GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 5 saylı xəstəxanada HƏKİM SƏHLƏNKARLIĞI, SƏHV MÜALİCƏ, MƏSULİYYƏTSİZLİK və... 1 yaşına çatmayan Zəhra

5 saylı xəstəxanada HƏKİM SƏHLƏNKARLIĞI, SƏHV MÜALİCƏ, MƏSULİYYƏTSİZLİK və... 1 yaşına çatmayan Zəhra

Tarix: 12-12-2017, 15:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 538
5 saylı xəstəxanada HƏKİM SƏHLƏNKARLIĞI, SƏHV MÜALİCƏ, MƏSULİYYƏTSİZLİK  və... 1 yaşına çatmayan Zəhra [/center]

"Zəhraya oksigen balonu qoşub təcili yardım maşınıyla o xəstəxana sənin, bu xəstəxana mənim, gəzdirdilər. Onsuz da vəziyyəti ağır olan uşaq axşam saat 8-də keçindi”.

Beyləqan sakini Məmmədiyə Cabbarzadə hərbçidir. Yeganə övladı Zəhranı 1 yaşının tamam olmasına 8 gün qalmış faciəli itirib. O, Zəhranın ölümündə həkimləri, həkimlərin cəzasız qalmasında isə istintaq orqanını günahlandırır.

Bu il fevralın 24-də günorta saatlarında hələ yenicə daş-divardan tutub yeriməyə başlayan Zəhra qaynar su ilə dolu çaydanı üstünə aşırdır. Onu Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırırlar. Burada ilkin tibbi yardım göstərildikdən sonra baş həkim valideynlərə bildirir ki, vəziyyəti ağır olduğu üçün Zəhranı Bakıya – 5 saylı xəstəxananın yanıq şöbəsinə götürmək lazımdır. Növbəti gün Məmmədiyə Cabbarzadə Zəhranı Bakıya gətirir. 5 saylı xəstəxananın yanıq şöbəsinə qəbul olunan Zəhranın həyatı iki həkimə - Elnur Mirzəyevə və Ülviyyə Zeynalovaya tapşırılır. Ata iddia edir ki, Zəhranın ölümü də məhz bu iki həkimin müalicəyə səhlənkar yanaşması səbəbindən baş verib:

"Həkim mənə Mərkəzi Qan Bankından 3-cü qrupa aid qan aldırdı, Zəhraya vurdu. Qohumlarım aldığımız qanın əvəzi olaraq Mərkəzi Qan Bankında qan verdilər. Qanın alınması barədə sənədimiz də var. Ancaq sonradan məlum oldu ki, sən demə, Zəhranın qanı 3 yox, 1-ci qrupa aid imiş. Həkimlər Zəhraya baxmırdı. Mən yaraların sarğılarının dəyişdirilməsi üçün həkimlərin dalıyca gəzirdim. Mobil telefonlarına zəng vururdum, bağlı olurdu. Dəhlizlərdə, otaqlarda Elnur həkimlə Ülviyyə həkimi axtara-axtara qalırdım. İynələri vaxtında vurulmurdu. Bir sözlə, Zəhraya olduqca laqeyd, məsuliyyətsiz yanaşırdılar. Üstəlik, müalicənin də səhv aparılması Zəhranın günbəgün vəziyyətinin pisləşməsinə səbəb olurdu”.

Zəhra 14 gün yanıq şöbəsində qalır. Bu müddət ərszində atasının iddia etdiyi kimi, baxımsızlıqdan vəziyyəti ağırlaşır. Zəhra zarıyır, həkimlər vaxtında yetişmir. Martın 9-da səhər saatlıarında bədəni göyərir, təzyiqi düşür, tənəffüsü ağırlaşır. Qızcığaza oksigen balonu qoşulur. Martın 10-da vəziyyətin kritik olduğunu görən Elnur Mirzəyev uşağı rentgen etdirir və ciyərinə su yığıldığını bildirir. Onun təcili 6 saylı Uşaq Klinik Xəstəxanasına götürlüməsini tövsiyə edir. Elə həmin gün Zəhra oksigen balonuna qoşulmuş vəziyyətdə Təcili Tibbi Yardım maşınında 6 saylı Uşaq Klinik Xəstəxanasına götürülür. Ancaq Klinikanın baş həkimi rentgen plyonkasına baxaraq ciyərin təmiz olduğunu deyir:

"Baş həkim dedi ki, sizi bura düz göndərməyiblər, uşağın ciyərində su yoxdur. Yaxşısı budur, onu OMD-yə götürün, buralıq deyil. Biz də uşağı təzədən Təcili Tibbi Yardım maşınına qoyub OMD-yə apardıq. Ancaq OMD də qəbul etmədi. Dedi, bizlik deyil, onun müalicəsi 6 saylı Uşaq Klinik Xəstəxanasında aparılmalıdır. Beləcə, Zəhranı yenə Təcili Tibbi Yardım maşınına qoyub xəstəxanaya qaytardılq. Baş həkim yenə qəbul eləmədi, dedi, bu uşağın müalicəsi bizlik deyil, bunu 5 saylı xəstəxananın yanıq şöbəsinə qaytarın, mən sabah səhər gəlib orda uşağa baş çəkəcəm”.

Zəhranı 5 saylı xəstəxananın yanıq şöbəsinə qaytarırlar. Amma... İki gün ərzində oksigen balonuna qoşulmuş vəziyyətdə Təcili Tibbi Yardım maşınında xəstəxanaları gəzdirilən Zəhra can ağrısına dözmür və axşam saat 8-də gözlərini həmişəlik yumur. Həyatda qalsaydı, 1 həftə sonra - martın 18-də ailəsi onun 1 yaşını qeyd edəcəkdi. Cabbarzadələr həmin günü səbirsizliklə gözləyirdilər. Amma...

Ata düşünür ki, həkimlər vaxtında öz işlərinə məsuliyyətlə yanaşsaydılar, Zəhra ölməzdi.

Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasından Meydan tv-yə bildirilib ki, məsələyə Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən baxılıb və qiymət verilib. Hazırda isə faktı prokurorluq orqanı araşdırır və əlavə məlumat almaq üçün həmin qurumlara müraciət olunmalıdır.

Səhiyyə Nazirliyindən bildirilib ki, 2016-cı il təvəllüdlü Zəhra Cabbarzadənin Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq Şöbəsində ölməsi faktı Nazirlikdə araşdırılıb. Faktı "Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə Komissiya" araşdırıb. Araşdırma zamanı müəyyən edilib ki, Zəhranın müalicəsi zamanı və onun adına tibbi sənədlərin tərtib edilməsində müalicə həkimi Elnur Mirzəyev tərəfindən nöqsanlara yol verilib. Məsələ Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının tibbi şurasında müzakirə olunub. Uşağın müalicəsində yol verdiyi nöqsanlara görə müalicə həkimi Elnur Mirzəyev barəsində intizam məsuluyyəti tədbirləri görülüb. Hazırda faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma davam edir və Nazirlik də araşdırmanın nəticəsini gözləməyi məsləhət görür. Lakin Səhiyyə Nazirliyi həmin intizam məsuliyyəti tədbirlərinin detallarını açıqlamır.

Məmmədiyə Cabbarzadə isə deyir ki, Nərimanov rayon prokurorluğu onu 8 aydır get-gələ salıb. Ata istintaq orqanının işi ört-basdır etməyə çalışdığını bildirir: "Qızımın ölümünün səbəbkarları yanıq şöbəsinin həkimləri Elnur Mirzəyevlə Ülviyyə Zeynalovadır. Zəhranın müalicəsi onlara tapşırılmışdı. Onlarsa Zəhraya nəzarət etmirdilər, bir daha deyirəm, səhərdən axşamacan arxalarıyca gəzirdim ki, uşağın yaralarının sarğılarını dəyişsinlər. Müstəntiq də bu müddət ərzində araşdırıb və yaxşı bilir ki, uşağın ölümündə həkimlər günahkardır. Ancaq mənə deyir, həkimlərin arxası möhkəmdir, sən onlara bata bilməyəcəksən. Faktla bağlı cinayət işi qaldırılsa da, 8 aydır ki, həkimləri məsuliyyətə cəlb etdirə bilmirəm. Prokurorluqda hansı qərarlar qəbul olunur, bu barədə mənə bir zərərçəkmiş kimi məlumat verilmir, faktlar ört-basdır olunur. Müstəntiq az qala həkimlərin vəkili kimi çıxış edir.

Nərimanov rayon Prokurorlugu məni get-gələ salıb. İşə baxmırlar, həkimləri açıq şəkildə müdafiə edirlər. Ekspertiza rəyləri saxtalaşdırılıb. Müstəntiq deyir, hara yazırsan yaz, onsuz da həkimlərə bata bilməyəcəksən, arxalarında dayanan var. Ekspertin rəyi də saxtalaşdırılıb. Bir sözlə, mənim balamın qanını göz görə-görə batırırlar”.

Nərimanov rayon Prokurorluğundan istintaqın davam etdiyi bildirilib və əlavə məlumat verilməyib.

Hüquqşünas Namizəd Səfərov deyir, əgər Səhiyyə Nazirliyi də həkimin günahını etiraf edirsə, bu, artıq onun məsuliyyətə cəlb olunmasına əsas hesab oluna bilər. Vətəndaş Nəromanov rayon Prokurorluğunda işin düzgün aparılmasında şübhəlidirsə, baş prokurora müraciət edərək işin nəzarətə götürülməsini tələb edə bilər./7news.az


[center]5 saylı xəstəxanada HƏKİM SƏHLƏNKARLIĞI, SƏHV MÜALİCƏ, MƏSULİYYƏTSİZLİK  və... 1 yaşına çatmayan Zəhra
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Üzərinə qaynar su ilə dolu samovar düşdü, ağır yanıq xəsarəti aldı

    Üzərinə qaynar su ilə dolu samovar düşdü, ağır ...

    10-06-2016, 23:03

  • 
  • Samuxda ev partlayıb, ana və azyaşlı qızları ağır yanıq xəsarətləri alıblar

    Samuxda ev partlayıb, ana və azyaşlı qızları ağır ...

    5-02-2015, 01:05

  • 
  • Süd qazanı aşdı, ana və 2 uşağı YANDI - MASALLIDA

    Süd qazanı aşdı, ana və 2 uşağı YANDI - MASALLIDA ...

    16-08-2017, 17:15

  • 
  • Səlim Müslümov əlilə görə direktoru işdən qovdu

    Səlim Müslümov əlilə görə direktoru işdən qovdu ...

    28-01-2014, 23:16

  • 
  • Zəhranın 3 mərasimi - Foto

    Zəhranın 3 mərasimi - Foto ...

    7-07-2017, 19:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu