GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Azəristiliktəchizat” ASC –də mübhəm TALAN

“Azəristiliktəchizat” ASC –də mübhəm TALAN

Tarix: 17-01-2014, 12:10 Bölmə :Manşet Baxış: 1 246
“Azəristiliktəchizat” ASC –də mübhəm TALAN
Hər il dövlət büdcəsindən milyonlarla manat necə «yeyilir»?

ASC-nin rəhbərliyi əhalini istiliklə təmin etməkdən daha çox dövlətin ayırdığı pulları mənimsəməklə məşğul olur.
Qış mövsümü gələr gəlməz paytaxtın istilik problemi Bakı əhalisinin əsas sosial problemlərindən birinə çevrilir. Uzun illərdir ki, dövlət hər il paytaxtın istilik problemlərinin həlli üçün milyon manatlarla vəsait ayırır. Lakin, ortada böyük vəsaitin olmasına baxmayaraq, Bakının istilik problemləri öz həllini tapa bilmir. Buna görə də əhalinin böyük hissəsi elektrik enejisindən istifadə edərək istiliyə olan təlabatını ödəməyə çalışır. Bu isə həm əhaliyə həddindən artıq baha başa gəlir, həm də elektrik xətlərinin həddindən artıq yüklənməsinə səbəb olur.
Paytaxt Bakının və digər şəhərlərin istilik təminatı 2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə “Azəristiliktəchizat” ASC həyata keçirir. Təşkilatın vəzifəsi paytaxtı və ölkənin böyük şəhərlərini qış aylarında istiliklə təmin etməkdir. Bunun üçünsə qazanxanaların, istilik xətlərinin yay aylarında təmiri, qazanxanaların işləməsi, yeni istilik qurğularının tikilməsi üçün dövlət hər il külli miqdarda vəsait sərf edir. Amma, bu vəsaitin hansı qazanxanada «buxarlanması» haqqında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, “Azəristiliktəchizat” ASC-nin rəhbəri Yaşar Həsənovdan başqa ancaq bir neçə nəfər bilir.
Qeyd edək ki, Yaşar Həsənov 8 ildir ki, “Azəristiliktəchizat” ASC-yə rəhbərlik edir və ölkənin böyük şəhərlərinin «isidilməsindən» böyük pullar qazanır. Onu da xatırladaq ki, dövlət başçısının sərəncamına əsasən, “Azəristiliktəchizat” ASC əhalini qış aylarında fasiləsiz olaraq istiliklə təmin etməlidir.
Bildirək ki, sözügedən ASC-nin strukturu olduqca böyükdür və bu “Azəristiliktəchizat” ASC-yə 1 xidmət təsərrüfatı, 2 MMC, Bakı şəhəri üzrə 17 İstilik İstismar Sahəsi, 51 regional İstilik Təsərrüfatı İdarələri, 5 rayonda istilik qazanxanası, 700-ə yaxın məhəllədaxili istilik qazanxanası, 197 istilik məntəqəsi, 1200 km-ə yaxın magistiral və məhəlli istilik xətti, 2 yüksəldici nasos stansiyası, maşın parkı və digər mühəndis istilik komnuikasiyaları daxildir.”Azəristiliktəchizat” ASC-yə ayrılan vəsaitlər əsasən yay aylarında ayrılır ki, qış aylarında bütün qazanxanalar problemsiz fəaliyyət göstərsinlər. Amma PİA.AZ-a daxil olan məlumatda göstərilir, ASC-nin rəhbərliyi əhalini istiliklə təmin etməkdən daha çox dövlətin ayırdığı pulları mənimsəməklə məşğul olur.
Məlumatda bildirilir ki, qurum rəhbəri Bakı Şəhəri İcra başçısı Hacıbala Abutalıbova arxalanaraq artıq 8 ildir “Azəristiliktəchizat” ASC nin hesabına sərvət toplayır. Qurumun adındakı “Azəristiliktəchizat” sözü olmasına baxmayaraq ASC nin əsas işi paytaxt Bakı şəhərindədir. Çünki, qurumun istixanalarının 80 faizi Bakı şəhərini, yerdə qalanı isə Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərini əhatə edir. Bundan başqa rayonlarda İstilik Təsərrüfatı İdarələri formal olaraq fəaliyyət göstərir, onların əsas işləri yerli icra hakimiyyətlərini və başqa dövlət idarələrini istiliklə təmin etməkdir.
Məlumatlı şəxs bildirir ki, qurum sədri Yaşar Həsənov hər il ayrılan milyonlarla manat vəsaiti mal material alınması, qazanxanaların, istilik binalarının və istilik xətlərinin təmiri tikintisi və başqa işlərdə həyata keçirilən əməliyyatlarda çoxlu sayda maliyyə maxinasiyaları həyata keçirilib.
Məlumata əsasən, ASC-nin maliyyə maxinasiyalarında əsas “işgüzarlardan” kadrlar qurumun Tikinti və İnkşaf şöbəsinin rəisi Cəbrayıl Cəfərxanov və qurumun baş mühasibi Gülnarə Kərimova adlı şəxslərdir. Tikinti və İnkşaf şöbəsi ASC-nin həyata keçirdiyi təmir, tikinti, xətlərin bərbası, yenilərinin çəkilməsi və mal materialların alınmasını həyata keçirir. Bildirilir ki, Cəbrayıl Cəfərxanov ASC-nin rəhbəri Yaşar Həsənovun qurumdakı ən etibarlı və lazımlı adamlarından biridir. Çünki, cəmiyyət sədrinin əldə etdiyi yüzminlərlə manat vəsait məhz bu şöbənin əli ilə «yuyulur».
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC yə 2013-cü ildə ayrılan milyonlarla manat vəsaitlər, bu vəsaitlərin xərclənməsi, silinən pullarla bağlı daxil olan məlumatlardakı faktları digər mənbələr vasitəsi ilə araşdırırıq və növbəti sayımızda oxucularımıza daha ətraflı ilginc məlumatlar təqdim edəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan qış mövsümünə keçdi

    Azərbaycan qış mövsümünə keçdi ...

    16-11-2013, 23:44

  • 
  • İstilik tarifi artırılır? - AÇIQLAMA

    İstilik tarifi artırılır? - AÇIQLAMA ...

    13-10-2015, 11:36

  • 
  • “Akkord”un evlərində 4 gündür işıq və istilik yoxdur

    “Akkord”un evlərində 4 gündür işıq və istilik ...

    16-12-2013, 00:53

  • 
  • Soyuqlar düşdü, istilik sistemləri hələ də işləmir…

    Soyuqlar düşdü, istilik sistemləri hələ də ...

    26-12-2014, 01:47

  • 
  • Çin süni Günəş yaratdı

    Çin süni Günəş yaratdı ...

    11-02-2016, 12:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu