Həbsdə olan jurnalist Məhbub Zülfuqarlı cəza müddəti bitdiyi üçün saxlandığı 14 saylı CÇM- dən bu gün azadlığa çıxıb. O, 1- ci vitse- prezident Mehriban Əliyevaya yazdığı məktubda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin idarə rəisi, məmur- oliqarx Saleh Səmədovu tənqid etdiyi üçün onun iddiası əsasında Cinayət Məcəĺləsinin 147.1- ci maddəsi ilə təqsirləndirilərək İmişli rayonunda məhkəmə zalında həbs olunmuşdu.
Həbsdən çıxan Məhbub Zülfuqarlı bu gün zəng edib həbsdə olduğu müddətdə onun müdafiəsində iştirak edən hər kəsə təşəkkürünü bildirdi, korrupsioner məmurlara qarşı mübarizəsini bundan sonra da davam etdirəcəyini söylədi. Keçmiş olsun, həmişə azadlıqda Məhbub bəy! Gün o gün olsun tezliklə həbsdə olan bütün məhbuslar haqq etdikləri azadlığa qovuşsunlar! Oktay Gülalıyev
Sorğu
Yeni dizaynımız necədir?