GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Qazanxanalarda 35-40 milyonumuz yansa da isinmirik

Qazanxanalarda 35-40 milyonumuz yansa da isinmirik

Tarix: 5-01-2014, 23:39 Bölmə :Maraqlı Baxış: 1 075
Qazanxanalarda 35-40 milyonumuz yansa da isinmirik
Və ya istisinə qızınmasaq da tüstüsünə pul ödədiyimiz "Azəristiliktəchizat"ın qış hazırlığı

“İndi istilik var, evi normal qızdırır. Amma hava soyuyan kimi istilik də kəsilir. Zəng vururuq, deyirlər ki, qazın təzyiqi azalıb...”

Bunu açıqlamasında Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yaşayan Elnur Qocayev deyib.

Şikayətçinin sözlərinə görə, yaşadığı binanın istiliklə təminatı üçün öz vəsaitləri hesabına təmir-bərpa işləri aparırlar. Hələ üstəlik aylıq istilik haqqı da ödəyirlər.

Əslində Xətai, Səbayel, Yasamal, Nəsimi rayon sakinlərinin də dərdi eynidir. “Azəristiliktəchizat” Səhmdar Cəmiyyətinin binalara verdiyi istiliyə qızınmasalar da tüstüsünə pul ödəyirlər.

Virtualaz.org saytının əməkdaşları paytaxtdakı binaların istiliklə təminatında olan problemlərin səbəbini araşdırıb.



Şikayətlərin ünvanı

“Sakinlərin nəzərinə! Binaların istiliklə təminatında yaranan problemlərə görə bu nömrələrə zəng edin”.

Bu elanda qazanxanaya məsul rəisin, bir də ustanın əlaqə nömrələri qeyd olunub.

Paytaxtda istiliklə təmin edilən binalarının əksəriyyətində bu məzmunda elana rast gəlirik. Biz də sakinlərdən biri kimi verilən telefon nömrəsinə zəng edirik. Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsində istiliyin zəif verilməsindən, evi qızdırmadığından şikayət edirik.

-Yəqin qazın təzyiqi aşağıdır.

-Axı qaz yaxşı gəlir.

-Baxarıq...

Və danışdığımız məsul şəxsin adını, vəzifəsini öyrənməyə imkan vermədən dəstək asılır.

Bina sakini Ruslan Nəbiyevin sözlərinə görə, yaşadığı mənzildə kombi sistemi qurmaq istəyib, lakin digər sakinlər ümumi istilik sisteminə qatıldığından bu, mümkün olmayıb: “Bizim mənzil üçüncü mərtəbədə yerləşir, ikinci və dördüncü mərtəbədə yaşayan qonşular ümumi istilik sisteminə qoşulmaq istəyir. Buna görə də hər mənzil sahibi 60-70 manat verib xətləri bərpa etdirdi”.

Bu arada köhnə binalarda ləğv edilmiş xətlərin bərpası sakinlərin hesabına aparılır. “Xətti kəsən cəriməsini də ödəməlidir” məntiqi ilə bu siyasət başadüşüləndir. Amma mərkəzləşdirilmiş qazanxana sisteminə yeni qoşulan binalarda da mənzillərə borular sakinlərin hesabına çəkilir.

“Azəristiliktəchizat” SC-nin Abonent və Müştəri Xidməti İdarəsinin rəisi Rafiq Əliyev isə mətbuata açıqlamasında bunu belə izah edib:“Sistemi binanın zirzəmisinə qədər gətiririk. Mənzildaxili istilik sistemi sakinləri hesabına görülür. Çünki Azərbaycanda mənzillərin 95 faizi özəlləşib”.

Amma...

25 ildir qazanxanaya rəhbərlik edən (müəyyən səbəblərdən adını açıqlamırıq) mütəxəssis isə evlərdəki xətlərin bərpasına vəsait ayrıldığını iddia edir: “Bəzən bir blokda 9 nəfər xəttin bərpasına pul ödəyir, bir sakin razı olmur. Bu halda isə sistemi quraşdırmaq mümkün olmur. Sakinlər şikayət edəndə bizə baş idarədən “narazı sakinin əvəzinə sən pul ödə” əmri gəlir. Çünki bərpa və təmir adı ilə küllü miqdarda vəsait ayrılır”.



İlə 35-40 milyon manat!

Tanınmış iqtisadçı-ekspert Rövşən Ağayev virtualaz.org saytına dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlə bağlı açıqlama verib. Rövşən Ağayevin sözlərinə görə, “Azəristiliktəchizat” SC-yə il ərzində 35-40 milyon manat vəsait ayrılır: “Səhmdar cəmiyyəti 2006-cı ildə yaradılıb. Elə həmin ildən də quruma büdcədən iki kanalla pul ayrılmağa başlanılıb. 2008-2013-cü illərdə büdcədən mənzil-kommunal təsərrüfatı sektorunda istilik sisteminə 112 milyon manat vəsait ayrılıb. İnvestisiya xərclərində isə 2007-2013 illər üçün 109 milyon manat yönəldilib. Təxminən 220 milyon manata qədər vəsait bu sahənin inkişafı üçün böyük məbləğdir. İstilik sisteminin bərpasına il ərzində 35-40 milyon manat yönəldilir”.

R.Ağayevin fikrincə, maliyyə vəsaitinin ayrılması zamanı öhdəliklər nəzərə alınmır: “Doğrudur, haradasa qazanxana tikildiyi, təmir aparıldığı haqda eşidirik. Amma maliyyə vəsaitinin ayrılmasında hökumətin yanaşma səhvi var. Kommunal xidmətlər üçün maliyyə vəsaiti ayrılmadan əvvəl proqram hazırlanmalı idi. Məsələn, Bakı və bir neçə iri şəhərdə istilik sisteminin qurulmasına ehtiyac olan binaların, o cümlədən yenidən qurulacaq, təmir ediləcək binaların sayı öyrənilməli idi. Tikiləcək qazanxanaların sayı da nəzərə alınandan sonra hesablanıb pul ayrılmalı idi. Binalar, ərazilər üzrə öhdəlik götürülməli idi. Yəni maliyyə vəsaiti illər və ərazilər üzrə ayrılmalıdır”.

Ekspert dedi ki, maliyyə vəsaitinin xərclənməsinə nəzarət imkanı yoxdur: “İctimaiyyətin və qeyri-hökumət təşkilatlarının monitorinq aparmaq imkanı məhduddur. Keçən ilə nisbətən nə qədər binanın istiliklə təmin olunduğunu, üstəlik keyfiyyətin artıb-azaldığını yoxlamaq mümkün deyil. Başqa sözlə, istilik sisteminə ayrılan vəsaitin xərclənmə mexanizmi açıq deyil”.



Qeyd edək ki, “Azəristiliktəchizat”a ayrılan dövlət vəsaitindən əlavə istilikhaqqı da da yığılır. “Azəristiliktəchizat” tərəfindən göstərilən xidmət haqları əhali qrupu üçün hər kvm-ə görə 15 qəpik, qeyri-əhali qrupu üçün isə 25 qəpikdir.

R.Ağayev dedi ki, “Azəristiliktəchizat” bu vəsaitin qurumun saxlanılmasına yönəldiyini açıqlayır: “Amma mövsüm ərzində istilik üçün ödənişlərin məbləği açıqlanmır”.

Qurumdan istilik üçün yığılan aylıq vəsaitin məbləğini öyrənə bilməsək də ekspertlər söhbətin hər ay yüz minlərlə manatdan getdiyini deyirlər.

Keyfiyyət niyə yaxşılaşmır?

Rövşən Ağayev idarəetmə dəyişməyənədək keyfiyyətin yaxşılaşacağına inanmır: “Mənim yaşadığım binada istilik evi qızdıracaq səviyyədə verilmirdi. Qazanxana rəhbəri dedi ki, borular təzyiqə dözmür, keyfiyyətsizdir. Əksər binalarda bu problem var”.

Ekspertin fikrincə, bu sahə özəl sektora uzunmüddətli idarəetməyə verilməlidir: “Qışın soyuğunda istilik kəsilir, amma buna görə heç kim məsuliyyət daşımır. Amma özəl sektor məsuliyyət daşıyıcaq. Uzunmüddətli idarəetməyə veriləndə təbii ki, özəl sektor üzərində dövlət auditor rolunu oynayacaq. Yəni dövlət özəl sektoru müdafiə etməkdə maraqlı deyil. Dövlət vətəndaşın yanında olacaq. İndi isə dövlət sahibkar rolunu oynayır. Dünya təcrübəsində də kommunal sektor özəl idarəetməyə verilir”.

R.Ağayevin sözlərinə görə, uzunmüddətli icarədə söhbət sistemin mülkiyyət olaraq verilməsindən getmir: “İstilik baxımından ərazilər deklarasiyaya bölünə bilər. Şirkətlər 40-50 illik müqavilələrlə işlədilə bilərlər”.



Bəs orta məktəblər?

Rövşən Ağayev Təhsil Nazirliyi son 3-4 ildə məktəbləri isitmə sistemi, qazanxanaların tikilib quraşdırılması ilə bağlı çəkdiyi xərclərdən də danışıb: “Ötən il məktəblər üçün qazanxanaların tikintisi məsələsi araşdırıldı. Məlum oldu ki, hansısa beynəlxalq təşkilatın xətti ilə 300-350 nəfərlik məktəbdə quraşdırılan bir qazanxananın dəyəri 25 min manata çatır. Həmin ərazidən bir qədər aralıda yerləşən başqa kənddəki təxminən eyni ölçülü məktəbdə Təhsil Nazirliyinin xətti ilə qurulan qazanxananın qiyməti bundan təxminən 3 dəfə çox - 75 min manat təşkil edirdi. Ümumiyyətlə, qazanxanaların quraşdırılması ilə bağlı xərclərə nəzər yetirsək, bir məktəbə qazanxananın qurulması üçün sərf olunan xərclər 50-100 min manat arasında dəyişir. Yəni kifayət qədər böyük vəsaitdir”.

Ekspert dedi ki, hər il dövlət büdcəsindən orta məktəblərdə istilik sistemi üçün 8,5 milyon manat ayrılır.

“Azəristiliktəchizat”ın illik hesabatı

“2011-2013-cü illər ərzində “Azəristiliktəchizat” ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası və yaxşılaşdırılması ilə bağlı 664 layihə icra edilib. Bunu “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov dekabrın 23-də prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı deyib.



Yaşar Həsənov bildirib ki, 3 məktəbin və 1 səhiyyə obyektinin məhəllədaxili, aşağı paylama və binadaxili istilik sistemi tamamilə yenidən qurulub, 4 yeni qazanxana tikilib, 5 qazanxana ən müasir avadanlıqlar quraşdırılmaqla tam modernləşdirilib, rayonun istilik qazanxanalarından qidalanan 9 istilik məntəqəsi yenidən qurulmaqla məhəlli qazanxanaya çevrilib, 101 yaşayış binasının məhəllədaxili və aşağı paylama istilik sistemi tamamilə yenidən qurulub. Beləliklə də Ələt, Müşfiqabad, Biləcəri, Badamdar və digər qəsəbələrdə çoxmərtəbəli yaşayış binalarının istilik təchizatı bərpa edilib: “Pirallahı rayonunda layihə üzrə mərkəzləşdirilmiş istilik təchizatı sisteminə qoşulan çoxmərtəbəli yaşayış binalarını tam istiliklə təmin edən istilik mənbələri yaradılıb. Bundan başqa, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının istilik təchizatının təmin edilməsi ilə bağlı kompleks tədbirlər planı hazırlanaraq icra edilir.

Həyata keçirilən tədbirlər hazırkı qış mövsümündə yalnız Bakı şəhərində 320 qazanxana istismar edilməklə 2760 yaşayış binası, 730 təhsil, səhiyyə və digər sosial obyektin istiliklə təmin edilməsinə imkan verilib. “Azəristiliktəchizat” ASC-nin yaradıldığı 2005-ci illə müqayisədə Bakıda istismar edilən qazanxanaların sayı 3,6 dəfə, istiliklə təmin edilən yaşayış binalarının sayı 2,8 dəfə, sosial obyektlərin sayı 2,8 dəfə artıb.

Pirallahı rayonunda, Biləcəri qəsəbəsində, Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarında, Yasamal və Xətai rayonlarında 10-a yaxın qazanxananın tikintisi tam başa çatdırılıb. Hazırda son sınaq sazlama işləri aparılır və həmin qazanxanalar yaxın günlərdə istismara buraxılacaq ki, bu da əlavə olaraq 118 çoxmərtəbəli yaşayış binasının istiliklə təmin edilməsinə imkan verəcək".



Qeyd edək ki, “Azəristiliktəhcizat” ASC-nin rəhbəri Yaşar Həsənov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun yaxın kadrı kimi tanınır. Yəni bu sahə merin birbaşa nəzarətində olan qurumların siyahısındadır.

40 il qazanxana sahəsində çalışmış Məmməd Məmmədov isə bu sahənin monopoliyaya alındığını deyir: “Sovetlər birliyi dağılandan sonra köhnə avadanlıqlar mənimnsənilmişdi. Qazanxanalar satıldı, ərazilərdə binalar tikildi. Etiraf edək ki, ASC yaranandan sonra qazanxanalardakı “ölü canları” təmizləndi. Qazanxana ərazilərinin satılmasının nisbətən qarşısı alındı. Amma bu sahədə o qədər problem var ki, onunla mübarizə aparmaq çətindir. Əvvəllər bu sistemdə çalışan və əmlakı talan edənlər indi özəl firmalar yaradaraq yenə bu sahəni ələ keçiriblər. Buna görə də bu sahəyə nəzarət çətindir”.

Maraqlıdır ki, dövlət sifarişi ilə tikilən binaların əksəriyyətinin qazanxanası özəl şirkət və ya firmalar tərəfindən qurulur. M.Məmmədov qeyd etdi ki, qazanxanaların quraşdırılmasında çəkilən xərclərin məbləğindən əlavə tanışlıq da vacibdir. Yəni tenderin keçirilməsindən tutmuş sifarişin yerinə yetirilməsinədək bütün məsələlərdə rəqabət tanışlığın üzərində qurulub.



O ki qaldı istilik pullarının yığımına, müsahibimizin fikrincə, işıq və qaz pulundan fərli olaraq istilik haqqlarının yığımı prosesi tam formalaşmayıb: “50 kvadratmetrlik ərazi 40 кvadratmetrlik ərazi kimi yazılır. Kimdir qapı-qapı gəzib istilik sisteminin neçə kvadratmetri qızdırdığını ölçən? Üstəlik, vətəndaş da aldadıldığını başa düşmür”.

Bizi maraqlandıran sualları “Azəristiliktəhcizat” ASC-ə yönəltdik. Amma Rafiq Əliyevin işdə olmadığını, ondan başqa suallarımıza kimsədən cavab ala bilməyəcəyimizi dedilər.

Nə deyək, bu qışı da birtəhər yola salarıq. Ümidimiz gələn qışadır...

Jalə

Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azəristiliktəchizat” ASC –də mübhəm TALAN

    “Azəristiliktəchizat” ASC –də mübhəm TALAN ...

    17-01-2014, 12:10

  • 
  • Azərbaycan qış mövsümünə keçdi

    Azərbaycan qış mövsümünə keçdi ...

    16-11-2013, 23:44

  • 
  • İstilik tarifi artırılır? - AÇIQLAMA

    İstilik tarifi artırılır? - AÇIQLAMA ...

    13-10-2015, 11:36

  • 
  • “Akkord”un evlərində 4 gündür işıq və istilik yoxdur

    “Akkord”un evlərində 4 gündür işıq və istilik ...

    16-12-2013, 00:53

  • 
  • İcra başçısı özünə şəxsi obyekt tikdi, dövlət və camaatı zərərə saldı

    İcra başçısı özünə şəxsi obyekt tikdi, dövlət və ...

    24-11-2014, 22:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu