GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Daha bir korrupsioner oliqarx-nazirin məşum finalı - Pərdəarxası...

Daha bir korrupsioner oliqarx-nazirin məşum finalı - Pərdəarxası...

Tarix: 13-12-2017, 16:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 963
Daha bir korrupsioner oliqarx-nazirin məşum finalı - Pərdəarxası...


İş adamlarının qənimi, şair Saday Şəkərlinin və "Gündəm Xəbər" qəzetinin təsisçisi Şirin Cəfərinin həbsinin icraçısı olan Fazil Məmmədovu nələr bitirdi? - Təfsilat

Adı MTN işinə qədər qarışmış, hakimiyyətdəki ciddi fiqurların biznesinə "toxunmuş" sabiq nazirin sonu ona yaxın məmurların və icra başçılarının axırına çıxır...

Daha bir nazirin sonu...daha bir korrupsioner oliqarxın məşum finalı...Bu il taxt-tacından salınan növbəti nazirin bitən erası və adi vətəndaşa çevrilməsi...


Söhbət ötən həftə vəzifəsindən azad edilən iş adamlarının qənimi, şair Saday Şəkərlinin həbsinin müəllifi, "Gündəm Xəbər" qəzetinin təsisçisi Şirin Cəfərinin şərti həbsinin sifarişçisi, qəzetin 71 min manat cərimələnməsinin baş "qəhrəmanı" olan vergilər naziri Fazil Məmmədovdan gedir.
PA-da toplanan dosye
O Fazil Məmmədov ki, Azərbaycanda biznes mühitinin inkişafında baş tormozlayıcı rola malik idi. Və keçən həftə onun sifasi karyerasının üstündən birdəfəlik xətt çəkildi.
Hətta Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni nazir Mikayıl Cabbarovu kollektivə təqdim edərkən F.Məmmədovun fəaliyyətini tənqid elədi.
Bu isə o deməkdir ki, sabiq vergi nazirindən hakimiyyətin ən yüksək eşelonunda yüksək şəkildə narazılıq var idi.
Bu narazılıq sahibkarların siyasi rəhbərliyə ünvanladığı müraciətlər əsasında formalaşmışdı. Çünki bir neçə il qabaq prezident İlham Əliyev müşavirələrin birində vergilər nazirini sərt tənqid etmişdi.
Sonra iş adamlarının vergi yoxlamalarına iki illik fasilə verildi. Ancaq Vergilər Nazirliyi yenə də biznesmenlərin xirtdəyindən yapışaraq qeyri-rəsmi tələblər irəli sürürdülər.
Bu faktlar PA-da tək-tək toplanırdı. Üstəgəl, onun adı Eldar Mahmudov işinə qarışdı. F.Məmmədov Vergilər Nazirliyinin İbtidai Araşdırma Departamentinin rəisi, general Vidadi Məmmədovu işdən çıxarmaq məcburiyyətində qaldı.
V.Məmmədov “MTN işi”nə cəlb olundu. MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev və Natavan Mürvətovanın cinayət işi üzrə istintaqa cəlb olunan general Vidadi Məmmədov şahid qismində dindirilib.
Bundan başqa “MTN işi” araşdırımaları çərçivəsində Fazil Məmmədovun adı istintaqçıların diqqət mərkəzinə gəlmişdi.
İddia edilirdi ki, F.Məmmədov Eldar Mahmudovun vasitəsi ilə nazirlikdəki müxtəlif şəxslərin dinlənilməsini təşkil edib.
Hətta belə dinləmələrdən birinə əsasən Fazil Məmmədovun nazirlikdə çalışan yaxın qohumlarından birinə qarşı tədbir görüldüyü də iddia olunurdu.
Bildirilirdi ki, Fazil Məmmədov nazirlikdə baş verən qanunsuzluqlar haqda mətbuata sızmaların hansı mənbə üzərindən həyata keçirildiyi müəyyən etmək üçün 200 min manat xərac verdiyi də deyilirdi.
Əlbəttə ki, bu gedişat və PA-ya təqdim olunan dosye nəzərə alınmaya bilməzdi. Prezident seçkiqabağı onun fəaliyyətinə və ölkədə narazılığa səbəb olan məmurlarla bir-bir vidalaşmaq qərarı verib.
Hakimiyyətin yeni idarəçilik modeli, postneft islahatları, qeyri-neft sektorunun inkişafının prioritet götürülməsi F.Məmmədov kimi nazirlərin vəzifələrdən uzaqlaşdırılmasını zəruri edir.
Vergilər naziri kimi əhəmiyyətli bir sektor isə korrupsioner, yırtıcı,iş adamlarının qənimi olan bir nazirdən xilas edildi söyləmək olar. Çünki E.Mahmudovdan narazılıq olduğu qədər F.Məmmədovdan da eyni dozada qəzəb var idi.
Vergi məmurları obyektlərin, müəssisələrin qapılarını təpiklə açırdılar, əsassız cərimələr yazırdılar, yeni fəaliyyətə başlamış istehsalat müəssisələrinin nəfəsini kəsirdilər, işləməyə aman vermirdilər, qeyri-rəsmi rüsumlar, rüşvət tələbləri iş adamlarını boğaza yığmışdı. Buna görə də vergilər sistemində dəyişiklik və islahatlar vaxtı yetişmişdi.
Sabiq nazirə biət edənlərin sonu...
Lakin F.Məmmədovun istefaya göndərilməsi təkcə onun vəzifəsini itirməsi ilə məhdudlaşmır.
Eyni zamanda bir oliqarx-nazirin ətrafının, kadrlarının, vəzifələrdə olan komandasının sonu deməkdir.
Necə ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədov üçün oxşar ssenari həyata keçirilir. Eləcə də F.Məmmmədovun adamları rəhbər postlardan kənarlaşdırılacaq.
Təkcə 4 rayonda sabiq nazirin icra başçısı var və onlar prezidentdən daha çox, nazirə biət edirdilər.
Bu siyahıda baş yeri keçmiş nazirin bacısının həyat yoldaşı olan Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov tutur.
Ardınca Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Şəmkirin "paşa"sı Alimpaşa Məmmədov və Qazaxın icra hakimi Rəcəb Babaşov gəlir.
Bundan başqa, Xaləddin İsgəndərovun oğlu, Fazil Məmmədovun bacısı oğlu Elnur İsgəndərovun da Bakı Vergilər Departamentinin rəis müavini postundan çıxarılacağı gözləniləndir.
Xaləddin İsgəndərov üçün geri sayım başlayıb. 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması nəticəsində 15 nəfər dünyasını dəyişdi.
Bina keyfiyyətsiz və tez alışan materialla – poliuretanla üzləndiyinə görə külə dönmüşdü. Həmin materialın binanın üzlüyünə vurulması barədə X.İsgəndərov göstəriş vermişdi.
İcra başçısını qoruyan “sehrli əllər” bu hadisədə məsuliyyəti olan başqalarını qurban versə də, İsgəndərovu yerindən tərpətmədilər.
Lakin bu faciədən sonra X.İsgəndərov Prezident Administrasiyasının “qara siyahısı”na düşdü.
Binanın üzlənməsi işini həyata keçirmiş “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov məhkəmədə bildirmişdi ki, binanın üzlənməsi təklifi Xaləddin İsgəndərovdan gəlib.
Həbsdə olanlardan biri X.İsgəndərovun birinci müavini işləmiş Qəzənfər Novruzovdur ki, o da ilk gündən suçsuz olduğunu deyirdi.
Əslində, yanan bina işinin bir ucu elə MTN-ə bağlanırdı ki, bu ayrı mövzunun təhlilidir, X.İsgəndərov isə həmin orta ranqlı məmurları qurban verməklə özünü həbsdən xilas etmiş oldu. Amma X.İsgəndərovun adı təkcə yanan bina işində MTN-ə qarışmamışdı.
Eləcə də Biləcəridə özünü icarədar məmur kimi tanıdan bələdiyyə sədri İlham Xəlilov MTN generalı Akif Çovdarova 150 min pul və torpaq bağışlamaqda gündəmə gəldi. O, ifadəsində faktı təsdiqləyib.
Beləliklə, ətrafı MTN bandası ilə əlbir olmuş, özü sabiq vergilər naziri Fazil Məmmədovun qohumu kimi tanınan Xaləddin İsgəndərovun halqası daralır.
Sabiq vergi nazirinin təşviş içində olan digər kadrı isə Gədəbəyin icra başçısı Ramiz Yediyarovdur.
Gədəbəy rayonundan olan iş adamlarının, yerli sahibkarların bu günə qədər demək olar ki, bütün ən mötəbər qurumlara davamlı olaraq müraciət etmələrinə baxmayaraq, bu rayonda sahibkarlığın inkişafını əngəlləyən icra başçısı Ramiz Yediyarovun əməllərinə qarşı hələ də heç bir tədbir görülmür.
Sonuncu belə fakt iş adamı Fəxrəddin Bağırovun obyekti ilə bağlı idi. İcra başçısı mağazanın qarşısına divar hördürüb, sahibkar ona xərc vermədiyi üçün dükanını bağlamışdı.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən əmlakı dağıdılaraq külli-miqdarda maddi ziyana məruz qoyulmuş daha bir sahibkar, Əliyev Oktay Qara oğludur.
Habelə, Qazaxda R.Babaşov və Şəmkirdə A.Məmmədov təşviş içindədirlər. Onlar da yerlərdə əhalini çox incidib, narazı salıblar.
Eks-nazir “qırmızı xətti” necə keçib?
“Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb.
Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir”.
Bunu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev demişdi. Əldə etdiyimiz xəbərə görə, F.Məmmədov ona vergilərin yığılması ilə bağlı verilən səlahiyyətlərdən sui-istifadə edərək hakimiyyətdəki ciddi fiqurların da mənafeyinə toxunub ki, “qırmızı xətti” keçməsi onu ciddi hədəfə çıxarıb.
Nəticədə prezidentin yuxarıdakı sözləri bir mesaj olaraq MTN və vergi sistemindəki məmurlara çatsa da, onlar nəticə çıxarmamışdılar. İbrət dərsi götürməyəndə isə final belə olur - Fazil Məmmədov və ətrafı arxivə göndərilir.
F.Məmmədov vergi yoxlamalarından özünün biznes imperiyasını və iqtisadi qüdrəti gücləndirmək məqsədi güdüb ki, bu da iqtidar dairələrində ciddi narazılıq yaradıb.
F. Məmmədovun icra başçısı təyin etdirdiyi kadrlar, ümumiyyətlə, özlərini itiriblər. Vergilər Nazirliyində işləyərkən “sahibkarların qənimi” imicini qazanmış Alimpaşa Məmmədov F.Məmədovun birbaşa dəstəyi ilə Şəmkirə icra başçısı təyin edildikdən sonra bu rayondan Prezident Administrasiyasına göndərilən şikayətlərin sayı artıb.
A.Məmmədov rayonda xüsusilə sahibkarlara göz açmağa imkan vermir. Onun özbaşınalıqları haqda son vaxtlar KİV-lərdə xeyli şikayət xarakterli materiallar dərc edilib.
F.Məmmədovun son illərdə vergi orqanlarında həyata keçirdiyi saysız-hesabsız kadr dəyişikliklərinin də böyük narazılıq doğurduğu bildirilir. Belə ki, bu dəyişikliklərə rəğmən, mahiyyət etibarı ilə heç nə dəyişməyib.
Vergi orqanı ilə sahibkar münasibətləri, sahibkarlıq subyektlərilə iş prinsipləri və ümumilikdə dövlət-sahibkar münasibətlərində müasir dövrün tələblərinə uyğun hər hansı ciddi addım müşahidə etmək olmur.
Bundan əlavə, vergi orqanlarında ciddi şəkildə peşəkar kadrların çatışmazlığı da açıq hiss olunur.
Bütün bunların yekunu olaraq F.Məmmədovun vəzifədən alınmasına qərar verilib. Maraqlıdır ki, prezidentin bununla bağlı sərəncamı elan olunan gün F.Məmmədovun nazirlikdə geniş kollegiya iclası keçirməsinə dair məlumat da yayılmışdı.
Şairin və baş redaktorun həbsinin sifarişçisi
F.Məmmədovun və onun Vergilər Nazirliyindəki adamlarının hamıya pisliyi keçib. Onun pislik elədiyi təkcə iş adamları olmayıb. Eləcə də mətbuata qarşı aqressiv münasibət sərgiləyib.
Şair Saday Şəkərlinin həbsi, "Gündəm Xəbər" qəzetinin cərimlənməsi, qəzetin təsisçisi Şirin Cəfərinin son anda həbsdən şərti cəza ilə "cəzalandırılması" birbaşa nazirin sifarişi idi.
“Gündəm Xəbər” qəzetinin redaksiyası olaraq hər ay satışdan əldə olunan gəlirə görə dövlətə 4%-lik vergi ödəyib, aidiyyəti üzrə rüblük hesabatlar da təqdim edirik.
Yəni, istehsalçı tərəf olaraq qanunvericiliyin tələblərinə əməl edib fəaliyyətimizi davam etdiririk və lazımi vergi faizini də ödəyirik.
Faciə odur ki, əgər əvvəllər qəzetimizin satışı ilə məşğul olan müəssisələrlə, kassa mədaxil ordeninin qəbzi və yaxud da vəkalətnamələr, yəni ciddi sənədlər vasitəsilə nəğd hesablaşmalar aparırdıqsa, bu gün fərqli tələb-şərt mövcuddur.
“Gündəm Xəbər” yazır ki, hazırda həmin müəssisələr qəzetin satışından əldə olunan pulları bank hesabına köçürməyə vadar edilirlər və belə bir əməliyyatı həyata keçirərkən, banka xidmət haqqı olaraq 0,06% pul da ödəyirlər.
Elə ki, hesaba köçürülmüş pulları hesabdan götürmək lazım gəlir, o halda da istehsalçı tərəf olaraq yenidən 1%-lik vergi ödəməyə məcbur oluruq.
Yada salaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev statistikanı açıqlamışdı.
K.Əliyev bildirmişdi ki, Vergilər Nazirliyindən 48, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, İqtisadiyyat Nazirliyindən 9 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub.
Göründüyü kimi, ən çox şikayət və müraciətlər Vergilər Nazirliyi ilə bağlı olub. Fazil Məmmədovun rəhbərlik etdiyi nazirlik yenə də korrupsiya piramidasının zirvələrinə ucalıb.
“Gündəm Xəbər”lə iki ildən çoxdur ki, məhkəmə çəkişməsində olan nazirlik maliyyə resursları olmayan, əməkdaşlarına maaşları çətinliklə ödəyən, çap və yayım problemləri ilə üzləşən qəzetin üstünə sona qədər yeriməyi seçim etdi. Və nəticə göz qabağındadır.
“Gündəm Xəbər”in təsisçisi Şirin Cəfəri 4 il, 6 ay şərti cəza ilə azadlıqdan məhrum edildi. Baxmayaraq ki, Vergilər Nazirliyi cəbhə xəttində şiddətli döyüşlərin getdiyi bir zamanda öz hücumlarını gücsüz-qüvvəsiz, yalnız əli qələm tutan bir qəzetə təşkil elədi.
Bununla belə məhkəmə femidaya tüpürmədi, öz ədalət prinsipini qorudu. Nazirlik isə qəzetdən heyfini çıxmaq istədi. Amma unutdu ki, prezident İlham Əliyevin dostu olan bir mətbu orqanla düşmənçiliyi seçdi.
Bu da sonu...indi Ziya Məmmədov demişkən, Fazil Məmmədov adi vətəndaşdır. Hər bir vətəndaş isə qanun qarşısında bərabərdir.
Məmurlar isə vəzifədə olan xüsusi imtiyaz sahibi, firon olduqlarını hesab edirlər. Onların ayaqlarının altını gözləri görmür, kreslodan düşəndə isə itirilmiş reallıq hissi solaxay sillə kimi qayıdır...

Ceyhun Abdullayev
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə 5 il iş istənildi.

    “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin ...

    13-05-2013, 13:05

  • 
  • “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə son söz üçün 1 həftə vaxt verildi.

    “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin ...

    13-05-2013, 14:24

  • 
  • Hakim nazirin dindirilməsini istəmədi

    Hakim nazirin dindirilməsini istəmədi ...

    6-05-2016, 01:56

  • 
  • Şirin Cəfərinin məhkəməsi təxirə salındı

    Şirin Cəfərinin məhkəməsi təxirə salındı ...

    2-02-2016, 23:50

  • 
  • Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir

    Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir ...

    26-11-2013, 00:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu