GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanlı uşaqlar məktəblərdə niyə donur? -ARAŞDIRMA

Azərbaycanlı uşaqlar məktəblərdə niyə donur? -ARAŞDIRMA

Tarix: 26-11-2017, 14:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 395
Azərbaycanlı uşaqlar məktəblərdə niyə donur? -ARAŞDIRMA


Qubada məktəblər istiliklə təmin edilmədiyindən, şagirdlər sinifdə papaq və palto ilə oturmağa məcburdular. İstiliyin olmaması davamiyyətə də təsir edib, hava kəskin soyuyandan sonra əksəriyyət övladını məktəbə buraxmaq istəmir. Amma yalnız Quba məktəbləri deyil, paytaxt Bakı da daxil olmaqla, bölgələrdə təhsil müəssisələrinin istiliklə təminatında problemlər var. Baxmayaraq ki, mövsümün əvvəlində həm “Azəriqaz” İstehsalat Birliyi, həm də “Azəristiliktəchizat” ASC ümumtəhsil müəssisələrinin istiliklə təminatında problemlər olmayacağını vəd etmişdi.

Təhsil müəssisələrindən daxil olan şikayətləri nəzərə alıb məktəblərin istiliklə təminatı vəziyyətini araşdırdıq

Qubanın soyuq sinif otaqları

“Rayonun mərkəzindəki 8 məktəbdə istilik yoxdur. Hava kəskin soyuyan kimi uşaqları məktəbə göndərə bilmirik”, - Quda rayon sakini Məmməd Rüstəmov virtualaz.org-a şikayətində bildirir. Onun sözlərinə görə, məktəbin direktoruna elektrik sobası almağı təklif ediblər. Amma direktor işıq puluna görə valideynlərin təklifi ilə razılaşmayıb: “Rayon mərkəzindəki bütün məktəblərlə maraqlandıq, bəlli oldu ki, 8 məktəbin heç birində istilik yoxdur. Quba rayon təhsil şöbəsindən isə problemin “Azəriqaz”la bağlı olduğunu dedilər”.

Quba sakini Nəcibə Əliyeva isə ucqar dağ kəndlərindən fərqli olaraq, rayon mərkəzindəki məktəblərdə istilik sistemi quraşdırıldığını deyir: “Məktəblərdə istilik sistemi var, amma elə bil bəzək üçün quraşdırıblar. Qış ayında istilik olmur, ya da verilən istiliklə sinifi isitmir. Ona görə də qızımı məktəbə göndərmək istəmirəm, uşaq tez-tez xəstələnir”.

Bakı məktəbləri donur...

Paytaxtın əksər məktəbində istilik problemi var. Xüsusilə də, Bakıətrafı kənd və qəsəbələrdə məktəblərə istilik verilmir. Məsələn, Hövsan qəsəbəsindəki 76 saylı məktəbin müəllimlərinin sözlərinə görə, təzyiq o qədər aşağıdır ki, verilən istilik şam istisindən fərqlənmir. Yarım saat əlini qızdırıcıya yapışdırmalısan ki, istiliyi hiss edəsən. Yeni Suraxanı qəsəbəsindəki 89, Əmircan qəsəbəsində 114 saylı orta məktəbdə də şagirdlərə altdan geyinib, üstən qıfıllanmağı tapşırıblar. 116, 308, 169, 138 saylı məktəblərin valideynləri də sinif otaqlarının soyuq olmasından şikayətçidirlər.

“Şikayət yoxdur”?!

Bunu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov iddia edir. Onun sözlərinə görə, hələlik idarəyə hər hansı bir məktəbdən istiliklə bağlı şikayət daxil olmayıb. “Bəzi məktəblərin fərdi qazanxana sistemi var, bəziləri “Azəristiliktəchizat” tərəfindən qızdırılır. Buna görə də, əvvəlcə şikayətçi məktəbin hansı mənbədən istilik aldığını araşdırmaq lazımdır. İdarəyə müraciət daxil olarsa, problemin nədən qaynaqlandığını bilmək olar”, - Məmmədov söyləyib.

Sektor müdiri bu qış istiliklə bağlı problem yarandığı halda dərhal müdaxilə ediləcəyini də söyləyib.

Təhsil Nazirliyindən isə bildiriblər ki, Qubadakı məktəblərin istilik problemi həll olunur. Artıq məktəblərin fərdi qazanxanalarına qaz verilib. Bundan sonra isə qubalı şagirdlərin canı qızınacaq.

“Dərdlərini sizə deyil, bizə söyləsinlər”

“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məsləhət görür ki, şikayətçi mətbuata üz tutmaqdansa, müştəri xidmətlərinə məlumat versin: “Bakı şəhərində 140 məktəbi istiliklə təmin edirik. Noyabrın 15-dən indiyədək nə valideynlər, nə məktəb direktorları, nə də Təhsil Nazirliyi tərəfindən müraciət daxil olmayıb. Yəqin ki, fərdi qazanxana sisteminə qoşulan məktəblərdə problem yaranıb”.

R.Əliyevə müraciət edən məktəblərin əksəriyyətinin “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin olunduğunu, lakin təzyiqin aşağı olması səbəbindən siniflərin qızmamasını xatırladırıq. “Havalar kəskin soyuyan kimi istiliyə təlabat artır, nəticədə, qazın təzyiqi azalır. Ancaq qazanxanaların fəaliyyəti ilə bağlı idarəyə mütəmadi məlumatlar verilir, daxil olan müraciətlər araşdırılır. Qazın təzyiqi aşağı düşən kimi “Azəriqaz”a müraciət edirik. Qazanxanalarda təzyiq tədricən artırılır, sadəcə olaraq, bu proses vaxt aparır”.

“Azəriqaz”la pul söhbəti...

Hələ ilin əvvəlindən “Azəriqaz” “Azəristiliktəchizat”a borcun ödənilməsi üçün xəbərdarlıq etmişdi, əks halda borclu-borclunun saxlığını istəməyəcəkdi. Uşaq bağçası, məktəb də daxil olmaqla osial yönümlü obyektlərə istilik verilməyəcəkdi. R.Əliyev isə deyir ki, iki dövlət qurumunun pul söhbətinin nə abonentlərə, nə də ümumi qazanxanadan istilik alan məktəblərə aidiyyəti yoxdur. “Azəriqaz” qazanxanaları qazla təmin edəcək, “Azəristiliktəchizat” isə tabeliyindəki binaları, sosial obyektləri isidəcək.

“Azəriqaz” da mövqeyini yumşaldıb. Qurumun mətbuat katibi İbrahim Kərbəlayev deyir ki, müraciət olunan qazanxanalara qaz verilir. “Azəriqaz” istehsalat Birliyi tərəfindən problem yoxdur, qazın təzyiqinin azaldılması ittihamı da quruma qarşı şər-böhtandır. Əks halda, Təhsil Nazirliyi tərəfindən müraciət daxil olmalı idi. ASC-nin “Azəriqaz”a olan borcuna gəldikdə, məbləğ yalnız “Azəristiliktəchizat” tərəfindən açıqlana bilər.

Quba rayonundakı 8 məktəb “Azəristiliktəchizat”ın xidmət əhatəsinə daxil deyil. Valideynlər “Azəriqaz” tərəfindən qazın verilmədiyini bildirmişdilər. Mətbuat katibi isə qazın verilməsində problem olmadığını bir daha xatırladıb.

Beləliklə, məktəblər istiliyin olmadığını və ya normal verilmədiyini, valideynlər uşaqların donduğunu, “Azəriqaz” və “Azəristiliktəchizat” isə problem olmadığını deyir. Artıq hava soyuyub, qar, şaxta hələ qarşıdadır. Bu qış normal istilik olacaqmı, bunu tezliklə öyrənəcəyik./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azəristiliktəchizat” ASC –də mübhəm TALAN

    “Azəristiliktəchizat” ASC –də mübhəm TALAN ...

    17-01-2014, 12:10

  • 
  • Sabah valideynlər uşaqlarını məktəbə buraxmaq istəmir - Cahillik

    Sabah valideynlər uşaqlarını məktəbə buraxmaq ...

    20-12-2012, 14:37

  • 
  • Azərbaycan qış mövsümünə keçdi

    Azərbaycan qış mövsümünə keçdi ...

    16-11-2013, 23:44

  • 
  • Nazir rayon məktəblərindəki “odun pulu”ndan danışdı

    Nazir rayon məktəblərindəki “odun pulu”ndan ...

    4-12-2013, 13:02

  • 
  • Qazanxanalarda 35-40 milyonumuz yansa da isinmirik

    Qazanxanalarda 35-40 milyonumuz yansa da isinmirik ...

    5-01-2014, 23:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu