GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir? — FOTOLAR

Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir? — FOTOLAR

Tarix: 11-12-2017, 14:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 546
Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir? — FOTOLAR


Son illər Azərbaycanda geniş miqyaslı abadlıq, tikinti-quruculuq işləri aparılsa da, həllini gözləyən problemlər də az deyil. Onlardan biri də torpaq sahələrinin qanunsuz zəbt edilməsi və qeyri-qanuni tikililərlə bağlıdır. Bu problemlərin həlli ilə bağlı ölkə başçısının konkret tapşırıq və qərarları olsa da, ancaq bəzi hallarda kimlərsə buna məhəl qoymaq istəmir.

Yəqin ki, çoxları hava limanı-Qala-Mərdəkan avtomobil yolunun nə qədər rahat və müasir olduğunu görüb. İnsanların rahatlığı üçün bu yolun kənarlarında abadlıq işləri də görülüb, müasir tikililər inşa edilib və sairə. Ancaq Mərdəkan şosse yolunun Xəzər rayonunun Qala qəsəbəsinin girişində, hava limanı yolunun üzərində yerləşən hektarlarla torpaq sahəsinin qanunsuz şəkildə zəbt edilərək hasarlanması görülən işlərə kölgə salır. Nəzərə alsaq ki, həmin ərazi həm də Prezident İlham Əliyevin hər gün gedib-gəldiyi avtomobil yolunun üzərində yerləşir, o zaman sözügedən ərazinin qanunsuz şəkildə hasarlanması daha çox aktuallıq kəsb edir. Haqqında bəhs etdiyimiz ərazi hazırda keyfiyyətsiz və təyinatı üzrə olmayan materiallarla hasarlanıb, içərisində isə qeyri-qanuni tikinti işləri başladılıb. Ərazinin abad görünüşünün hansısa şəxslər tərəfindən pozulması sakinləri də dilə gətirib.

Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir? — FOTOLAR

Yaxınlıqda yaşayan sakinlər deyir ki, ərazi gecə saatlarında anidən hasarlanıb və orada pivə zavodu tikmək istəyirlər. Qanunsuz ucaldılan hasarların özü bir qalaya bənzəyir.

Sakinlər deyir ki, hasarın içərisindən qalxan toz-torpaq alış-veriş üçün marketə gələn insanların əhvalını korlayır. Eyni zamanda bu vəziyyət anti-sanitariyanın da yaranmasına bilavasitə səbəb olur. Bütün bunların fakt olmasına baxmayaraq, nədənsə aidiyyatı qurumlar, o cümlədən Xəzər rayon İcra Hakimiyyəti susur. Təəssüflə qeyd etmək lazımdır ki, bu cür qanunsuz tikintilər əksər hallarda bələdiyyələrin, icra orqanlarının gözü qarşısında, çox güman ki, razılıqları ilə həyata keçirilir. Özünüidarəetmə orqanı olan bu qurumlar indiyə kimi insanlara torpaq satanda, necə deyərlər, ağına-bozuna baxmayıblar, harada gəldi - istər strateji yerlər olsun, istər Prezidentin keçdiyi yolun üzərində olsun, istər transformatorların yaxınlığı olsun, istər yüksək gərginlikli xətlərin altı, istərsə də dəmiryolu xətlərinin mühafizə zolaqları - fərq bilməyiblər, təki torpaq satılsın, həmin sahələrdə evlər tikilsin, obyektlər salınsın. Amma düşünülməyib ki, satdıqları torpaq sahələrində inşa edilən obyektlərlə ümumi ərazinin mənzərəsi pozula bilər, qəza baş verə bilər və sairə.

Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir? — FOTOLAR

Torpaqların qanunsuz zəbt edilməsi və hasarlanması ilə bağlı məsələni hələ bir neçə il öncə Prezident İlham Əliyev də kəskin şəkildə pisləmişdi. Həmin vaxtı dövlət başçısının göstərişi ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Dostluq” parkı ərazisində qanunsuz inşa edilən evləri və hasarları sökdürmüşdü. Bu yerdə Prezident İlham Əliyevin həmin məsələ ilə bağlı etdiyi çıxışını xatırlatmaq istəyirəm: “…Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən, vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, “Dostluq” parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur! Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun! İndi o gün gəlirəm, görürəm ki, yenə də düz “Dostluq” parkının yanında – yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı! Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq! Heç kim çıxmadı! Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun! Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar! Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə, vəzifəli şəxslər nümunə göstərməlidirlər”.

Dövlət başçısının da vurğuladığı kimi, Xəzər rayonunda yerləşən sözügedən ərazi də zəbt edilib, qanunsuz tikililər aparılıb. Yəqin ki, sonra da bu qanunsuz sənədləşdiriləcək.

Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir? — FOTOLAR


Qanunsuz tikililər eyni zamanda yolların yaşayış massivlərindən keçən hissələrində yenidənqurma və təmir prosesində çox böyük problemlər yaradır. Bu istiqamətdə də biz bütün lazımı jurnalist araşdırmaları apararaq, fotoçəkilişlər etmiş və mövcud problemlərlə bağlı müvafiq qurumlara sorğu göndərmişik. Çox təəssüf ki, sorğumuza Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən savayı, nə Bakı şəhər İcra Hakimiyyətindən, nə də Xəzər rayon İcra Hakimiyyətindən cavab verilməyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayramov isə sözügedən qurum tərəfindən sorğumuza baxıldığını bildirib:

“Xəzər rayonu Mərdəkan şosesinin yaxınlığında yerləşən torpaq sahəsinin hasara alınması barədə elektron müraciətinizə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılıb. Bununla əlaqədar bildiririk ki, torpaq sahəsinin hasara alınması barədə Komitəyə hər hansı məlumat daxil olmayıb”.

Sözügedən məsələ ilə bağlı digər müvafiq qurumların da məsələyə aydınlıq gətirilməsini gözləyirik!/ölkə.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 6 hərəkət zolaqlı yol salınır

    Bakıda 6 hərəkət zolaqlı yol salınır ...

    29-09-2015, 12:32

  • 
  • Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin açılışında iştirak edib - (FOTO)

    Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə ...

    16-04-2017, 22:41

  • 
  • Biləsuvarda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrıldı

    Biləsuvarda avtomobil yolunun tikintisinə maliyyə ...

    17-06-2016, 00:39

  • 
  • Qubada hava limanı tikilə bilər

    Qubada hava limanı tikilə bilər ...

    30-05-2013, 11:58

  • 
  • Cənub bölgəsinə şad xəbər: yolunuz düzəlir

    Cənub bölgəsinə şad xəbər: yolunuz düzəlir ...

    21-11-2015, 12:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu