Əvvəlki nazirin vəzifədən azad etdiyi Əsgər Quliyev nazirliyə şöbə müdiri gətirilir Təhsil naziri Mikayıl Cabbarovun kadr islahatları davam edir. Yeni nazir əvvəlkinin “vurduğu” kadrı vəzifəyə gətirir. “Musavat.com”a məlumat verən mənbənin sözlərinə görə, dərslik və nəşriyyat şöbəsinə yeni müdir müavini təyin edilib. Əsgər Quliyev vaxtı ilə əvvəlki nazir Misir Mərdanovun vəzifədən azad etdiyi məmurdur. Belə ki, Ə.Quliyev 2000-ci ildə əvvəlki dövlət başçısı Heydər Əliyevin təhsil nazirini danlamasının qurbanı olub. Sentyabrda paytaxtdakı 82 saylı orta məktəbdə dərsliklərdəki qüsurlara görə dövlət başçısı tərəfindən danlanan M.Mərdanov vəziyyətə uyğun olaraq dərslik və nəşriyyat şöbəsinin müdiri Ə.Quliyevi işdən çıxarmışdı. Sonra M.Mərdanovun müşaviri olan Ə.Quliyev yeni nazir tərəfindən vəzifəyə qaytarılır. Onun şöbə müdiri Faiq Şahbazlıya müavin təyin edilməsi də bununla əlaqələndirilir. Yəni bu, o deməkdir ki, artıq Faiq Şahbazlının əvəzləmə prosesi başlanıb. Qeyd edək ki, Əsgər Quliyev Təhsil Nazirliyinə yeni təyin olunmuş müavin Ceyhun Bayramovun da yaxın qohumudur. Bu təyinata nazirlikdə qohumluq əlaqələrinin işə düşməsi kimi də yanaşmaq olar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?