Bakı şəhərinin Sabunçu rayonu ərazisində 24 yaşlı oğlan qeyri-rəsmi nikah münasibətində yaşadığı qadını girov götürüb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyova küçəsi bina 17, mənzil 41 ünvanında qadının işgəncəyə məruz qalması barədə polisə məlumat daxil olub. Dərhal polis qrupu həmin ünvana gəlib. Məlum olub ki, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən mənzildə iki nəfər 1978-ci il təvəllüdlü Zərbəliyeva Gülzar Əhməd qızı və onun qeyri rəsmi nikah münasibətdə yaşadığı həyat yoldaşı 1989-cu il təvəllüdlü Nuriyev Emin Fariz oğlu var. Polisin tələbinə baxmayaraq E.Nuriyev qapını açmaqdan imtina edib. Polis qapının açılması üçün Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə müraciət edib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşlarının mənzilə daxil olmalarına köməklik göstərib. Polisə müqavimət göstərən və özünü öldürəcəyini deyən 24 yaşlı E.Nuriyev zərərsizləşdirib və polis idarəsinə aparılıb. Əli-qolu bağlanmış və vəhşicəsinə döyülmüş 35 yaşlı qadın isə xilas edilib. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Məlumata görə, hadisəni törətmiş E.Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb. O bir neçə ay əvvəl G.Zərbəliyeva ilə tanış olub və isti münasibətlər yaranıb. Qadının işgəncəyə məruz qalmasını isə polisə onun anası bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?