GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dotasiyası kəsilən Bərdənin başçısına PA-dan son mesaj - Sensasion faktlar...

Dotasiyası kəsilən Bərdənin başçısına PA-dan son mesaj - Sensasion faktlar...

Tarix: 7-12-2017, 19:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 646
Dotasiyası kəsilən Bərdənin başçısına PA-dan son mesaj - Sensasion faktlar...


Vidadi İsayevin seçkiqabağı Administrasiyaya gedən dosyesi təftiş edilir; görmədiyi işlər və əməlləri araşdırılır

Məcburi köçkünlər, şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı ailələr, iş adamları boğaza yığılıblar


Bərdənin icra başçısı Vidadi İsayev rayonu inkişafdan saxlayıb. Onun qanunsuz işləri media səhifələrini “bəzəməkdədir”. “Gündəm-Xəbər”in məlumatına görə, Bərdədə bir çox işlər həyata keçirilməyib və növbəsini gözləyir.

Bu işlər görülməyib - Siyahı

Bərdə şəhərinin ətraf 9 kəndlə birlikdə içməli su və kanalizasiya sisteminin tikilməsi hələ də xülyaya çevrilib.

Yeni məktəb, musiqi məktəblərinin, məktəbəqədər təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi arzu olaraq qalır.

Şəhərdaxili bütün küçələrin asfaltlaşdırılması, rayonun küçələrinin yenidən qurulmasının davam etdirilməsi üçün tapşırıqlar yerinə yetirilməyib.

İcra başçısı bu işlərə ayrılan maliyyəni həzm-rabedən keçirib. RİH-dəki mənimsəmələr Bərdəni problemlər məngənəsində boğur.

Əhali gözləyir ki. suvarma suyu ilə təchizatın yaxşılaşdırılması istiqamətində işlər görüləcək.

Yeni subartezian quyularının vurulması, Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisinin başa çatdırılması V.İsayevin dövründə çətin ki ola.

Tərtər çayının Bərdə şəhəri ərazisndən keçən hissəsində sahilbərkitmə işlərinin Başa çatdırılması, rayon ərazisindəki tarixi abidələrin bərpa edilməsi yolunu gözləyir.

İctimai və inzibati binalar üçün nəzərdə tutlmuş qazanxanaların modernləşdirilməsi, yeni istilik-qazanxana sistemlərinin tikilməsi lazımdır.

Kəndlərin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsi, yeni subartezian və artezian quyularının vurulması mühümdür.

Kəndlərarası yolların yenidən qurulması və asfaltlaşdırılmasının davam etdirilməsi, Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində yeni asma körpünün tikilməsi arzulanır.

Bərdə şəhərində kommunal binaların təmirinin davam etdirilməsi, kommunal bina tikilməsi, sənaye parkının tikilməsi, iri fermer təsərrüfatlarının yaradılması icra başçısının planında deyil. Nə vaxtsa plana daxil olacağı da gözlənilmir. Nəticədə Bərdə V.İsayevdən cana doyub, narazıdır və istefasını gözləyir. Sakinlər ümid edirlər ki, yeni icra başçısı təyin olunarsa, bu işlər gerçəkləşə bilər.

Dotasiya kəsilib - korrupsiya

“Gündəm-Xəbər”in məlumatına görə, dövlət tərəfindən dotasiyası kəsilən 33 rayondan biri də Bərdədir. Artıq RİH öz daxili resursları hesabına fəaliyyət göstərməlidir. Bu günə kimi büdcədən ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib. V.İsayev və komandasının maxinasiyaları büdcə pullarını talan edib. Ona görə də dotasiyasız qalan rayon rəhbərliyinin yuxarıda sadalanan işləri görəcəyi mümkün deyil. Bərdə rayonunda baş verən qanunsuzluqlar, rayondakı məmur özbaşınalığı ilə bağlı ölkə mətbuatında mütəmadi olaraq məqalələr dərc olunur. Elə bir gün olmaz ki, qəzetlərdə və internet resurslarında icra başçısı Vidadi İsayevin müəllifliyi ilə reallaşan hansısa maliyyə maxinasiyası faş olunmasın. Bu günə qədər mediada işıqlandırılan faktlarla bağlı Bərdə RİH nə tutarlı təkzib verə bilib, nə də yazılanların həqiqəti əks etdirmədiyini isbatlaya bilib. Bütün bunlar isə Bərdədə sözün həqiqi mənasında qanunsuzluğun tüğyan etdiyini düşünmək üçün əsaslar yaradır. Vidadi İsayev azsaylı icra başçılarındandır ki, adı ən müxtəlif maliyyə maxinasiyalarından tutmuş, iri korrupsiya əməllərinə qədər çeşidli iddialarda hallanıb. Eyni zamanda Bərdə rayonu yuxarı instansiyalara edilən şikayətlərə görə də "öncül” cərgələrdə qərarlaşıb. Hələ unutmayaq ki, bu şikayət və müraciətlərin böyük əksəriyyətinin qarşısı rayon rəhbərliyinin adminstrativ üsullarıyla alınır, əks halda mənzərə daha utancverici ola bilərdi. Bütün bunlar isə Vidadi İsayevin ölkə prezidentinin yüksək etimadına layiq olmayan kadr olduğunu bir daha təsdiqləyir. Bərdədən Prezident Administrasiyasına gedən şikayət qovluqları və özbaşınalıqlarla dolu faktlar dosyesi təftiş edilir. Bu haqda verilən məlumatda iddia olunur. Seçki ilinə 1 ay qalmış bu narahatlığın və həssaslığın səbəbi 200 mindən çox əhalisi olan Bərdədə gedişatın ürəkaçan olmamasıdır. 100 minə yaxın Ağdamdan və başqa qaçqın rayonlardan məcburi köçkünün yaşadığı bölgədə idarəçilik həyəcan təbili çalmağa əsas yaradıb. Gəncə, Yevlax, Daşkəsəndən fərqli olaraq Bərdədə proseslər və idarəçilik sistemi ciddi şəkildə gərginliyə səbəb olub.

Bütün zümrələr narazı

“Gündəm-Xəbər”in məlumatına görə, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev Tərtər, Yevlax, Gəncə və s. qonşu bölgələrin rəhbərlərindən daha çox diqqət mərkəzindədir. Rayonun bütün zümrələri - məcburi köçkünlər, şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı ailələr, sosial yardımla dolananlar, təqaüdçülər, müxtəlif dərəcəli əlillər, eləcə də iş adamları, müəssisə rəhbərləri, bələdiyyə sədrləri, icra nümayəndələri, büdcə təşkilatlarının müdirləri, təhsil və səhiyyə sektorunda fəaliyyət göstərənlər Bərdənin icra başçısından boğaza yığılıblar. V.İsayevin komandası, xüsusən də başda Zaur Bəylərov olmaqla, RİH rəhbərliyi mətbuatda populyar simalara çevriliblər. Media üzrə monitorinqlər aparılmağa başlanıb. Nəticələr ondan ibarətdir ki, Azərbaycanın heç bir bölgəsinin icra başçısı və məmur kontingenti haqda hər həftə saysız-hesabsız şikayətlər, yazılar, müxtəlif səpkili materiallar dərc olunmur.

PA-da əvvəlcə bunun qərəzli olduğunu düşünüblər. Lakin araşdırmalardan aydın olub ki, V.İsayevin əməlləri davam edir və qanunsuzluqlar, özbaşınalıqlar getdikcə böyüyür. Odur ki, Bərdəyə diqqət göstərilməsi üçün tapşırıqlar verilib. Ehtimal edilir ki, hansısa xoşagəlməz qığılcım alov yarada bilər, yaxud sosial partlayışa səbəb olar. Nəzərə almaq lazımdır ki, Bərdə müxtəlif regionlardan olan insanların yaşadığı strateji şəhərdir. O nöqteyi-nəzərdən V.İsayev faktoru diqqət mərkəzindədir. Məcburi köçkünlərdən tutmuş icra nümayəndələrinə qədər bütün təbəqələr onun əlindən cana doyub. Çünki problemi olan insanları dinləmir, qəbul eləmir, icra nümayəndələrindən isə pul yığılır. İcra başçısı Heydər Əliyev Parkı inşa etdirib. Parkın salınmasına milyonlarla vəsait ayrılıb. Lakin özü haqda şayiə yayıb ki guya, bu işləri öz şəxsi imkanları hesabına həyata keçirir. Ancaq parka görə məmurlardan xərac yığmış icra başçısının bu əməli haqda Prezident Administrasiyasına məruzə olunub.

Şəhərdə blokada və başçıya mesaj

“Gündəm-Xəbər” xatırladır ki, icra başçısı həmin parkda oğlu üçün "Ana və Uşaq" kafesi inşa etdirib. Bu kafenin tikilib başa gəlməsi üçün bütün məmurları sıxışdıran Vidadi İsayev qarşı çıxanları sərt şəkildə cəzalandıracağı ilə hədələyib. Qaçqın şəhərciyində kürəkəni üçün ümumi sahəsi 100 kv.metr olan dükan tikdirən icra başçısı yalnız ailə biznesinə xidmət edir. Halbuki qanunla qaçqın şəhərciyində belə obyektlərin inşa edilməsi qismən qadağan hesab edilir. Bərdədə təkcə Vidadi İsayev problemi deyil, həmçinin onun köməkçisi Zaur Bəylərovun yaratdığı dəhşətli vəziyyət də hakimdir. Belə ki, icra başçısının köməkçisi məmurların, hətta vətəndaşların da gününü qara edib. O, həftənin bütün günü başçının xidməti telefonundan məmurlara zəng edərək, özü üçün pul tələb edir. Bərdəlilərin və Bərdədə məskunlaşmış məcburi köçkünlərin problemlərini nəinki həll etməyə, heç onları dinləməyə belə həvəs göstərmir. Heç kəsi saymır, heç kəsi sevmir. Ali təhsilli bərdəlilər evində diplomları toz basdığı halda, Tərtərdən və Yevlaxdan Bərdəyə yüksək vəzifəyə adamlar gətirir. 2018-ci ildə də vəzifəsini qorumaq arzusunda olan rayon rəhbəri ciddi xəbərdarlıqlar alıb. Ona çatan ismarışların leytmotivi bundan ibarətdir ki, V.İsayev fəaliyyətini nizama salmalıdır. Hazırda mediaya və PA-ya gedən şikayət məktublarında Bərdənin icra başçısı qədər heç bir rayon rəhbərinin adı hallanmır.İsayev isə yalnız şəhərdə blokada şəraiti yaratmaqla müdafiə olunacağını hesablayıb. Onun Bərdədəki istehkamları və barrikadaları ciddi şübhələrə yol açıb. Belə ki, Bərdə RİH-nə yaxın yollar bağlanıb. Sakinlər danışırlar ki, “Xəzər” telekanalında icra hakimiyyətinə yaxın yolların bağlanması süjetdə təqdim olunub. Efirdə görüntüləri eşidən V.İsayev acığa düşüb, yolu lap küçənin başından bağladıb. Yerli mənbələrdən biri: “Çəkdiklərinin nə xeyri oldu ki? Çəkdilər buranı da bağladılar. Danışan yalan ya düz deyir, Xəzər TV-də göstərilib ya yox, onu da bilmirik. Amma həqiqət budur ki, başçı bildiyin edir. İş o yerə çatıb ki, Bərdə ziyalıları da yolların bağlanmasına etiraz bildirməli olublar. Bir neçə yerdən şlaqbaum qoyaraq yolları kəsiblər. İcra hakimiyyətinin qarşısından keçən yolun bağlanmasını müəyyən qədər anlamaq olar. Çünki xalqdan yuxarılarda, göylərdə özünü hiss edən başçı rahat olsun deyə bu addımı atıb. Bərdə RİH-nin başçısı Ağ sarayın qarşısından başqa yolları da bağlatdırıb. Amma başqa yolları niyə bağlayıblar, maraqlıdır.

Diş poliklinikası və uşaq baxçası araları da yol o baş, bu başından dəmir maneələrlə kəsilib. Şəhərin mərkəzinin böyük bir hissəsində giriş -çıxışa qadağa qoyulub. Görünən odur ki, Bərdə RİH-nin başçısı özünü oturduğu sarayda rahat hiss eləmir. Daim müdafiə olunmaq barədə düşünmək insanın psixoloji durumunda xəstəliyə də çevrilə bilər. Ən azından hakimiyyət V. İsayevin durumunu nəzərə alıb, çarəsinə baxsa cənab başçının özünə qarşı discomfort, təhlükə xofu aradan qalxardı. Anlayışlı olub, bu adama düşdüyü vəziyyətdən çıxmaq üçün yol açmaq lazımdır. Bərdəlilərin üzünə bağlanan mərkəzi küçələrdəki yollar da bəlkə, açılardı.

Rafiq Qara
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdənin icra başçısı vəzifəyə kürdləri yerləşdirir

    Bərdənin icra başçısı vəzifəyə kürdləri ...

    15-05-2014, 11:06

  • 
  • Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL

    Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL ...

    24-08-2015, 14:39

  • 
  • İCRA BAŞÇISI QAÇMAĞA HAZIRLAŞIR - ŞOK TƏFƏRRÜATLAR

    İCRA BAŞÇISI QAÇMAĞA HAZIRLAŞIR - ŞOK TƏFƏRRÜATLAR ...

    16-08-2015, 00:24

  • 
  • Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək üçün hərəkətə keçdi

    Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək ...

    29-10-2014, 11:55

  • 
  • Bərdənin icra başçısı qonşularının evlərini həyətinə qatdı - ÖZƏL

    Bərdənin icra başçısı qonşularının evlərini ...

    8-12-2014, 01:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (178)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu