NATO, Ərdoğanın şəklini düşmən nişangahı olaraq seçən zabitin ordudan çıxarıldığını bəyan etdi. Atatürkün portretinin isə texniki əməkdaş tərəfindən seçildiyi bildirilib.
gundemxeber.az bidlirir ki, NATO, prezident Rəcəb Tayyib Ərdoğanın bildirdiyi qalmaqal hadisə ilə bağlı bəyanat verib. NATO açıqlamasında sözügedən çirkin hadisəyə qarışan zabitin ordudan atıldığını, Atatürkün portretinin isə bir texniki əməkdaş tərəfindən seçildiyini bəyan edib.
ÜZR MƏKTUBU DƏRC OLUNUB
Norveçdəki Birgə Hərbi Mərkəzi Komandanlığı məsələyə dair üzr məktubu dərc edib. Birinci hadisə Atatürk portreti ilə əlaqədar olaraq baş verib. Bir texniki əməkdaş düşmən tərəfi təmsil etmək üçün internetdən tapdığı Atatürkün şəkilini istifadə edib. Təlim əsnasında Türk zabitlərinin bu düşməncə hərəkəti aşkar etməsindən sonra texniki işçi işdən azad olunub.
ƏRDOĞAN ADINA SAXTA HESAB AÇILIB
İkinci hadisədə NATO daxilindəki sosial media bölgü saytında Ərdoğan adına açılan saxta hesabda NATO əleyhində bəzi paylaşmalar edilib.
TÜRK MƏNŞƏLİ NORVEÇ ZABİTİ ÇIXDI
NATO-nun Dəniz Qüvvələri Komandanlığındakı Türk zabitləri Ərdoğanın adına saxta hesab açan şəxsin Türk mənşəli Norveç zabitinin olduğunu ortaya çıxarıblar. Bundan sonra sözügedən zabit ordudan çıxarılıb.
NATO BAŞ KATİBİ DƏ ÜZR İSTƏYİB
NATO baş katibi Stoltenberq, təlimdə baş verən qalmaqalla bağlı Türkiyədən üzr istəyib. Qalmaqala səbəb olan şəxsin anında vəzifəsindən azad olunduğunu və onun haqqında istintaq başlanıldığını bildirən Stoltenberq, "Bu adam, NATO əməkdaşı deyil. Norveç tərəfindən vəzifələndirilən müqaviləli mülki məmurdur. Bundan sonra bu insan haqqında mümkün cəzalandırma qərarı Norveç rəsmiləri tərəfindən veriləcəkdir" deyə,açıqlama verib. Stoltenberq, "Türkiyə, NATO üçün dəyərli bir müttəfiqdir və ittifaqın təhlükəsizliyinə mühüm töhfələr verir" kimi Ankaranın könlünü almaq istəkli xoş sözlər deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?