GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Rza Zərrab işi Türkiyədəki seçki dönəminədək uzanacaq” iddia

“Rza Zərrab işi Türkiyədəki seçki dönəminədək uzanacaq” iddia

Tarix: 10-12-2017, 19:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 484
“Rza Zərrab işi Türkiyədəki seçki dönəminədək uzanacaq” iddia



Politoloq: “Zərrabla Amerikanın siyasi dairələri arasında əlaqə var”

ABŞ-da həbsdə olan və 1 həftədir hakim qarşısında ifadə verən iş adamı Rza Zərrab işində demək olar ki, hər gün bir şok iddia ortaya çıxır. Artıq demək olar ki, məsələ siyasi müstəvidən bir qədər kənara çıxıb.

Əgər məhkəmənin ilk günlərində Rza Zərrabın səsləndirdiyi fikirlər, Türkiyənin müxtəlif rəhbər şəxsləri barəsində söylədiyi korrupsiya ittihamları gündəmdə yer almışdısa, hazırda vəziyyət bir qədər fərqlidir. Artıq Rza Zərrabın şəxsi ilə bağlı iddialar səsləndirilir və bu, yeni bir gündəm yaradır. Məsələn, ötən günlərdə Rza Zərrabın həbsxanada məhbuslardan birinə təcavüz etməsi müzakirələrə səbəb oldu. Bildirilirdi ki, hadisə 2016-cı ilin noyabrında baş verib.

Həmin məhbusun şikayəti əsasında əvvəlcə Zərrab haqqında növbəti cinayət işi açıldı. Sonradan isə işə baxan vəkil Aleksey Şaçt bildirdi ki, kifayət qədər dəlil təqdim edilmədiyi üçün istintaq dayandırılıb.

Rza Zərrab işi hansı siyasi prosesləri tətikləyə bilər? Bu olayın Türkiyədə növbəti seçkilərə qədər uzanması mümkündürmü?

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Zərrab hadisəsi Türkiyədə seçki dönəminə qədər uzanacaq: “Rza Zərrab hələ ki, sensasiyalı açıqlamalar verərək, məhkəməni davam etdirir. Məhkəmənin siyasi xarakter daşıdığını söyləmək mümkündür. Çünki düşünəndə görürsən ki, Rza Zərrab nə üçün Türkiyədəki milyonluq mülklərini qoyub, birdən-birə Amerikaya getməli idi? Görünür o, Amerikadan müəyyən təminatlar almışdı və buna görə də belə addımlar atdı. Amerika da onu həbs edəndə şübhəli qismində həbs etmişdi. Buna görə də onun üçün vəziyyətin ağır olacağı söylənilirdi. İndi isə Rza Zərrabı şahid formasında məhkəmə proseslərinə cəlb edirlər. Bu isə onu göstərir ki, Rza Zərrabla Amerikanın siyasi dairələri arasında əlaqə var.

Mənə elə gəlir ki, Amerika Türkiyəni, İrana qarşı sanksiyalar dövründə müttəfiqə yaraşmayan hərəkətlər etməkdə günahlandırmaq istəyir. Bu da ondan ibarətdir ki, İrana qarşı tətbiq edilən sanksiyalarda Türkiyənin bir nəfəslik rolu oynadığı, onlar tərəfindən sanksiya müddəalarının yerinə yetirilmədiyi isbata yetirilir. Məhkəmənin gedişindən bu prosesin “uğurla” nəticələnəcəyini və yaxud da Amerika siyasi elitasının istəklərinə uyğun formada başa çatacağını söyləmək mümkündür. Türkiyə tərəfi sonradan Rza Zərrabın İran xüsusi xidmət orqanlarının agenti olması fikrini söylədi. Güman edirəm ki, əgər İranın bu qədər qızılını Türkiyəyə daşıyırsa və müxtəlif yollarla məmurların ələ alınmasını işini təşkil edə bilirsə, məncə də Zərrab İran xüsusi xidmət orqanlarının fəaliyyətindən kənarda qala bilməz. Ona görə də proseslərin idarə edilməsində ETTELAAT-ın da bu və ya digər formada iştirak etdiyini söyləmək mümkündür. Zərraba birdən-birə İranın qızıl ehtiyatlarının çox böyük hissəsi etibar edilirsə deməli o, hakimiyyət orqanlarına yaxın bir adam olub. Bu etimad da hər adama bəslənən etimada bənzəmir”.

Politoloq bildirdi ki, həbsxanada onun adı ilə bağlı səslənən müxtəlif olaylar da şişirdilib: “Bildirirlər ki, telefonla görüntülü 1 saat danışıq üçün 40 min dollar ödəyib. Bu, o qədər də ağılabatan deyil. Onun kimlərlə danışacağını da təyin etmək çətindir. Üstəlik də həmin telefon sahibi olan həbsxana işçisinin adının çəkilməməsi də şübhələr yaradır. Ancaq bu bir faktdır ki, Rza Zərrab Türkiyənin İrana qarşı sanksiyalarda iştirak etməməsi üçün əlindən gələni edib. İranın maliyyə ehtiyaclarının, qida təchizatının ödənilməsində böyük rol oynayıb. Məsələ burasındadır ki, Rza Zərrabın yaxın dostu və onunla birlikdə bu proseslərdə iştirak edən digər azərbaycanlı şəxs də hazırda İranda ölüm hökmü iddiası ilə məhkəməyə cəlb olunub. Ona qarşı 1.5 milyard dollarlıq İran dövlət malının mənimsənilməsi iddiası ilə məhkəmə hökm çıxarıb. Ölüm hökmünün icrası hələ ki, dayandırılıb. Belə fikir söyləmək mümkündür ki, Rza Zərrabın Amerikaya qaçmasında bir səbəb də onun dostunun tutulması və İran hökuməti tərəfindən çox ciddi ittihamların irəli sürülməsidir. Məncə, Zərrabın Amerikanın bəlli dairələri ilə iş birliyinə getməsi, daha çox İranın təqibləri ilə bağlı idi. Çünki İranın ETTELAAT-ı istənilən zaman Zərrabı Türkiyədə həbs edib, öz ölkəsinə apara bilərdi. Ona görə də Zərrab canını qurtarmaq istəyirdi. Hesab edirəm ki, onun Türkiyə əleyhinə satqınlıq hərəkətlərinin bir səbəbi də İranın onu təqib etməsi məsələsidir”.

Politoloq söyləyib ki, Trampın son hərəkətlərindən sonra Türkiyə siyasi dairələrinin daha uğurlu hərəkət etmələri üçün şərait yaranıb: “Trampın Qüdslə bağlı qərarı Zərrab məsələsini bir növ kölgədə qoyub. Ancaq buna baxmayaraq Türkiyənin daxilindəki müxalif partiyaları bu məsələlərdə hökuməti tənqid etməkdə davam edirlər. Rza Zərrab olayları Amerikada məhkəmənin nə ilə bitməsindən asılı olmayaraq mövcud Türkiyə iqtidarının rüşvətlə bağlı əməllərinin sübut edilməsi istiqamətində müəyyən faktlar verə bilər. Bu faktlar doğruluğundan və ya yalan olmasından asılı olmayaraq, siyasi dairələrdə qalmaqallar yaradacaq. Hər-halda Türkiyə prezident seçkilərinə çətin şərtlər altında gedir. Bu şərtlər isə ölkədəki siyasi qalmaqalları dərinləşdirməklə yanaşı, prezident seçkilərinin çox ağır keçəcəyini indidən proqnozlaşdırır. Sözsüz ki, bu olaylarda qeyd etdiyimiz kimi İranın da barmağı var. İranda Zərrabın ortağı Babək Zəncani həbs olunanda Rza Zərrab hələ Türkiyədə sakit formada yaşamına davam edirdi. Bu, əslində Rza Zərrab üçün bir xəbərdarlıq idi. Ola bilər ki, həmin dövrdə Zərraba da “əl uzadanlar” olub. Ona görə də Zərrab Amerikaya qaçmaq qərarına gəlib. Hər halda hesab edirəm ki, onun Amerikaya getməsi özünün təhlükəsizliyi ilə bağlı idi. Sözsüz ki, Amerikanın müəyyən siyasi dairələrindən təminat alıb. Onun qarşılığında ki, Türkiyə iqtidarına qarşı kompromat materiallar toplayıb, istifadə etsinlər. Yəni Amerika hökuməti indiki halda Türkiyəyə qarşı kifayət qədər zərərli hərəkət edir. Bu zərərli hərəkət isə Amerikanın özü üçün ziyanlı ola bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rza Zərrabın Ebru Gündeşlə evlənmə səbəbi bu imiş - ŞOK İDDİA - FOTO

    Rza Zərrabın Ebru Gündeşlə evlənmə səbəbi bu imiş ...

    21-11-2017, 13:30

  • 
  • İran prezidenti Rza Zərrabın həbsindən danışdı

    İran prezidenti Rza Zərrabın həbsindən danışdı ...

    24-01-2014, 12:28

  • 
  • Rza Zərrab çirkli pulları necə yuyub?

    Rza Zərrab çirkli pulları necə yuyub? ...

    20-12-2013, 14:27

  • 
  • Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ediləcək

    Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ...

    8-10-2014, 13:42

  • 
  • “Rza Zərrab Azərbaycandakı rəfiqələrimi də aldatdı...”

    “Rza Zərrab Azərbaycandakı rəfiqələrimi də ...

    25-12-2013, 16:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu