GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Palmali” vitse-prezidentinin adı pul fırıldağında - iddia

“Palmali” vitse-prezidentinin adı pul fırıldağında - iddia

Tarix: 4-12-2017, 18:30 Bölmə :GündəmXəbər Baxış: 517
“Palmali” vitse-prezidentinin adı pul fırıldağında - iddia


Eldar Mahmudovun kadrı hesab olunan Vaqif Hüseynovun adı xocalılara dəstək verən iş adamına külli miqdarda pul atmaqda keçir

“Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun sinif yoldaşı, şirkətin icraçı direktoru olmuş Vaqif Hüseynovun adı bir pul fırıldağı qalmaqalında keçir. Bu haqda redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, Vüqar Hüseynov Türkiyədə Samir Tağıyev və Mübariz Nəsibovla iş qurublar. Bilinən odur ki, iş birliyi 3 il əvvəl start götürüb. M.Nəsibovun təklifi ilə qurulan iş birliyindən əldə olunan gəlir tərəflər arasında hər birinə 33 faiz olmaqla, bölünməliymiş. S.Tağıyevin Türkiyədə tanınan banklardan birinin təmsilçisi olduğu iddia edilir. Bildirilir ki, tərəflər razılaşıblar ki, M.Nəsibovla V.Hüseynov qurduqları şirkət üzərindən Samir Tağıyevin təmsil etdiyi bank üçün müştəri tapacaqlar. Göstərilən xidmətlərin qarşılığında əldə etdikləri gəliri isə aralarında böləcəklər.

Mənbəmiz obyektivlik naminə onu da qeyd edir ki, həmin dövrdə Mübariz Mənsimov Vüqar Hüseynovu “Palmali” Şirkətlər Qrupundan uzaqlaşdırdığından, həmin dövrdə o, işsiz olub. Mübariz Nəsbov isə hələ 2012-ci ildə Azərbaycandan Türkiyəyə gedərək, orada daşınma şirkəti qurub. M.Nəsibovun vaxtilə “İdnoy” adlı şirkəti olub. O, Xocalı işğal edildikdən və sakinləri Bakıya sığındıqdan sonra onlara “İdnoy” şirkəti üzərindən yardımlar göstərib, hər cür köməklik edib. Sonradan müflisləşən iş adamı uzun illər Azərbaycanda xırda bizneslə məşğul olub. 2012-ci ildə Türkiyəyə köçüb və orada yeni iş qurub.

Vüqar Hüseynov haqda bilinən odur ki, Mübariz Mənsimovla sinif yoldaşı olub. 2005-ci ilə qədər MTN-in Kadrlar İdarəsində çalışıb. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxşı münasibətləri olub. V.Hüseynov biznes çevrələrində M.Mənsimovla yanaşı Eldar Mahmudovun kadrı kimi də tanınır.

“Palmali” Şirkətlər Qrupuna daxil olan gəmilərdən birinə Eldar Mahmudovun atası akademik Əhməd Mahmudovun adının verilməsində də V.Hüseynovun xidmətlərinin olduğu iddia edilir. 2005-ci ildən 2013-cü ilə qədər M.Mənsimovun yanında işləyən V.Hüseynovu həmin ilin dekabrında işdən qovublar. Yerinə türkiyəli Ələddin Aykaçı təyin ediblər. (Daha sonra Mübariz Mənsimov onu da işdən qovaraq, məhkəməyə verib – Red.) Belə bir vaxtda V.Hüseynova M.Nəsibovdan gələn iş təklifi göydəndüşmə olub. Lakin az keçməyib ki, V.Hüseynov yeni qurulan şirkəti tamamilə ələ keçirib və M.Nəsibovu pulsuz-parasız Türkiyədə küçədə qoyub. Qaynağımız bildirib ki, M.Nəsibov hazırda Bakıdadır. Vaxtilə xocalıdan olan qaçqınlara hər cür yardım etmiş M.Nəsibovun bu gün özünün yardıma ehtiyacı olduğu deyilir. O müxtəlif ünvanlara baş vuraraq aldadılması ilə bağlı tədbirlər görülməsinə nail olmağa çalışır.

Məsələ ilə bağlı “Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fidan Quliyeva ilə əlaqə saxlamağa çalışdıq. Çünki mənbələrimiz müxbirimizə bildirib ki, Vüqar Hüseynov 2016-cı ildən yenidən “Palmali” Şirkətlər Qrupuna qaytarılıb və hazırda bu şirkətdə yüksək vəzifə tutur.

Fidan xanım mesajlarımıza və zənglərimizə cavab verilmədi. M.Nəsibovu Bakıda arayıb tapa bilmədik. Bununla belə yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mübariz Mənsimov məhkəmə yolu ilə dörd gəmisni geri alıb

    Mübariz Mənsimov məhkəmə yolu ilə dörd gəmisni ...

    25-12-2016, 21:17

  • 
  • Mübariz Mənsimovun xanımıyla fotosu yayıldı

    Mübariz Mənsimovun xanımıyla fotosu yayıldı ...

    12-07-2013, 00:02

  • 
  • Mübariz Mənsimovun xəyanəti məhkəmə qalmaqalına səbəb oldu – Foto

    Mübariz Mənsimovun xəyanəti məhkəmə qalmaqalına ...

    15-12-2013, 22:00

  • 
  • Bu da Mübariz Mənsimovun yeni avtomobili-Fotolar

    Bu da Mübariz Mənsimovun yeni avtomobili-Fotolar ...

    17-09-2017, 19:58

  • 
  • Mübariz Mənsimov ondan yazan saytları hədələdi

    Mübariz Mənsimov ondan yazan saytları hədələdi ...

    24-12-2013, 23:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu