlar tikdirib. RİH-nin rəsmi saytda bu məlumatları rayonun inkişafı və Qaraşovun dövründə hansısa tərəqqi kimi təqdim eləməsi absurddur. Qeyd edilib ki, “Qafqaz” otelinin, Lənkəran İsti su və sağlamlıq mərkəzinin tikintisi sürətlə davam etdirilir. İsti su uzun illərdir ki, bağlanıb və yüksək çinli məmur elitası tərəfindən özəlləşdirilib. Regional Boks Mərkəzi, “Zirvə” İdman klubu pullu xidmətdədir. Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. Köhnəsini sökdülər və böyük pullar batdı, silində, mənimsənildi. İndi də təzəsinin tikintisi məmurları varlandırır.

3.2 milyonluq maxinasiya

Bundan başqa, yeyinti məsələsində Lənkəran şəhər İcra Hakimiyyətinin sifarişi ilə “Lənkəran Yol Tikinti” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi işlər olub. Məlumata görə, Nicat Bağırovun rəhbərlik etdiyi “Lənkəran Yol Tikinti” ASC-i Lənkəran şəhər İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikinti üzrə tenderin qalibi olub. Təxminən 3.2 milyon manat smeta dəyəri olan Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisinin keyfiyyəti bu əməliyyatda qaranlıq məqamlar olduğunu düşünməyə əsas verir. Çox maraqlıdır ki, “Lənkəran Yol Tikiniti” ASC-nin təxminən 3 milyon manat büdcə pullarının sərf etdiyi Lənkəran şəhərin daxili avtomobil yollarının keyfiyyəti qane edici deyil. Görünür ASC sədri Nicat Bağırovla icra başçısı Taleh Qaraşov asanlıqla anlaşdığı üçün 6.2 milyon manatdan artıq büdcə vəsaitinin sərf olunduğu işlər “Lənkəran Yol Tikinti” ASC-yə həvalə olunub. Məlumata görə, araşdırmalar bu əməliyyatlarda tikinti işləri zamanı smeta xərclərinin şişirdilməsi məlum olub. Son bir ildə Taleh Qaraşovdan Prezident Adminstrasiyasına olunan şikayətlərin faizi ötən illərlə müqayisədə daha çoxdur. Bu isə onun göstəricisidir ki, Lənkəranda əhali narazı salınıb. Təbii ki, belə hallar ölkə rəhbərliyi tərəfindən yaxşı qarşılanmır. Ola bilsin ki, Taleh Qaraşov yaxın bir ayda Lənkəran RİH-dən uzaqlaşdırılsın. RİH-nin mövqeyini dərc etməyə hazırıq.

Zöhrab Təmrazov
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısının müavini "racon kəsir"... - İDDİA

    İcra başçısının müavini "racon ...

    21-04-2017, 15:33

  • 
  • İcra başçısının müavini YAP-dakı vəzifəsini itirdi - Binəqədidə müəmmalı olay

    İcra başçısının müavini YAP-dakı vəzifəsini ...

    25-05-2015, 14:37

  • 
  • Lənkəranın icra başçısının müavini işdən çıxarıldı

    Lənkəranın icra başçısının müavini işdən çıxarıldı ...

    27-12-2013, 13:57

  • 
  • İcra başçısı və polis rəisi olan oğlu, kimlərin “nişangah”ına gəlib?

    İcra başçısı və polis rəisi olan oğlu, kimlərin ...

    5-02-2015, 00:12

  • 
  • İcra başçısının müavinini maşın vurub?

    İcra başçısının müavinini maşın vurub? ...

    25-11-2013, 22:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu