Elçin Şıxlı: “Istənilən sferada qadağa yalnız qorxu və nifrət doğurur”
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. Dəyişikliklərdən biri də yayılması qadağan olunan informasiyaları açıqlayan saytların fəaliyyətinin təhlükəsizlik məqsədilə dayandırılması mexanizminin hazırlanması ilə bağlıdır. Maraqlıdır, belə bri mexanizmin tətbiqi media və onun fəaliyyətinə necə təsir göstərəcək? Bundan mediaya təzyiq vasitəsi kimi istifadə etmək mümkündürmü? “Gündəm Xəbər” bildirir ki, moderator.az-a açıqlama verən Ayna.az saytının baş redaktoru, media eksperti Elçin Şıxlı məsələ ilə bağlı maraqlı fikirlər səslndirib: “Hər hansı qadağa – bu, istər media sahəsində, istər adi həyatda olsun, istərsə də sosial sferada olsun, müsbət dəyişiklik gətirə bilməz. Bu, ancaq qorxu və nifrətdən başqa heç nə doğura bilməz. Hər hansı media orqanının qapadılması məhkəmənin qərarı ilə baş verə bilər. Bu qərarın özünün də düzgün qərar olub-olmayacağı bəlli deyil. Mən düşünmürəm ki, bu qadağa hansısa media qurumuna təzyiq göstərmək, onu susdurmaq üçün edilir. Çünki ölkədə susdurulması gərəkən media orqanı qalmayıb. Görünür, bir qrup var ki, onlar hər kəsin ağzını yummaq və bunu mərkəzləşdirilmiş qaydada həyata keçirmək istəyirlər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?