GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mənsimovun yaxtasındakı erməni, SOCAR-dan oğurladığı milyonlar, daha nələr…

Mənsimovun yaxtasındakı erməni, SOCAR-dan oğurladığı milyonlar, daha nələr…

Tarix: 25-11-2017, 14:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 387
Mənsimovun yaxtasındakı erməni, SOCAR-dan oğurladığı milyonlar, daha nələr…[/center]

Müflisləşmiş milyarder Mübariz Mənsimovla bağlı əhvalat getdikcə daha dramatik xarakter alır. M,Mənsimov oyunun bütün yazılmış və yazılmamış qaydalarını pozub. M.Mənsimov Rusiya Xüsusi Xidmət orqanlarının mümkünsüzlük sənətinin əsəridir. Bu iş adamının parlama və yoxsulluq tarixçəsi uşaqlıqdan yazı, orfoqrafiya və üslub problemləri olan heçdən, axmaq və savadsız adamdan nəhəng “LUKoil” neft şirkətinin əlaltı layihəsini yaratmaq üzrə dərs vəsaitidir. Budur, başqa bir ölkənin hökumətindən xeyir-dua almış M.Mənsimov təxminən iki onillik ərzində oturduğu budağı kəsməyə çalışır.

gundemxeber.az bildirir ki, M.Mənsimov özünə xas utanmazlıq və əyalət həyasızlığı ilə “LUKoil” şirkəti ilə məhkəmə çəkişməsindən danışır. Yanlış təsəvvür yaratmaq istəyir ki, guya onu Rusiyada sifariş ediblər və bu işdə qonşu ölkədəki erməni diasporunun əli var. Amma M.Mənsimov başqa bir məhkəmə prosesi – Azərbaycanın SOCAR neft şirkəti ilə məhkəmədən bir söz belə demir.

Lakin M.Mənsimov özünə xas olan əyalət həyasızlığı və utanmazlığı ilə kobud və birbaşa şəkildə Azərbaycanın dövlət şirkətinə, deməli, həm də Azərbaycan dövlətinə yüzlərlə milyon dollar “atıb”. Onun şirkətinin saytında SOCAR hələ də rəsmi tərəfdaş kimi göstərilir, halbuki Azərbaycan neftinin nəqli ilə məşğul olan M.Mənsimov öhdəliklərini yerinə yetirməyib və dövlət şirkətinə yarım milyard “atıb”.

Faktiki olaraq M.Mənsimov kredit oliqarxlarının şücaətini təkrarlayıb və bu zaman hansısa fövqəladə ağıllı, çevik sxemlərə əl atmayıb. Hər şey birbaşa və sərsəm 90-cı illərin ruhunda edilib: pulu alıb, “Palmali”nin törəmə şirkətlərindən birinin adına rəsmiləşdirib və ofşora yollayıb.

Başqa sözlə, M.Mənsimovun problemləri yalnız “atdığı” Rusiya hökuməti ilə bitmir, hələ Azərbaycan hökuməti də var!

[center]Mənsimovun yaxtasındakı erməni, SOCAR-dan oğurladığı milyonlar, daha nələr…

İndi isə M.Mənsimov ikiüzlü şəkildə bildirir ki, guya onun Rusiya qanunvericiliyi ilə problemi yoxdur və ona qarşı Rusiya KİV-lərində bütün hücumların arxasında erməni diasporunun xəstə fantaziyası durur. Yaxşıdır ki, bu dünyada ermənilər var. Olmasaydılar, onları fikirləşib tapmaq lazım gələrdi. Oğurlanmış yüzlərlə milyonu silməyə yer var.

Lakin bu halda M.Mənsimov unudur ki, hələ Suriya ekspedisiyasının əvvəllərində “Palmali”nin məsələsi Putinlə Obamanın görüşündə müzakirəyə çıxarılmışdı. Onun neft daşıyan gəmilərinin bəzi türkiyəli siyasətçilərin əlaqədə olduğu “Ən-Nüsra Cəbhəsi” terror təşkilatının neftini nəql etməsi ilə əlaqədar ABŞ Türkiyəyə ciddi narahatlıq, narazılıq bildirmişdi. Moskvada M.Mənsimovu bu avantüradan geri çəkməyə çalışdılar. Lakin o, dinləmədi. Sonra isə ciddi problemlər başladı. “LUKoil” öz yetirməsi ilə əməkdaşlıqdan imtina etdi. Mənsimov isə Xəzər dənizinin sahillərində peyda oldu.

Necə oldu ki, Azərbaycanın dövlət şirkəti “Ən-Nüsra Cəbhəsi”nin tərəfdaşına inandı? Axı M.Mənsimov daha güzəştli tariflər təklif edib Türkmənistan hökuməti ilə separatçı danışıqlara gedərək, türkmən neftinin daşınması məsələsində SOCAR-a “atmışdı”. Elə ilk fırıldaqdan sonra M.Mənsimovla əlaqəni kəsmək lazım idi.

Lakin Bakıda əməkdaşlığı davam etdirmək qərarına gəldilər. Bu da sizə əməkdaşlıq! Mənsimovla tərəfdaşlıq barədə hələ onun Eldar Mahmudovun qaragüruhu ilə siyasi qohumluğundan, ANS teleşirkətinin təsis sənədlərinin saxtalaşdırılmasından və başqa bir çox qaranlıq yarıkriminal əhvalatlardan sonra düşünmək lazım idi... Düşünmədilər, sövdələşdilər, it balasını yemlədilər!

Mənsimovun yaxtasındakı erməni, SOCAR-dan oğurladığı milyonlar, daha nələr…

M.Mənsimov SOCAR-ın pullarını ofşora daşıdı. Bəli, borclarının əvəzində onun əlindən Batumidəki kompleks, İstanbuldakı otel, az qala bütün tankerləri, bütün Türkiyədəki daşınmaz əmlakı alındı. Lakin M.Mənsimov hələ də borcludur və deyəsən,borclarını qaytarmaq fikrində deyil. Bundan əlavə, o, London Arbitraj Məhkəməsində Azərbaycan hökuməti ilə sövdələşməni mübahisə predmetinə çevirmək istəyir. Keşməkeşli yollar M.Mənsimovu təhqiqatçı jurnalistlər konsorsiumuna (OCCRP) da gətirib çıxarıb və o, keçmiş tərəfdaşları barədə bildiklərini onların ovcuna qoymağa hazırlaşır.

Bu klassik əhvalat Mavrodi və Hacı İbrahim Nehrəmlinin avantüralarına bənzəyir və adi cinayətkarlığı siyasiləşdirməyə can atmaqdan başqa bir şey deyil. Axı Azərbaycanın kredit oliqarxları kimimənimsənilmiş dövlət vəsaitini yumaq lazımdır. Bu əxlaqsız işdə Mənsimovun ən yaxın köməkçisi erməni problemidir.

Düzdür, özünə lazım olanda Mənsimov ermənilərlə fəal şəkildə dostluq və əməkdaşlıq edib. Heç kimə sirr deyil ki, ABŞ-dakı erməni diasporunun ən nüfuzlu nümayəndələrindən biri Levon Termencyan Mənsimovun Türkiyədəki ziyafətlərinin daimi qonağı olub, yaxtasına dəvət alıb, Mənsimovun ABŞ-dakı biznes görüşlərini və səfərlərini təşkil edib. Erməni mövzusu cinayətin örtülməsi üçün yalnız pafoslu pərdədir, başqa heç nə.

İndi Mənsimovun geri çəkilməyə yolu yoxdur. Körpülər yandırılıb-həm Rusiya, həm Azərbaycanla. Situasiyadan çıxmaq lazımdır. Lakin necə? Haci İbrahim Nehrəmli və ya Nizami Piriyevdən fərqli olaraq o, Azərbaycanın hüdudlarından kənardadır və nəticədə Mənsimovu ələ keçirmək, tutub “Bandotdel”ə salmaq xeyli çətindir. Mənsimovun bir çıxış yolu qalır-hər şeyi Rusiya xüsusi xidmət orqanlarının və erməni diasporunun üzərinə yıxmaq, bu çəkişməni “Ən-Nüsrə Cəbhəsi” ilə ticari və siyasi sövdələşmələrə görə qisas kimi təqdim etmək. Bax elə buna görə də Mənsimov bir qrup azərbaycanlı jurnalisti yanına çağırıb, hesabında qalan pullardan bir az onların cibinə basıb və hər şeyi ermənilərin üstünə yıxmağı xahiş edib. Bu cür də edirlər.

Bilmirəm, Rusiya Mənsimovla məsələni necə həll edəcək, lakin Azərbaycanın pulları dövlətin xəzinəsinə qaytarmaq üçün yeganə çıxış yolu var-dərhal rəsmi təhqiqat başlatmaq və oğrunun Bakıya ekstradisiyasına nail olmaq. Başqa yol yoxdur./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milyarderlərimiz arasında dava: Mübariz Mənsimov Vahid Ələkbərovdan 2 milyrad istəyir

    Milyarderlərimiz arasında dava: Mübariz Mənsimov ...

    18-09-2017, 02:30

  • 
  • Mübariz Mənsimov: "Nə İŞİD? Dürüst olun!"

    Mübariz Mənsimov: "Nə İŞİD? Dürüst ...

    23-11-2015, 14:59

  • 
  • Mübariz Mənsimov Metris həbsxanasında (FOTO)

    Mübariz Mənsimov Metris həbsxanasında (FOTO) ...

    9-01-2014, 13:23

  • 
  • Mübariz Mənsimov Bakıya gəlib

    Mübariz Mənsimov Bakıya gəlib ...

    28-05-2013, 16:30

  • 
  • Mübariz Mənsimov UEFA-nı tənqid etdi

    Mübariz Mənsimov UEFA-nı tənqid etdi ...

    23-07-2013, 13:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu