GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ… – Yeni nazir “akulalarla” bacaracaqmı?

TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ… – Yeni nazir “akulalarla” bacaracaqmı?

Tarix: 6-12-2017, 12:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 476
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ… – Yeni nazir “akulalarla” bacaracaqmı?



Mikayıl Cabbarov üçün yağışdan çıxıb yağmura düşmək təhlükəsi

İcra başçılarının bir rayondan çıxarılıb, digərinə təyin olunmasına adət edən bizlər üçün nazirlərin eyni qaydada vəzifə təyinatı alması bir qədər qeyri-adi görünür. Əlbəttə ki, əvvəllər də hökumətdə oxşar dəyişikliklər baş verib, ancaq çox nadir hallarda. Haqqında danışdığımız son dəyişiklik, yəni təhsil nazirinin vergilər naziri təyin edilməsi isə çoxları tərəfindən daha gözlənilməz və sensasiyalı bir qərar kimi qəbul edilməkdədir.


Doğrudan da, Fazil Məmmədovun yaxın zamanlarda vəzifəsilə vidalaşacağı ilə bağlı mətbuatda ara-sıra məlumatlara rast gəlmək olurdu. AzPolitika.info F.Məmmədovun payız aylarında vəzifəsilə vidalaşacağını, hətta onun səfir təyinatı almaq arzusunda olduğunu bir neçə ay əvvəl yazmışdı. Yazılanların birinci qismi öz təsdiqini son prezident fərmanı ilə tapsa da, səfir məsələsi hələ ki, açıq qalır. Yəni ki, bu qərarın birinci hissəsi gözlənilən və proqnoz edilən idi. Ancaq onun ikinci hissəsini, yəni Mikayıl Cabbarovun vergilər naziri təyin olunmasını təsəvvür etmək belə hər təhlilçinin, yaxud hökumət mətbəxindən xəbərdar olan mənbənin işi deyildi.

Yeni nazir “akulalarla” bacaracaqmı?

Qısası, ya zəlzələdən, ya vəlvələdən, qərar artıq qəbul olunub. İndi insanları başqa suallar maraqlandırır. Bu sualların birincisi isə yeni təhsil nazirinin kim olacağıdır. Bəli, cəmiyyətin böyük qismini Mikayıl Cabbarovun necə bir vergilər naziri olacağından daha çox təhsil nazirinin kim olacağı maraqlandırır!

Birincisi ona görə ki, ölkədə təhsillə – orta və ali məktəblə birbaşa bağlılığı olmayan ailə, demək olar ki, yoxdur.

İkincisi isə çoxları gözəl başa düşür ki, yeni vergilər nazirinin təyinatında böyük ehtimalla Mikayıl Cabbarovun iqtisadi sektora aid bilik və təcrübəsi faktoru birinci yerdə durmur. Yəni hörmətli Mikayıl müəllim təhsil sektoruna nə qədər yaxın idisə, vergi məsələlərinə də bir o qədər yaxındır.

Yeri gəlmişkən qeyd edək ki, iqtisadi sektor, xüsusilə vergi sistemi öz mürəkkəbliyinə görə, təhsildən nəinki geri qalır, hətta, onu dəfələrlə üstələyir. Azərbaycan aliminin, müəlliminin, lap elə tələbə və şagirdinin, belə demək mümkünsə, ictimai sifəti artıq xeyli müddətdir ki, formalaşıb və hamı üçün görünəndir. Onu idarə etmək daha asandır. Azərbaycan iqtisadiyyatının isə görünməyən, kölgəli və hətta ləkəli tərəfləri o qədərdir ki, onları nəinki açıb üzə çıxarmaq, ümumiyyətlə o istiqmətdə hərəkət etmək çox çətin və bəzən də təhlükəlidir. Bu ölkədə elə bir orta və iri ranqlı məmur tapmaq olmaz ki, özü və özü kimilər tərəfindən himayə olunan iri biznesi olmasın. Və bu “akulaların” iqtisadi cinayətlərinin yeni bir nazir tərəfindən üzə çıxarılaraq ifşa olunacağı da bizim reallıqlar çərçivəsində inandırıcı görünmür. Hələ biz vergi məmurlarının Eldar Mahmudovun dəstəsilə əlaqələrindən danışmırıq. Əlbəttə ki, hörmətli Mikayıl müəllim də komissar Katani deyil…

Məsələnin praktiki tərəfilə bərabər, bir də nəzəri tərəfi var. Azərbaycanda vergi qanunvericiliyi sahibkarın potensial iqtisadi cinayətkara çevrilməsi üçün əyani vəsaitdir. Bu qanunvericilik banklardan tutmuş, real sektora aid sahibkarlara qədər, hər bir subyekti istənilən an vergi cinayəti törətmiş birinə çevirə bilər. Real pul dövriyyəsini, işçi sayını, alış-satış qiymətlərini, icarə haqlarını və digər göstəricilərini gizlətməyən və bununla da vergidən yayınmayan şirkət, orta və kiçik sahibkar tapmaq olduqca çətin, bəlkə də mümkünsüzdür. Əgər iri himayədarları olanlar bunu sadəcə, daha çox gəlir əldə etmək, dövlətin cibinə girmək üçün edirsə, orta və kiçik ölçülü sahibkarlar isə daha çox müflis olmamaq, bir təhər də olsa varlıqlarını sürdürmək üçün vergi tələblərindən yayınmağa çalışır. Çünki tələblər real və dirçəlmək istəyən bir iqtisadiyyat üçün yerinə yetirilməsi mümkün olmayan həddədir.

fazil-memmedovBurada haşiyə olaraq bir məqamı qeyd etməyə dəyər. Hələ 2000-ci illərin əvvəllərində mətbuat konfransında hörmətli Fazil Məmmədovdan Azərbaycanda “Sadələşdirilmiş vergi”nin (dövriyyədən tutulan vergi –red.) kiçik sahibkarın real gəlirlərilə uyğunluq təşkil etmədiyini bildirmiş və bu vergi növünün nə vaxta qədər tətbiq olunacağını soruşmuşduq. Elə indi oxuduğunuz yazının müəllifinin sualına cavab olaraq, o vaxtkı “çiçəyi burnunda” nazir bildirmişdi ki, bu vergi növü müvəqqəti xarakter daşıyır. Bütün dünyada vergi gəlirə uyğun olaraq tutulur, dövriyyənin həcminə görə yox! Lakin Azərbaycan keçid dövründədir, bütün sahələrdə maliyyə, gömrük nəzarəti, hesabatlılıq, sahibkarların vergi mədəniyyəti və sair məsələlər tam qaydasına qoyulduqdan sonra bu məsələ həllini tapacaq. Üstündən 20 ilə yaxın vaxt keçib. Ancaq hələ də sahibkar illik 200 min manata qədər dövriyyəsinin 4 faiz, ondan yuxarı məbləğin isə ticarət üçün 6, iaşə üçünsə 8 faizini ödəmək tələbilə üz-üzədir. Ya da Əlavə Dəyər Vergisi ödəyicisi olmaq kimi ağır bir yükün altına girməlidir. Bu ağır və çəkilməz yükün altında qalan sahibkarın isə vergi orqanı ilə “razılaşmaqdan” başqa çıxış yolu qalmır. “Razılaşma” isə ondan ibarətdir ki, “apar vergi hesabına filan qədər ödə!”.Vəssalam. Bir növ damara görə qan alınır, bir çox hallarda isə ümumiyyətlə sahibkarın damarında qan qalmır, içilir! Hələ məsələnin elmi-nəzəri tərəfini bir kənara qoyaq, nə sahibkar subyektinin gəlirləri, nə inkişaf perspektivləri, nə aça biləcəyi yeni iş yerləri, nə iqtisadiyyata verə biləcəyi töhfələr və nə də digər amillər nəzərə alınır. Ən əsası da odur ki, vergi qanunu hamı üçün eyni səviyyədə tətbiq olunmur! Bu da ədalətsiz rəqabət mühiti yaradır. Ortada bircə vergi planı var! Və bu plan nə yolla olursa olsun, doldurulmalıdır, əksər hallarda da himayədarları olmayan yetim-yesir sahibkarlar hesabına!

Fazil Məmmədovun “gəmisini” tez-tələsik tərk edənlər…

faiqSöhbət vergi planından düşmüşkən, parlamentin təsdiqlədiyi büdcədə vergi orqanına yüklənən planın reallıqla uyğunluğu məsələsi də başqa bir mövzudur. Bu vergi proqnozunu qoyanların Fazil Məmmədovla dost olmadığını söyləsək, yəqin ki, yanılmarıq. Çünki iri və arxalı məmurların şirkətlərinə heç yaxın düşmək olmur, iki gündən bir qapısını döydükləri yetim-yesirin isə nə gəliri qalıb, nə də vergiyə ödəyə biləcəyi vəsaiti. Bəzilərindən artıq gələn ilə görə ödəməli olduqları vəsait də alınıb. Plansa dolmur ki, dolmur! Mətbuatda gedən məlumatlara görə, Vergilər Nazirliyində elə həmin planın icrası ilə bağlı geniş kollegiya iclası keçirilərkən nazirin vəzifədən azad olunmasına dair fərman verilib. Belə çıxır ki, F.Məmmədovun özü bu fərmanın veriləcəyilə bağlı dolğun məlumata malik olmayıb. Olsaydı, yəqin ki, həmin günə iclas təyin etməzdi. Ancaq kimlərinsə məlumatı olub. Ən azından bununla bağlı şübhələnməyə əsas var. Belə ki, həmin fərmandan bircə gün əvvəl Vergilər Nazirliyinin İnsan Resursları Departamentinin baş direktoru Faiq Şahbazov tutduğu vəzifədən istefa verib. Məlumat üçün bildirək ki, F.Şahbazov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yeznəsidir. Bundan daha öncə isə hətta nazirin keçmiş müşavirlərindən biri və iri departamentlərdən birinin rəhbəri öz ərizəsilə vəzifəsini tərk edib. Deməli, hakimiyyət içərisində bu fərman barədə məlumatlı olanların mövcudluğunu istisna etmək olmaz. Onu da istisna etmək olmaz ki, həmin şəxslər yenidən sözügedən nazirlikdə iri postlara gətiriləcək…

İndi vergi sektorundan xəbərdar olanları və çox guman ki, elə elə yeni nazirin özünü bir məsələ düşündürür – Mikayıl Cabbarovu yeni postunda nə gözləyir? Əvvəlcədən deyək ki, hal-hazırda bu nazirliyin xüsusilə orta və aşağı ranqlı məmur kontingentində ciddi kadr problemi yaranıb. Savadlı və təcrübəli işçilərin çox əhəmiyyətli bir qismi, xüsusilə də pensiya qanununa edilən son mürtəce dəyişikliklərdən sonra, işdən öz ərizələrilə azad ediliblər. Onlara yüksək məbləğdə pensiya alıb, uzun illər vergidən yığdıqları “paketlər” hesabına yiyələndikləri obyektlərin gəlirləri kifayət edir. Son dövrlər “paketlərin” azaldılması və bəzi vergi strukturlarında ləğv edilməsi sanballı vergi mütəxəssislərini bu nazirlikdən uzaqlaşdırıb. Onların yerinə gələn gənc kadrların isə ciddi savad və səriştə problemi var.

Yeri gəlmişkən, savad probleminin mövcudluğunda Mikayıl Cabbarovun əvvəlki nazirliyinin rolu heç də az deyil və o, bunun acı nəticəsini öz üzərində hiss edəcək! Deməli, ən öndə duran problemlərdən biri kadr məsələsidir. İkincisi struktur problemidir. Son illər F.Məmmədov tərəfindən aparılan mənasız və qarışıq struktur dəyişiklikləri vergi işçilərini də çaş-baş salıb, sahibkarları da. Vəziyyət o yerə çatıb ki, nazirin 14 (!) nəfər müşaviri var. Heç ərəb şeyxlərinin bu sayda köməkçi və müşavirləri olmur. Digər problem nazirliyin xüsusilə yuxarı eşalonlarındakı qruplaşmalardır. Burada hərə siyasi hakimiyyətdəki bir nüfuzlu şəxsin kadrıdır. Və onların əsas vəzifəsi də həmin şəxslərin bizneslərini praktiki olaraq, himayə etməkdir.

Sadalamadığımız daha bir neçə problem var ki, onların da hamısının başında duranlar vergi qanunvericiliyi və vergi orqanı-sahibkar münasibətləridir.

Bəs, hörmətli M.Cabbarov bütün bu problemlərin öhdəsindən gəlib, vergi orqanına aid “akula” obrazını dəyişərək, onu normal, sivil bir qurum halına gətirməyə nail olacaqmı? Görəsən, təhsil kimi ağır sahədən ayrılıb da, vergi kimi qat-qat daha çətin sektora rəhbər gətirilən M.Cabbarov yağışdan çıxıb, yağmura düşmüş olmayacaq ki?…/azpolitika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident iki naziri vəzifədən çıxardı

    Prezident iki naziri vəzifədən çıxardı ...

    5-12-2017, 17:18

  • 
  • Fazil Məmmədovu bitirən səbəblər

    Fazil Məmmədovu bitirən səbəblər ...

    5-12-2017, 22:01

  • 
  • Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

    Bu ölkə Azərbaycana yeni səfir təyin etdi ...

    2-01-2015, 22:49

  • 
  • Mikayıl Cabbarov əvvəlki nazirin “vurduğu” kadrlara vəzifə verir

    Mikayıl Cabbarov əvvəlki nazirin “vurduğu” ...

    5-09-2013, 16:14

  • 
  • Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi

    Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına ...

    11-12-2013, 13:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu