GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Milyarderin Azərbaycandakı bankında yoxlamalar! — Palata “Nikoyl Bank”da nə axtarır?

Milyarderin Azərbaycandakı bankında yoxlamalar! — Palata “Nikoyl Bank”da nə axtarır?

Tarix: 11-11-2017, 18:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 552
Milyarderin Azərbaycandakı bankında yoxlamalar! — Palata “Nikoyl Bank”da nə axtarır?


Maliyyə Bazarlarına Nəzarət Palatası azərbaycanlı milyarder, "Lukoyl” şirkətlər qrupunun prezidenti Vahid Ələkbərova məxsus "Nikol Bank” ASC-də kompleks yoxlamalara başlayıb.

gundemxeber.az-ın "Azpolitika"ya istinadən məlumatına görə, ötən həftənin əvvəlindən başlayan araşdırmalar bankda geniş miqyaslı maxinasiyalar, vəsaitlərin talan edilməsi və beləliklə mövcud qanunvericiliyin kobud şəkildə pozulması ilə bağlıdır. Mənbə bildirib ki, ötən il Vahid Ələkbərov tərəfindən bankın kapitalının 160 milyon manat civarında artırlmasına baxmayaraq, "Nikoil Bank” uğursuzluq zolağından nəinki çıxa bilməyib, əksinə, üzləşdiyi zərərin miqyası artıb, problemli kreditlərin həcmi böyüyüb.
Məlumatda qeyd olunur ki, bütün bunların səbəbi Bankın rəhbərləri -İdarə Heyətinin sədri Nikolay Şurqaya və onun birinci müavini Fərhad Hacınskinin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Hər iki şəxsin "Nikoil Bank”a "Rabitəbankdan” gəldiyinə diqqət çəkən mənbə, həmin bankın çox ciddi problemlərlə üzləşdiyini, hazırda kredit portfelinin 70 faizindən çoxunun problemli olmasını vurğulayıb. Həmin kommersiya qurumunda da Nikolay Şurqayanın müavini kimi fəaliyyət göstərən Fərhad Hacınski, yaratdığı ciddi problemlərə görə qovulduqdan sonra təxminən ilyarım işsiz qalıb. Amma Nikolay Şurqaya onun dadına çatıb və Hacınski "Nikoil Bank”da yüksək posta gətirilib.
Mənbə onunla bağlı daha bir maraqlı fakta diqqət çəkir: Hacınski Tibb Universitetinin məzunudur, heç bir iqtisad təhsili yoxdur, bu avtomatik olaraq sədr müavininin bank sistemində yüksək post tutmasını əngəlləyir, çünki qanunvericiliyin tələbi belədir. O zaman Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası onun ölkənin ən böyük banklarından birində vəzifə tutmasına necə göz yumub? Bu, "Nikoil Bank”da yeganə hal deyil. Məsələn, Bankın Hüquq Departamentinin sədri Vüqar Kərimovun da hüquq təhsili yoxdur.

Şurqaya-Hacınski komandasının "Nikoil Bank”a transferindən əvvəl bu kommersiya qurumunda ciddi problemlər baş verib. Bankın İdarə Heyətinin əvvəlki sədri Vasili Xamaza banka məxsus 40 milyon manatdan çox vasaiti talan edib və onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Hazırda V. Xamaza axtarışdadır. Mənbənin bildirdiyinə görə, Azərbaycan vətəndaşı olmayan Xamaza dələduzluq, mənimsəmə, saxtakarlıq və s. cinayətlərdə ittiham olunur.

Maraqlıdır ki, onun əməllərini davam etdirən sələfi Nikolay Şurqaya da Azərbaycan vətəndaşı deyil. O və müavini Hacınskinin başqa bir "özəlliyi”də Azərbaycanın əlamətdar günlərinə, həmçinin 20 yanvar, Xocalı faciəsi ilə bağlı anım mərasimlərinə qatılmaqdan imtina etmələridir. Mənbə bildirib ki, onlar hətta mərhum prezident Heydər Əliyevin xatirəsinin anım günlərinə də qatılmayaraq belə tədbirlərin onlar üçün sadəcə "maraqsız” olduğunu deyirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının "Nikol Bank”da apardığı kompleks yoxlamaların səbəbinə gəlincə, mənbə maraqlı faktlar açıqlayıb.

Son il yarımda banka gətirilən kadrların əksəriyyəti digər banklardan kənarlaşdırılan, qeyri-peşəkar, uzun müddət işsiz qalmış şəxslərdən ibarətdir. Paralel olaraq bankın təcrübəli işçiləri müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır.

Bankda təftiş olunan əsas problemlərdən biri "şapka” əsasında gürcü millətindən olan maklerlərə kreditlərin verilməsidir. Mənbə bildirib ki, yüksək məbləğli bank vəsaitləri təhlil olunmadan bir günün içində sədrin "məsləhət gördüyü” şəxslərin adlarına kredit kimi rəsmiləşdirilir. Belə "gəlirli” işlər Bankın Koorporativ Kredit Departamentinin sədri İlqar Tağıyevin rəhbərliyi ilə həyata keçirilir. Onun kuratoru isə İdarə Heyəti sədrinin birinci müavini Fərhad Hacınskidir.

Mütəmadi həyata keçirilən bu "kredit xətti” bankda gürcü iş adamları-İlqar Tağıyev-Hacınski-Şurqaya iş birliyini göstərən korrupsiya mexanizmlərindən biridir.

Mənbə "Nikoil Bank”da rəhbərliyin hüdudsuz qazanc əldə etdiyi daha bir "xəttə” işıq salır. Belə ki, problemli kreditlərin təminatı olan əmlaklar balansa götürüldükdən sonra baha qiymətə satılır. Amma banka əldə olunan vəsaitin kiçik bir hissəsi mədaxil edilir, qalan pullar isə rəhbərlik tərəfindən mənimsənilir. Bu "gəlirli” sahəni isə Fərhad Hacınskinin ən yaxın adamlarından biri olan Cəlal Nağıyev kurasiya edir. İdarə Heyəti sədrinin müavini onun əli ilə guya kollektor fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə müqavilələr bağlayır və hər ay onların hesablarına pul köçürərək bankdan çıxarılır.

Məlumatda qeyd olunur ki, heç bir təhlil aparılmadan verilən kreditlərin təyinatı üzrə istifadə olunub-olunmamasına nəzarət olunmur. Bu kreditlərin rəsmiləşdirilməsindən əldə olunan rüşvətlər müştərinin hesabından bank əməkdaşlarının ya başqa banklarda, ya da "Nikoil Bank”da açdıqları hesablara köçürülərək nağdlaşdırılır. Bütün bu qara əməliyyatlar isə Palatanın apardığı yoxlamaların əsas predimetlərindən biridir.

Mənbənin məlumatına görə, "Nikoil Bank”da baş verən talançılıqdan bankın London ofisindən Marina Kluşova da xəbərdardır. Onun Nikolay Şurqaya ilə korrupsiya əlaqələrinin olduğu barədə məlumatlar var.

Maraqlıdır, Palatanın apardığı yoxlamalardan sonra Vahid Ələkbərovun on milyonlarla vəsaiti etibar etdiyi Şurqaya-Hacınski komandası sələfi Vasili Xamazanın aqibətini yaşayacaqmı? Milyarder korrupsiya yeminə çevrilən vəsaitlərini xilas etmək üçün hansı tədbirləri görəcək?

Qeyd edək ki, əldə olunan bu məlumatlarla bağlı "Nikoyl Bank”ın rəhbərliyinin mövqeyini öyrənmək üçün banka şifahi və yazılı sorğu versək də, "müvafiq vəzifəli şəxsin” suallarımıza cavab vermək üçün bizimlə əlaqə saxlayacağı haqda vəd, elə vəd olaraq da qaldı. Bununla belə, "Nikoyl Bank”ın mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vahid Ələkbərov Azərbaycanda daha bir bank ala bilər

    Vahid Ələkbərov Azərbaycanda daha bir bank ala ...

    5-11-2017, 22:45

  • 
  • Vahid Ələkbərovla İsgəndər Xəlilov Bakıya gəlib

    Vahid Ələkbərovla İsgəndər Xəlilov Bakıya gəlib ...

    26-11-2013, 13:00

  • 
  • “Nikoil Bank” müştərilərinə kələk gəlir - İttiham

    “Nikoil Bank” müştərilərinə kələk gəlir - İttiham ...

    19-09-2017, 20:10

  • 
  • “Nikoil Bank” cinayət işində yeni gəlişmə

    “Nikoil Bank” cinayət işində yeni gəlişmə ...

    31-10-2017, 22:00

  • 
  • Problemli kreditlərin tənzimlənməsi üzrə xüsusi proqram hazırlanıb

    Problemli kreditlərin tənzimlənməsi üzrə xüsusi ...

    10-05-2016, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu