GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » NƏSIMI RAYON İCRA BAŞÇISI ZİBİL QABLARININ YERİNİ SATIB QARABAĞ ƏLİLİNİN AVTOMOBİLINİ «GİROV» GÖTÜRDÜ (VİDEO)

NƏSIMI RAYON İCRA BAŞÇISI ZİBİL QABLARININ YERİNİ SATIB QARABAĞ ƏLİLİNİN AVTOMOBİLINİ «GİROV» GÖTÜRDÜ (VİDEO)

Tarix: 21-11-2017, 15:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 583
NƏSIMI RAYON İCRA BAŞÇISI ZİBİL QABLARININ YERİNİ SATIB QARABAĞ ƏLİLİNİN AVTOMOBİLINİ «GİROV» GÖTÜRDÜ (VİDEO)


Maşınını həbsdən çıxarmaq istəyən Nəsimi rayon sakini rüşvət tələbi ilə üzləşdi

Bu günlərdə məlumat yayıldı ki, Sabunçu rayonunda İcra Hakimiyyətinin göstərişi ilə Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsi ilə Əli Kərim küçəsinin kəsişməsində yerləşən üçmərtəbəli yaşayış binasında vətəndaşın evinə giriş qapısı bağlanıb. Məlumatı müşayiət edən fotolardan görünürdü ki, binanın yan-yana olan 3 qapısından biri sonradan bağlanaraq pəncərəyə çevrilib. Xəbərdə bildirilirdi ki, ustalar binaya daş üzlük vuranda ev yiyəsi qapının bağlanmasına etirazını bildirsə də, icra nümayəndələri qapının binanın mənzərəsini korladığını deyiblər. Ona məsləhət görülüb ki, arxa tərəfdən qapı açsın. Digər 2 qapını isə niyə bağlamadıqlarını isə izah etməyiblər. Görünür, icra başçılarının bu kimi özbaşınalıqlarının qarşısının alınmaması onlara qol-qanad verib. Redaksiyamıza daxil olan şikayətə görə, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı da Azadlıq prospekti — 70 ünvanda zibil qutularının yerini satıb. Yeri dəyişdirilən qutular isə əlil vətəndaşın qarajının qapısını bağlayıb. Vəziyyətlə yerində tanış olub fotoşəkillər çəkən əməkdaşımıza təfərrüatları danlışan Qarabağ əlili Rafiq Tağıyevin sözlərinə görə, qarajın bir yanında maşınyuma sexi var, digər yanında isə əvvəllər 10 metrlik boş yer varmış. Həmin 10 metrlik ərazidə 8-10 ədəd zibil qabı varmış və yaxınlıqdakı binaların sakinləri məişət tullantılarını həmin qablara atırlarmış.

NƏSIMI RAYON İCRA BAŞÇISI ZİBİL QABLARININ YERİNİ SATIB QARABAĞ ƏLİLİNİN AVTOMOBİLINİ «GİROV» GÖTÜRDÜ (VİDEO)[/center]

Şikayətçi deyir ki, bir neçə ay qabaq Rayon İcra Hakimiyyətinin təsərrüfat müdiri Qurban müəllim həmin yeri bələdlətdirib satdı və zibil qablarının sayı azalaraq 6-ya endi: «Satılan yerin təxminən 6-7 metrlik nahiyəsində alt hissəsi obyekt, üstü fərdi ev təyinatlı iki mərtəbəli ev tikildi. Üstəgəl, o vaxtadək orada mövcud olmuş 8 ədəd çoxillik ağac da kökündən qoparıldı. Biz sakinlər etiraz etmək üçün orada iş görən şəxslərə yaxınlaşanda bir əkə-bikə qadın irəli durub obyektin sahibi kimi sinəsini qabağa verdi ki, bəs icra hakimiyyətindən tutmuş ekologiya nazirliyinə qədər hamının pulunu verib, biz kimik ona mane olaq». Qarabağ əlilinin sözlərinə görə, həmin qadın hətta kimə nə qədər rüşvət verdiyini də açıqlayıb: «İcra başçısına 10 min, təsərrüfat müdirinə 5 min, departament rəisinə (ETSN-nin müvafiq strukturu nəzərdə tutulur — red.) də 5 min manat. Bundan sonra bir də xəbər tutduq ki, arada qalan 4 metrlik ərazi də satılıb, orada da 4×8 kvadrat-metr sahəni əhatə edən hansısa yeni, təyinatı bilinməyən tikilinin əsası qoyuldu. Bu dəfə zibil qablarının sayını ixtisara salıb 4-ə endirdilər. Lakin onları qoymağa yer tapmadıqlarından, gətirib mən olmadığım vaxt qarajımın həyətə baxan qapısının önünə yerləşdirdilər. Beləliklə, əlil kimi mənə dövlət tərəfindən verilmiş avtomobil qapıdan çıxara bilmədiyim üçün həbsdə qaldı.

[center]NƏSIMI RAYON İCRA BAŞÇISI ZİBİL QABLARININ YERİNİ SATIB QARABAĞ ƏLİLİNİN AVTOMOBİLINİ «GİROV» GÖTÜRDÜ (VİDEO)

Şikayət etmək üçün xeyli vaxt İcra Hakimiyyətinə ayaq döydüm. «Bu gün-sabah həll edərik» deyib məni get-gələ saldılar, heç bir tədbir görmədilər. Nəhayət qərara gəldim ki, maşını çıxarmaq üçün qarajın əks tərəfindən, yola baxan qapı açım. Lakin gecənin bir aləmində Mənzil İstismar Sahəsinin rəisi başının dəstəsi ilə gəlib qaraja 600 manat xərc hesabına quraşdırdığım həmin jalüz qapını sökdülər. Sonra da Qurban müəllimin ismarıcını çatdırdılar ki, bəs qapı açmağa icazə istəyirəmsə, mən də 5 min manat verməliyəm». Qarabağ əlili redaksiyadan xahiş edir ki, onun özünün və qonşusu olan digər sakinlərin bu problemi KİV-də ictimailəşdirilərək əlaqədar instansiyaların diqqətinə çatdırılsın və ona dəyən ziyanın ödənilməsinə, maşın qarajından rahat istifadə
edə bilməsinə nail olması üçün köməklik göstərilsin.
Mövzuya qayıdacağıq.




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra Hakimiyyətinin qapısını pəncərəyə çevirdiyi binadan — FOTOREPORTAJ

    İcra Hakimiyyətinin qapısını pəncərəyə çevirdiyi ...

    17-11-2017, 15:45

  • 
  • NƏSİMİ RAYON  İCRA HAKİMİYYƏTİNİN BİNASINDA MƏHƏMƏLİYEVDƏN MİRAS QALAN  İSTİLİK VƏ AYAQYOLU PROBLEMİ…

    NƏSİMİ RAYON İCRA HAKİMİYYƏTİNİN BİNASINDA ...

    17-02-2016, 13:41

  • 
  • Nəsimi rayonunda qalmaqal

    Nəsimi rayonunda qalmaqal ...

    5-04-2013, 10:21

  • 
  • Bakıda 24 yaşlı oğlan sevgilisini girov götürdü – ŞOK XƏBƏR

    Bakıda 24 yaşlı oğlan sevgilisini girov götürdü – ...

    25-10-2013, 14:48

  • 
  • Sabunçunun icra başçısı Adil Vəliyev 117 min manatı necə sildi

    Sabunçunun icra başçısı Adil Vəliyev 117 min ...

    7-12-2013, 23:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu