GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hacı İbrahimin iş otağına basqın, Nazim İbrahimovun evinin atəşə tutulması... - "QUSKA"NIN DAHA BİR NEÇƏ CİNAYƏTİ

Hacı İbrahimin iş otağına basqın, Nazim İbrahimovun evinin atəşə tutulması... - "QUSKA"NIN DAHA BİR NEÇƏ CİNAYƏTİ

Tarix: 19-11-2017, 16:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 431
Hacı İbrahimin iş otağına basqın, Nazim İbrahimovun evinin atəşə tutulması... - "QUSKA"NIN DAHA BİR NEÇƏ CİNAYƏTİ



Almaniyada mühacirətdə olan keçmiş deputat-oliqarx, “Quska” ləqəbli mafioz Hüseyn Abdullayevin daha bir cinayət əməlinin üstü açılıb. Məlum olub ki, “Quska”nın qeyri-leqal yarımhərbi dəstəsinin üzvləri məşhur biznesmen Hacı İbrahim Nehrəmlinin iş otağına basqın edib, onun qardaşı Nazim İbrahimovun evini atəşə tutub, Naxçıvan Ali Məclisinin deputatı, iş adamı Arzu Kazımovu vəhşicəsinə döyüb, Məmmədtağı İbrahimovun ofisinə basqına cəhd göstərib və c.

Bu əhvalat barədə jurnalist Eynulla Fətullayev özünün Facebook səhifəsində yazıb.

Xatırladaq ki, bundan öncə E.Fətullayev əvvəlcə “Quska”nın yarımhərbi kriminal dəstəsinin 1998-ci ildə ADP sədri Sərdar Cəlaloğluna yaşadığı binanın blokunun girişində hücum edərək başına vedrə keçirdiklərini, siyasətçini taxta ilə ölümcül hala saldıqlarını, sonra isə “Azərsun” prezidenti Abdolbari Goozalın ofisinə basqın edərək biznesmeni döyüb, seyfindən 180 min dollar apardıqlarını yazmışdı...

gundemxeber.az virtualaz.org-a istinadla bildirir ki, E.Fətullayevin “Quska” tərəfindən vaxtilə törədilmiş bu əməllərin üstünü açması keçmiş deputatın sosial şəbəkələrdə onun ünvanına qeyri-etik ifadələr, təhqirlər yağdırmasına cavabdır. Belə ki, bu günlərdə “Quska” prezidentliyə iddiasını ortaya qoyub. Haqqin.az və virtualaz.org saytları isə onun vaxtilə törətdiyi əməlləri, yarımhərbi qeyri-leqal birləşmə saxlayaraq siyasətçilərə, jurnalistlərə zorakı hücumlar təşkil etdirdiyini yada salaraq “quldurun prezident olmaq iddiasını” tənqid edib. “Quska” bundan bərk qəzəblənib və həmin vaxtdan etibarən sosial şəbəkələrdə jurnalistləri, o cümlədən E.Fətullayevi təhqir edir.

Eynulla Fətullayev isə buna cavab olaraq özünün Facebook-dakı səhifəsində əvvəlcə belə anons paylaşıb: "Tərbiyəsiz və əxlaqsız "Quska" ləqəbli biznesmen, kəmsavad, bivec və nadan Hüseyn Abdullayev adlı küçə uşağı prezidentliyə namizədliyini verib və "Azadlıq" qəzetinin səhifələrində məni təhqir edib. Yazır ki, Hüseyn Abdullayevin cinayətlərini sübut etməsəm...

Ardınca isə özünə və Əli Kərimliyə xas jarqonda əxlaqsız cümlələr işlədib. Mən bunları yazmaq istəmirdim. “Quska” özü vadar etdi. Mən, haqqin.az saytından da “Quska”ya cavab yazmayacam, çünkü bu küçə uşağı haqqin.az kimi mötəbər və hörmətli KİV-in səhifələrinə layiq deyil. Mən, “Quska”nın cinayətlərini, elə onun öz dilindən eşitdiklərimi Sizə nəql edəcəm!!!

E.Fətullayev vədinə sadiq qalaraq bu gün “Quska”nın vaxtilə ona danışdığı üçüncü əhvalatı izləyiciləri ilə paylaşıb. O, Facebook səhifəsində aşağıdakıları yazıb.

**

Hüseyn Abdullayevin cinayətləri (3-cü hissə) - Hacı İbrahimin iş otağına basqın, Nazim İbrahimovun evinin atəşə tutulması, Naxçıvan Ali Məclisinin deputatı, iş adamı Arzu Kazımovun vəhşicəsinə döyülməsi, Məmmədtağı İbrahimovun ofisinə basqın cəhdi

90-cı illərin sonunda bir sıra iş adamları, xüsusilə Naxçıvan əsilli, məlum maşın yağı biznesinə maraq göstərərək, Azərbaycandan Ukraynaya maşın yağı ixrac edərək, əvəzinə Bakıya armatur gətirirlərmiş. İş adamları bu biznes sahənin də “Quska” ləqəbli inhisarçı Hüseyn Abdullayevin nəzarətində olduğunu bilmirdilər.

Hüseyn Abdullayev əvvəlcə şifahi ultimatum göndərərək, bu biznesmenlərdən Ukrayna ilə ticarətə son qoymağa tələb edir. Amma ultimatuma rəğmən, iş adamları biznesi davam etdirirlər.

1998-99-cu illərdə Hüseyn Abdullayevin cinayətkar dəstələri iş adamlarına hücuma keçirlər. İlk qurban hamının yaxşı tanıdığı Nehrəmli Hacı İbrahimdir. O zamanlar, Hacı İbrahimin ofisi indiki Ədliyyə Nazirliyinin binasında yerləşirdi. “Quska”nın yaraqlıları Hacı İbrahimin şəxsi kabinetinə daxil olur və “Kalaşnikov” avtomatlarından onun otağını gülləbaran edirlər...

Bunun ardınca, daha bir dəstə Azərbaycanın Ukraynadaki səfiri, Hacı İbrahimin qardaşı Nazim İbrahimovun evininin pəncərələrinə avtomatlardan atəş açır...

Eyni zamanda, birbaşa “Quska”nın göstərişi ilə günün günorta çağı Bakı Bulvarının ərazisində cinayətkar dəstə Naxçıvan Ali Məclisinin deputatı, iş adamı Arzu Kazımova hücum təşkil edir və onu camaatın gözü qarşısında vəhşicəsinə döyürlər.

Bir neçə gün sonra, “Quska” Naxçıvan Ali Məclisinin digər deputatı, iş adamı Məmmədtağı İbrahimova qarşı hücuma hazırlaşır. M.İbrahimov, Fəvvarələr Meydanında “Azərbaycan” kinoteatrının yaxınlığında yerləşən ofisində özünümüdafiə məqsədilə digər Naxçıvanlı qruplaşması üzvlərindən armaturla silahlanmış ordu formalaşdırır... Beləlikə, maşın yağı biznesinin inhisarı maraqlarının müdafiəsi naminə Bakının mərkəzi küçələri əsl döyüş meydanlarına çevrilir.

“Quska” Abdullayev, sadaladığım və birbaşa tərəfinizdən həyata keçirilmiş bu cinayətlərin xatırlanması kifayətdirmi? İstəsəniz, digər saysız-hesabsız cinayətləri də xatırlada bilərəm? Düşünürsən ki, Azərbaycan xalqının yaddaşı silinib? Bəlkə xalq sizin cinayətlərinizi əfv edib, unudub? Yanılırsız, Sizi baqajda da olsa Bakıya gətirib, mühakimə edəcəyik! Cinayətləriniz sizi təqib edəcək, hər küçədə, hər döngədə... Almaniya olsa belə!”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Ailə TV"nin ofisinə silahlı basqın oldu

    "Ailə TV"nin ofisinə silahlı basqın oldu ...

    22-06-2017, 13:10

  • 
  • Nazim İbrahimovun qardaşına şok müraciət

    Nazim İbrahimovun qardaşına şok müraciət ...

    20-02-2014, 23:37

  • 
  • OMON Beynəlxalq Bankın ofisinə basqın etdi, axtarış gedir

    OMON Beynəlxalq Bankın ofisinə basqın etdi, ...

    17-12-2015, 16:57

  • 
  • “Lotu Quli”nin iqamətgahından reportaj - EYNULLA FƏTULLAYEV İSTANBULDAN YAZIR

    “Lotu Quli”nin iqamətgahından reportaj - EYNULLA ...

    10-11-2017, 11:28

  • 
  • “Quska” yenə hakimiyyəti hədələdi

    “Quska” yenə hakimiyyəti hədələdi ...

    20-11-2014, 12:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu