“Zerkalo” qəzetinin baş redaktoru Amerikanın Səsinə müsahibəsində ölkədə media azadlığının durumundan danışıb
“Azərbaycanda mətbuat azadlığı yaxşı deyil. Mətbuat pis vəziyyətdədir”. Bu barədə “Zerkalo” qəzetinin baş readksoru Elçin Şıxlı Amerikanın Səsinə müsahibəsində bildirib.
O ölkə rəsmilərinin media azadlığının inkşafı üçün milyonlarla manat vəsaitin xərclənməsini barədə deməsi ilə bağlı sualın cavabında bildirib: “Döğrusu pullar xərclənir, amma hansı istiqamətdə xərclənməsi bir az müşkül məsələdir. Həmin vəsaitlərin gedib məqsədə çatdığını düşünmürəm. Azərbaycanda söz azadlığının vəziyyəti yoxdur. Son zamanlar rəsmi jurnalist məqamlarının söylədiklərini nəzərə alsaq, məsələn Əflatun Amaşov (Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı-red) deyir ki, Azərbaycanın dünyada təbliği üçün yeni televiziya kanalı açılmalıdır. Son zamanlar bir çoxları məktubla çıxış edir ki, Azərbaycanda bu qədər pullar xərclənməsinə baxmayaraq nə mətbuatda irəliləyiş var, nə də yerli mətbuat ölkəni dünyada yaxşı səviyyədə tanıtdıra bilmir”.
Onun fikrincə, indiki anda yerli media ölkəni dünyada tanıtdıra bilməz.
“Təbii ki, tanıtdıra bilməyəcək. Çünki ölkəni tanıtdıra biləcək, yaza bilən peşəkar jurnalistikanın ağzını yummuşuq. Balaca tənqidi fikir səsləndirənlərin başından basıb haradasa gizlənməyə məcbur etmişik. Əli qələm tutan və ağlı kəsən insanların hamısı Azərbaycanın hüdudlarından kənardadır və bu faciədir”.
O media azadlığının kəskin duruma düşməsinin səbəblərindən danışarkən deyib ki, Azərbaycanda ideologiya məsələləri ilə məşğul olan şəxslər hələ də keçmiş Sovet İttifağıqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin başı ilə düşünürlər.
“Bu insanlar Azərbaycanın proqressiv dünyadan nə qədər geri qaldığının fərqində belə deyillər. Problem bundan ibarətdir. Çünki biz özümüzə qapanmışıq, ətrafımıza baxmaq istəmirik. Baxanda da yalnlz onu deyirik ki, Almaniya batır, Amerika tənəzzülə uğrayır, Avropa parçalanır. Bu heç də belə deyil. Proqressiv dünya Marsa uçur, Veneraya uşmağa hazırlaşır”.
Elşin Şıxlı vəziyyətdən çıxışın yollarından birinin qərbdə təhsil almış gənclərin ölkəyə qayıtması, onların işləməsi, biliklərinin tətbiqi üçün şərait yaradılması olduğunu deyib. Onun fikrincə, cəmiyyətdə normal nəsil dəyişməsi baş verməlidir.
“Bir nəsildən digərinə keçid normal baş verməyəndə cəmiyyətin gələcəyi sual altında olur. Biz indi bu uçurumun qarşısındayıq”, o qeyd edib.
Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə söz, fikir, media azadlığının tam təmin edildiyini, hətta bu sahədə bir sıra qərb ölkələrindən də qabağa gedildiyini bildirir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?