GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanın niyə “Əl-Cəzirə” kanalı yoxdur? – İNFORMASİYA SAVAŞININ MÜHÜM DETALLARI

Azərbaycanın niyə “Əl-Cəzirə” kanalı yoxdur? – İNFORMASİYA SAVAŞININ MÜHÜM DETALLARI

Tarix: 27-11-2017, 22:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 479
Azərbaycanın niyə “Əl-Cəzirə” kanalı yoxdur? – İNFORMASİYA SAVAŞININ MÜHÜM DETALLARI


Bu yaxınlarda “Ayna-Zeraklo” qəzetinin baş redaktoru Elçin Şıxlı Azərbaycan media cəmiyyətində mövcud olan situasiya barəsində şərh vermişdi. Əslində, bu mövzunun həcmi genişdir və Azərbaycanda KİV-in hansı səviyyədə olduğunun mənzərəsini tam göstərmək üçün bir materialla kifayətlənmək mümkün deyil.

Elçin Şıxlının tezislərinə qayıdaq. O, qeyd edib ki, Azərbaycanda azad mətbuatın vəziyyəti ürəkaçan deyil və hökumətin ayırdığı vəsait öz hədəfinə “çatır”.

Doğrudan da, görürük ki, bu gün Azərbaycanda KİV-ə yetərincə səxavətlə pul verilir, lakin biz nəticədə nə görürük? Yerli telekanallardan və ya internet agentliklərindən hansını Rusiya və Türkiyə KİV ilə müqayisə eləmək olar? Hələ avropadakıların adını çəkmirik.

Niyə Azərbaycan cəmiyyətində Rusiya və ya Türkiyə kanallarına yerlilərdən çox baxılır? Cavab sadədir və ona Azərbaycan jurnalistikasının ustadı Elçin Şıxlı cavab verir. “Peşəkar jurnalistikanın sadəcə ağzını yumublar. Tənqidçi səslər gizlənməyə məcburdurlar. Bu gün yazmağa və düşünməyə qabil olanlar Azərbaycanın sərhədlərindən kənardadırlar və bu, faciədir. KİV sahəsindəki nəzarətçilər hələ də kompartiya düşüncəsinə malikdirlər”.

Azərbaycanın geostrateji mövqeyi, ölkənin regional proseslərdə artan rolu dövlətçiliyin müdafiə mexanizmlərinin, o cümlədən informasiya müdafiəsi sisteminin inkişaf etdirilməsi zərurətini aktuallaşdırır və bu məsuliyyəti qəti şəkildə dərk eləmək lazımdır.

Buna misal olaraq Qətər kimi kiçik ölkəni nümunə göstərmək olar – bircə Əl-Cəzirə kanalı ilə bütün ərəb dünyasını qorxu altında saxlayır və bir çox dünya ölkələrində rəy formalaşdırır. Belə olduğu halda Azərbaycanın niyə “Əl-Cəzirə” kanalı olmasın?!

Müasir dünyada informasiya təhlükəsizliyi məsələləri, məsul dövlət qurumlarının diqqətinin prioritet istiqaməti kimi müəyyənləşir ki, bu da hədəf fəaliyyətinin müəyyən proqramını həyata keçirməyi nəzərdə tutur. Bunun üçün proqramın başlıca parametrlərini müəyyənləşdirmək zəruridir. Parametrlər bunlardır – peşəkar kadrlar, resurslar, xarici və daxili gündəmi nəzərə alan informasiya strategiyası.

Azərbaycanda isə son zamanlar peşəkarların media mühitinin fəal meydanından uzaqlaşdırılması kimi ardıcıl tendensiya müşahidə edilir. Buna əhəmiyyət verməmək də olardı, lakin bu tendensiya Rusiya KİV-lərinin həm rəsmi, həm də onların çoxsaylı sputnik-peyk-saytlarının artan rolu fonunda baş verir. Azərbaycan üçün bu tendensiya hər şeydən təhlükəlidir, çünki erməni etnik elementi bu sistemə məqsədyönlü şəkildə köklənib.

Belə bir şəraitdə, Azərbaycan praktiki olaraq özü öz əlləri ilə güclü kadrlarını Rusiya-erməni KİV-lərinin xeyrinə məhv edir. Bu gün hamıya bəllidir ki, Rusiyanın bütün media məkanını ermənilər götürüb və Kreml öz maraqlarını reallaşdırmaq üçün erməni, o cümlədən diaspora amilindən istifadə edir, bu halda bir növ kompensasiya olaraq erməni dairələri Rusiya resurslarından öz maraqları naminə istifadə etmək üçün gizli hüquq alırlar – bunların fəaliyyəti də ilk növbədə Azərbaycanın maraqlarına zərər verməyə yönəldilib. Çox vaxt erməni maraqları Rusiya maraqları adı altında kamuflyaj edilir, bu ölkənin təsir resurslarından və mexanizmlərindən istifadə edir.

Bu şərait Azərbaycanı hökmən xarici sahəyə istiqamətlənmiş elektron KİV-lərin potensialını gücləndirməyə məcbur edir, əks halda Azərbaycanda ictimai rəy Solovyovun dili ilə formalaşacaq, bəlkə də bu, artıq baş verir.

Bu gün Azərbaycan media resurslarının əksəriyyəti daxili auditoriyaya istiqamətlənmiş fəaliyyətlərini gücləndiriblər, xarici meydanda mütəxəssislər ya praktiki olaraq yox dərəcəsindədir, ya da xarici tərəfdaşlarla əməkdaşlıq meydanından məqsədyönlü şəkildə çıxarılıb, əksər media KİV-ləriin peşəkar səviyyəsi aşağı düşməkdədir.

Qarşımızdakı ilin həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən maraqlı olacağı gözlənilir. Bu gün Azərbaycanın bir çox ekspertləri hesab edirlər ki, 2018-ci il həm Azərbaycanın daxilində, həm də xaricində siyasi hadisələrlə zəngin olacaqdır. Onu da xatırlatmağa dəyər ki, 2018-ci il Azərbaycanda prezidenti seçkiləri ilidir və xaricdəkilər əvvəlcədən məqsədyönlü hazırlıq aparırlar. Məsələn, Sputnik agentliyi artıq 2018-ci ildə özünün ölkədəki varlığının fundamentini möhkəmləndirib.

Artıq ABŞ-da belə agentlərini yerləşdirmiş agentlik bu gün Azərbaycanda “atəş açmaq” üçün əlverişli, yüksək mövqelərdə yerləşir, ölkənin aparıcı KİV ilə birlikdə yüksək inzibati dəstəyə, yüksək maddi-texniki bazaya, ən yüksək səviyyədə maaşlara və digər maddi cəlbediciliklərə malikdir ki, bu da daxili mühitdə özünə tərəfdarlar cəlb eləməyə və satın almağa imkan verir, artıq, regionlar da daxil olmaqla, tam yerli şəxslər sistemi qurulur. Bu şəxslər vasitəsi ilə zəruri informasiya əldə eləmək, müdafiə mexanizmləri qurmaq və müəyyən məsələləri həll eləmək mümkündür.

Azərbaycan üçün bu gün müxtəlif domen məkanlarında, müxtəlif dillərdə elektron resurslar şəbəkəsi sistemini qurmaq çox vacibdir. Xaricdə lobbi qrupları şəbəkəsinin, o cümlədən ekspert birliyi, yaradıcı ziyalılar, mass-media nümayəndələri mühitində genişləndirilməsi üzrə iş aparmaq lazımdır. Həm daxili, həm də xarici səviyyədə konkret hədəf qruplarının xüsusiyyətlərini nəzərə almaqla bu və ya digər tezisləri formalaşdırmağa qabil olan spiçrayterlərin qapalı komandasını yaratmaq. Bütün bunlar omazsa, tez bir zamanda ölkəmizdə Azərbaycan ictimaiyyətinin bütün KİV növlərinə və jurnalistlərə etibarının itməsi kimi çox xoşagəlməz nəticələrlə qarşılaşa, həmçinin, media xarici təbliğatçıların tam nəzarəti altına düşə bilər./hurriyyet.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçin Şıxlı: Peşəkar jurnalistikanın ağzını yummuşuq

    Elçin Şıxlı: Peşəkar jurnalistikanın ağzını ...

    16-11-2017, 18:41

  • 
  • Elçin Şıxlı: "Çalışıram bağdan şəhərə gəlməyim ki, benzinpulu az çıxsın” - VİDEOMÜSAHIBƏ

    Elçin Şıxlı: "Çalışıram bağdan şəhərə ...

    23-07-2015, 19:29

  • 
  • “Mehman Əliyevin həbsi “beşinci kalon”un işidir” – ELÇİN ŞIXLI

    “Mehman Əliyevin həbsi “beşinci kalon”un işidir” ...

    11-09-2017, 17:27

  • 
  • Elçin Şıxlı: ‘’KİV haqqında qanun’dan daha heç nə qalmayıb’

    Elçin Şıxlı: ‘’KİV haqqında qanun’dan daha heç nə ...

    13-10-2016, 23:12

  • 
  • “Qadağalar müsbət dəyişikliyə yol aça bilməz”

    “Qadağalar müsbət dəyişikliyə yol aça bilməz” ...

    28-02-2017, 23:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu