GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “HACI MƏMMƏDOVU ARADAN GÖTÜRDÜLƏR…” – “Dəfələrlə mənə təkliflər olunub”

“HACI MƏMMƏDOVU ARADAN GÖTÜRDÜLƏR…” – “Dəfələrlə mənə təkliflər olunub”

Tarix: 6-12-2017, 11:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 549
“HACI MƏMMƏDOVU ARADAN GÖTÜRDÜLƏR…” – “Dəfələrlə mənə təkliflər olunub”


""2018-ci ildə çox şey hakimiyyətin özündən asılı olacaq”

“Yeni Müsavat”ın bugünkü sayının qonağı “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevdir. Bu ilin avqustunda 18 günlük həbsdən sonra azadlığa buraxılan Mehman bəylə fəaliyyətini bərpa etmiş agentliyin vəziyyəti, ölkə daxilində və xaricində gedən proseslərlə bağlı söhbət etmək üçün “Turan”ın ofisində olduq.

- Mehman bəy, azadlığa çıxdıqdan sonra fəaliyyətini bərpa etdiyiniz “Turan”da işlər necə gedir? Qısamüddətli həbs işinizə bir maneçilik yaratdımı?

- İlk olaraq, “Turan”a qarşı irəli sürülən ittiham barədə qısa danışım. Avqustun 7-də Vergilər Nazirliyi bizə qarşı ittiham irəli sürdü ki, guya vergidən yayınmışıq. Ondan sonra səyyar yoxlama başlayır və ardınca cinayət işi başlayır. Vəziyyət getdikcə gərginləşdi. Biz sənədlər hazırlayırdıq, onlar da yoxlamalara gəlirdilər. Bu, artıq “Turan”ın iş rejimini pozmağa başladı. Avqustun 24-də həbs olundum. Həmin günlərdə işçilərimin hamısını istintaqa çağırırdılar və təzyiqlər edirdilər. İstintaq tələb edirdi ki, onlar imza atıb pulu götürmədiklərini, onu mənə verdiklərini desinlər. Çünki başqa şeylər tapa bilmirdilər. Yalnız ifadələr əsasında guya pulları mənimsədiyimi göstərib, məni ittiham etmək istəyirdilər. Bunların heç birini əməkdaşlarım qəbul etmədi. Avqustun 31-də mənə yeni ittiham irəli sürməli idilər. “Turan”ı mütəşəkkil cinayətkar qrup elan etmək istəyirdilər. Bundan sonra ola bilsin ki, bir neçə nəfər də həbs olunacaqdı. Amma məlum səbəbdən bunlar baş vermədi. Çünki 31 avqustda “Vaşinqton Post” və “The Guardian” qəzetlərində yazılar çıxdı. Arxasınca 7 sentyabrda Senatda Mehman Əliyevlə bağlı 581 nömrəli düzəliş qəbul olundu. Orada azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiq olunması qərarı verilmişdi. Qalırdı siyahını elan etmək. Mən yaxşı bilirəm ki, o siyahıda kimlər idi. Onunla da məni təcili surətdə azad etdilər. Mənimlə bağlı üç tələb qoyulmuşdu, azadlığa buraxılma, cinayət işinin bağlanması və işin bərpa olunması. Demək olar ki, bunların üçü də yerinə yetirilib. Həbsdə olarkən sərəncam imzaladım ki, sentyabrın 1-dən “Turan”ın maliyyə təsərrüfat işi dayandırılsın. Çünki biz öhdəlikləri yerinə yetirə bilməyəcəkdik, hesabımız bağlı idi, cərimələr tətbiq oluna bilərdi, nəticədə başqa problemlərlə üzləşə bilərdik. Azadlığa çıxdıqdan sonra problemlərimiz yenə qalırdı. Doğrudur, 11 sentyabrda 38 min manat vergidən yayınma ittihamı ləğv olunmuş, amma 4 gün sonra o ittiham bərpa olunmuşdu. Bu onu göstərirdi ki, məni azad edib, amma dolayısı yolla qanunsuzluqlarından əl çəkmək istəmirdilər. Belə ağır vəziyyətdə yenə fəaliyyət göstərir, əsas xəbərləri göndərirdik. Lakin maaşlar yox idi. Əməkdaşlarım inanırdılar ki, azad olunacam. Bunu istintaqda da deyirdilər. Oktyabrın 1-dən fəaliyyətə başlamağa qərar verdik. Elan edən kimi hesabımızı təzədən bağladılar. Sentyabrın 28-də Vergilər Nazirliyinin müavini tərəfindən bizə məktub göndərilir ki, cinayət işi davam edir. O zaman ABŞ-dan və başqa Avropa Birliyi ölkələrindən yeni təpkilər gəldi və onlar məni təcili surətdə axtardılar, sənəd verdilər ki, cinayət işinə xitam verilib. Amma bu vaxta qədər hələ cinayət işinə xitam verilən qərarı ala bilmirik. 38 min vergi ittihamı ləğv olunub, onun da qərarını ala bilmirik. Demək olar ki, oktyabrın ortalarından normal şəkildə işləyirik. Açığı, deməzdim ki, fəaliyyətimizə hər hansı maneçilik var. Həbsimdən əvvəlki heyətlə fəaliyyətimizi bərpa etmişik.

- Sadaladığınız proseslərdə əməkdaşlardan “Turan”ı tərk edən olmadı?

- Əslində bizi tərk edənlər çoxdan gediblər. Məsələn, 2000-ci illərin əvvəllərində “Turan”da 45 nəfər adam işləyirdi. İndi 13 nəfər qalıb. Onlardan 7 nəfəri jurnalistdir. Qalanı texniki işçilərdir. Üç dildə çıxdığımız üçün onların əksəriyyəti də tərcüməçilərdir. Belə vəziyyətdə çalışırıq. Qalanlar əvvəldən “Turan”da işləyənlərdir. Əlbəttə ki, onlar heç yerə qaçan deyillər.

- Şəxsiniz və “Turan” ətrafında proseslərin səbəbləri barədə nə düşünürsüz?

- Bəziləri mən həbs olunanda deyirdi ki, Mehman ruslara bağlı olduğu üçün həbs olundu. Vəziyyət dəyişəndən sonra həmin şəxslər tamam başqa sözlər deməyə başladılar. Özləri bilmirdilər ki, nə danışırlar. Bunu əvvəlcədən demişəm ki, mənə və “Turan”a qarşı gedən bu proses azad Azərbaycan mediasına qarşı aparılan siyasətin məntiqi nəticəsidir. Əslində Azərbaycanda azad medianın formalaşdırılması məsələsi var idi. Bunun kim əleyhinə, yaxud lehinə çıxıb bu başqa məsələ. Amma 24 avqustda həbsimə qərar hakimiyyət səviyyəsində verilib. Sadəcə olaraq, Qərbin, Amerika və Avropa Birliyinin qəti mövqeyi nəticəsində azadlığa çıxdım. Bütün bunlar bu şəkildə baş verdi. Qərb Azərbaycanda azad medianın bağlanmasını, onun nəzarətə götürülməsini istəmir. Mənim hakimiyyətin yuxarı səviyyəsində dəfələrlə danışıqlarım gedib, mənə dəfələrlə təkliflər olunub. Bunların hamısından imtina etmişəm. Bütün bunlara görə “Turan”a qarşı bu cür hücumlar olmalı idi. Mənimlə bağlı hətta prezidentin yanına giriblər və deyiblər ki, bu şəxs bizə 2018-ci ildə problem yaradacaq, indidən zərərsizləşdirilməsi lazımdır. Mən yaxşı bilirəm ki, dəfələrlə mənimlə bağlı məsələ qalxıb, amma heç vaxt həbsimə gedilməyib. Bu gün telekanallara baxın. Əhalinin 15-20%-i kanallara baxır. Əhali türk və rus kanallarına daha çox baxır. Deməli, cəmiyyətimiz türk və rus kanallarının nəzarətindədir. Deməli, Azərbaycan mediasının rolu yoxdur. Sizlər azad mətbuatı qapatmısınız, yaxud nəzarətə almısınız, saytlar yaratmısınız, əvəzində nə etmisiniz? Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib. Jurnalistlərə ev verməklə medianı inkişaf etdirmək olar? Bu gün medianın vəziyyəti çox acınacaqlı bir durumdadır. Media yoxsul, dilənçi gündədir, reketçi olmaq vəziyyətinə salınıb. Bu gün 24 saat efirə gedən kanalı açıblar. Siz 48 saat ərzində nə etmisiniz ki, 24 saat ərzində də nə edəsiniz. Sadəcə, bunlar pul yemək, pul silmək məsələləridir.

- Hacı Məmmədovun intiharı bu günlərdə ölkə gündəmini zəbt edib. Sizin 12 il həbsdə olan tanınmış məhbusun intiharına münasibətiniz daha maraqlıdır...

- Açığı, belə intiharlara inanmıram. Çünki Hacı Məmmədov bir nəfərlik kamerada cəza çəkirdi. Belə vəziyyətdə mühafizə çox ciddidir. O, çox ciddi informasiya daşıyıcısı idi, ciddi şahid idi. Bu baxımdan mənə elə gəlir ki, burada başqa maraqlı şəxslər olub, məhz onlar Hacı Məmmədovu aradan götürüblər. Onun intihar etməsinə inanmıram. İnsan dəhşətli xəstə ola bilər, ağrılara dözməyərək intihar edə bilər, bu ehtimallar azdır. Bu baxımdan hesab edirəm ki, cəmiyyət və dövlət üçün çox ciddi informasiyaya sahib olan şəxs aradan getdi.

- Həbsdə olduğunuz günlərdə və ondan sonra ölkə gündəminin əsas müzakirə mövzularından biri 10 aydan sonra ölkəmizdə keçiriləcək prezident seçkilərinə iddiasını irəli sürənlər var. Sizcə, prezident seçkilərində müxalifət iqtidara alternativ güc olacaqmı?

- Rəsul Quliyev, Hüseyn Abdullayev və başqaları iddialı olduqlarını deyirlər. Hesab edirəm ki, bunlar zarafat deyil. Prezident seçkiləri üçün ən azından beş il fəaliyyətdə olmalısan ki, iddianı ortaya qoya biləsən. Ondan sonra deyə biləsən ki, bu müddətdə mübarizə aparmışam, artıq seçkilərə gedirəm. Uzun müddət proseslərdə yoxsan, indi gəlib ortalığa çıxıb deyirsən ki, prezident olacam. Əksinə, belə hallar proseslərə ziyandır. Əlbəttə, hər bir şəxsin öz azad qərarı var, amma ölkədəki siyasi proseslərə, mədəniyyətə bu cür hallar çox böyük ziyan vurur. Belə proseslər cocuq oyunları deyil. Hesab edirəm ki, iddialı olan siyasi liderlər mübarizəni hər zaman aparmalıdırlar. Seçki, sadəcə, bir mərhələdir. Bu baxımdan hazırda gedən seçki ilə bağlı proseslərə o qədər də ciddi baxmıram. Qarşıdakı seçkilərdə müxalifətin birliyinə gəlincə, müxtəlif fikirlər səsləndirmək olar. Məsələn, son prezident seçkilərində Milli Şura yaradıldı. Bu qurumda müxtəlif siyasi mövqedə olan qüvvələr birləşmişdi, ola bilərdi ki, xarici dairələrə cürbəcür bağlı olan qüvvələr də burada var idi. Bütün bunlar bəlkə də müəyyən qədər anormal sayıla bilərdi, amma faktiki bunlar baş vermişdi. Məlum səbəblərə görə də həmin qurumun sonradan dağılıb getməsi başqa məsələdir. Bir faktı deyim ki, bu seçkilər əvvəlki seçkilərdən fərqlənir. Səmiyyətdə narazılıq var. Bunu nəzərə almaq lazımdır. Xarici təpkilərin olduğu da göz önündədir. Yeni-yeni məsələlər var ki, ortalığa çıxıb. Bunun vasitəsilə də hökumətə təzyiq göstərilir. Bu baxımdan 2018-ci ildə çox şey hakimiyyətin özündən asılı olacaq. Hansı gedişləri edəcəyi məlum deyil. Həm xarici qüvvələrlə, həm də cəmiyyətlə iqtidarın dil tapması əsas rol oynayacaq. Hələ siyasi partiyaları demirəm. Görünən odur ki, hakimiyyət hələ də konstruktiv dialoq qurmaq fikrində deyil. İqtisadi, sosial durumlar da kifayət qədər ağırdır. İnsanlar vəziyyətdən çox narazıdır. Bundan müxalifət də, başqaları da istifadə edə bilər. Prinsipcə, düşünürəm ki, hakimiyyət vəziyyəti görüb, müəyyən addımlar atır.

“Turan”ı mütəşəkkil cinayətkar qrup elan etmək istəyirdilər"

- Seçkilərə 10 ay qalsa da, müxalifət daxilində bir canlanma yoxdur. Partiyalar arasında da birlik təşəbbüsləri müşahidə edilmir. Demokratik düşərgə bu passivliyi aradan qaldıra biləcəkmi?

- Rəsmi şəkildə bildirilməsə də, müxalifət düşərgəsində bir hissə hesab edir ki, seçkiləri boykot etmək lazımdır, şans görmürlər. Digər tərəf də düşünür ki, seçkilərə qatılıb mübarizə aparmaq lazımdır. Belə bir vəziyyətdə birlikdən söhbət gedə bilməz. Burada cəmiyyətin sosial sifarişinin əsas rol oynayacağını düşünürəm. Bu, olarsa, müxalifətin birləşə bilər. Nəticədə hakimiyyət də ciddi problemlərlə üzləşər. Son prezident seçkilərinin hakimiyyət üçün necə çətin keçdiyi məlumdur. Amerika və Rusiyanın razılığını aldıqdan sonra vəziyyət dəyişdi, Milli Şura dağılmağa başladı və proseslər səngidi. O zaman hakimiyyət müxtəlif vədlər verərək bu prosesləri dəyişmişdi. Sonradan o vədləri yerinə yetirib-yetirməməsi başqa bir məsələdir. Amma onu bilirəm ki, çox vədi yerinə yetirmədilər. Son prezident seçkiləri texniki seçkilər idi. Müsavat və AXCP, sadəcə, bir qədər fəal idi. İlkin olaraq yaranmış Milli Şura formatında seçkilər getmədi. Cəmiyyət də yaxşı bilirdi ki, seçkiləri iqtidar udacaq. Milli Şuranın dağılması da gözləntiləri xeyli aşağı saldı.

- İstər Amerika, istərsə də Rusiya olsun, bu seçkilərdə hakimiyyət qarşısına öz mənafelərinə uyğun sürpriz bir isim çıxara bilərlər?

(davamı gələn sayımızda)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Azərbaycan hökuməti Mehman Əliyevi dərhal azadlığa buraxmalıdır" – Respublikaçı Senator

    "Azərbaycan hökuməti Mehman Əliyevi dərhal ...

    30-08-2017, 14:57

  • 
  • ​“Turan” agentliyi fəaliyyətini dayandırdı – MEHMAN ƏLİYEVİN HƏBSİNDƏN SONRA

    ​“Turan” agentliyi fəaliyyətini dayandırdı – ...

    25-08-2017, 12:20

  • 
  • Turan agentliyi fəaliyyətini "tam bərpa edir"

    Turan agentliyi fəaliyyətini "tam bərpa ...

    1-10-2017, 18:00

  • 
  • Turan agentliyinin direktoru Mehman Əliyev 3 aylıq həbs edilib

    Turan agentliyinin direktoru Mehman Əliyev 3 ...

    25-08-2017, 20:36

  • 
  • Mehman Əliyev azadlığa buraxılmayıb

    Mehman Əliyev azadlığa buraxılmayıb ...

    7-09-2017, 11:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu