GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Əfsanə”nin sonu və ya damda yaşayan Mişanın sərgüzəştləri...

“Əfsanə”nin sonu və ya damda yaşayan Mişanın sərgüzəştləri...

Tarix: 13-12-2017, 17:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 384
“Əfsanə”nin sonu və ya damda yaşayan Mişanın sərgüzəştləri...


Bir siyasətçi vardı, az qala əfsanəyə çevrilmişdi. Ölkəsində böyük nüfuz qazanmışdı, hakimiyyətə gəlmişdi. Sonra sözün əsl mənasında, inqilab etmişdi. Onilliklər boyu korrupsiya içərisində boğulan ölkəsini düzlüyə çıxartmışdı. Ədalətsizliyi bitirmişdi, rüşvətin, korrupsiyanın kökünü böyük ölçüdə kəsmişdi, demokratik idarəçilik sistemi qurmuşdu.

Hakimiyyətdən gedişi də ölkəsinin başında olduğu dövrdə gördüyü müsbət işlərə adekvat olmuşdu. Yəni ölkəsi üçün inqilabi yeniliklər etsə də, xalq ona yetərli qədər səs verməmişdi. O isə xalqının iradəsinə müqavimət göstərməmişdi, hakimiyyəti özünə qalib gələn siyasi rəqibinə sakitcə təhvil verib, bir kənara çəkilmişdi.

Və beləcə qazandığı dərin rəğbətlə əfsanələşmişdi. “Saakaşvili əfsanəsi” yaranmışdı.

Son vaxtlara qədər isə onu postsovet ölkələrində örnək olaraq, göstərirdilər. Ancaq indi bu “əfsanə” yerlə-yeksan olmaq üzrədir. Hətta onun haqqında mövcud olan miflərin tamamilə dağıldığını da iddia etmək olar.

Təbii ki, bunun səbəbləri müxtəlif arqumentlərlə izah oluna bilər. Ancaq fikrimizcə, əsas səbəb onun avantürist xarakteri və “əfsanə”nin süni şəkildə yaradılmasıyla bağlıdır.

Belə ki, əgər, doğrusunu söyləmək lazımdırsa, Mixail Saakaşvilinin “Amerikanın uşağı” olduğunu vurğulamağa məcburuq. Çünki o, ABŞ-da təhsil almış və orada xüsusi yetişdirilmiş siyasətçi kateqoriyasına aiddir. Himayədarları onu hollandiyalı xanımla evləndirmişdilər və onlar evliliklərinin ilk bir neçə ilini ABŞ-da yaşayıblar.

Hakimiyyətdə olduğu dövrdə ölkəsi üçün göstərdiyi və hələ də böyük önəm daşıyan əvəzsiz xidmətlərlə yanaşı, elə ağlasığmaz addımlar da atdı ki, himayədarları ondan üz çevirmək məcburiyyətində qaldılar...

Sonra Gürcüstana köçüblər (göndəriliblər). Onların Gürcüstana təşrif buyurduqları dönəmdə prezident olan Eduard Şevardnadze M.Saakaşvilini ədliyyə naziri təyin edib.

Bir müddətdən sonra bu post M.Saakaşvilinin hakimiyyətə sahiblənməsi baxımından, yetərincə perspektivli hesab olunmayıb. Və himayədarları onun xalqla daha sıx təmas şansı qazanacağı posta sahiblənə bilməsinin qayğısına qalıblar. O dövrdə Rusiya ilə münasibətləri gərginləşməkdə olan prezident E.Şevardnadze ABŞ-dan dəstək almaq xatirinə könülsüz də olsa, M.Saakaşvilinin Tiflis meri postuna gətirilməsinə yardım edib.

Təbii ki, bu strateji post seçiminin nə qədər doğru olduğu qısa zamanda aydınlaşdı. Belə ki, bu postda xalqın rəğbətini və geniş dəstəyini qazana bilən M.Saakaşvili günlərin birində qoca prezidentin önünə bir qızılgül atmaqla inqilab etdi. Adına da “qızılgül inqilabı” dedilər.

Ancaq hakimiyyətdə olduğu dövrdə ölkəsi üçün göstərdiyi və hələ də böyük önəm daşıyan əvəzsiz xidmətlərlə yanaşı, elə ağlasığmaz addımlar da atdı ki, himayədarları ondan üz çevirmək məcburiyyətində qaldılar.

Çünki o, Rusiya ilə ölkəsinin münasibətlərini məqsədyönlü şəkildə maksimum həddə qədər gərginləşdirdi. Bununla da ABŞ və Qərbi Cənubi Qafqaz regionunda Rusiya ilə qarşıdurma vəziyyətinə sürüklədi.

Baş verənlərdən şoka düşən prezident M.Saakaşvili telekameralar qarşısında boynundakı qalstukunu ağzına soxacaq qədər çarəsiz duruma düşmüşdü...


Onun Pekin Olimpiadasının açılış mərasimi günü törətdiyi yumşaq desək, hərbi-siyasi skandal hətta himayədarlarının da səbrini tükətdi. Və üstəlik, öz ölkəsinə də ağır zərbə vurdu. Həmin gün V.Putinin başının Pekin Olimpiadasının açılış mərasiminə qarışdığını düşünən M.Saakaşvili separatçı Abxaziya və Cənubi Osetiya bölgələrində hərbi əməliyyatlara başlamaq əmri verdi.

Nəticədə ABŞ mütəxəssislərinin illərlə təlimlər keçib, hazırlaşdırdıqları və silahlandırdıqları Gürcüstan ordusu sıradan çıxarıldı. Çünki həmin vaxt V.Putin Pekində olsa da, Rusiya ordusuna müdaxilə əmri vermək imkanlarını itirməmişdi.

Yəni özünü hiyləgər hesab edən M.Saakaşvili müasir texnologiyanın imkanlarını nəzərə almağı unutmuşdu. Və qısa zamanda məğlub olan Gürcüstan ordusu paytaxt Tiflisin 60 kilometrliyinə gələn ruslara müqavimət potensialını itirmişdi. Nəticədə baş verənlərdən şoka düşən prezident M.Saakaşvili telekameralar qarşısında boynundakı qalstukunu ağzına soxacaq qədər çarəsiz duruma düşmüşdü.

Sonrası isə məlumdur. Qara dənizdən Gürcüstan sahillərinə yaxınlaşan NATO hərbi gəmilərinə Rusiya donanmasının güzəştə getməyəcəyi aydınlaşdığından ABŞ və Qərb iki seçim qarşısında qalmışdı. Ya Gürcüstanda baş verənlərə hərbi müdaxilə edərək, Rusiya ilə savaşa girəcəkdilər, bununla da 3-cü dünya müharibəsinin əsasını qoyacaqdılar, ya da geri çəkiləcəkdilər və Cənubi Qafqazda Rusiya qarşısında məğlub duruma düşmələri ilə barışacaqdılar.

ABŞ və Qərb ikinci variantı seçdi və M.Saakaşvilinin çiynindən əlini götürdü. Himayəsini itirən M.Saakaşvilisə, bundan sonra kimsəyə lazım olmayan “siyasi tullantı”ya çevrildi. Hakimiyyəti əlindən çıxdı, ölkəsində siyasətlə məşğul olmaq imkanlarını itirdi və Gürcüstanı tərk etməli oldu.

Mixail Saakaşvili kimi avantürist xarakterli bir siyasətçi sakit otura bilməzdi. O, mütləq haradasa peyda olmalıydı. Və bu dəfə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynada peyda oldu...


Ancaq M.Saakaşvili kimi avantürist xarakterli bir siyasətçi sakit otura bilməzdi. O, mütləq haradasa peyda olmalıydı. Və bu dəfə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynada peyda oldu.

Hansı yolla olduğu hələ də müəmmalı qalsa da, bu adam Poroşenko hakimiyyətindən Odessanın qubernatoru postunu qopara bildi. Və kriminal dünyaya bağlılığı ilə şöhrət qazanmış bu şəhərdə kifayət qədər müsbət sosial-iqtisadi və hüquqi dəyişikliklər etməyə nail oldu. Rəğbət qazandı.

Xarakterinin avantürist keyfiyyəti də məhz bundan sonra təkrarən ortaya çıxmağa başladı. Belə ki, bu kriminal şəhərdə qazandığı rəğbətə güvənərək, Ukraynanın siyasi elitasıyla tərs düşdü. Əvvəlcə nisbətən aşağılara ağıl öyrətməyə girişsə də, tezliklə nazirlərə də növbə çatdı. Ardıncasa, barmağını birbaşa prezident P.Poroşenkoya tuşladı.

Ola bilsin ki, Tiflis meri postunun hakimiyyətə gedən yolda həlledici siyasi tramplin olduğunu hələ unutmamışdı. Və eyni metodla Odessa qubernatoru postunu da siyasi tramplinə çevirə biləcəyinə inanmışdı.

Ancaq unutduğu önəmli bir məqam var idi. Ukrayna Gürcüstan olmadığı kimi, Odessa qubernatorluğu da Tiflis meriyası deyildi. Üstəlik, heç özü də ukraynalı deyil, gürcüdür. Və bir gürcünün Rusiyaya qafa tutan ukraynalılara lider ola biləcəyinə inanması, sadəcə, Gürcüstanın Rusiya ilə savaşda qalib gələ biləcəyinə əmin olan avantüristin xülyasını eynilə təkrarlaması anlamına gəlir.

Ukraynada qalmaq üçün hətta divara dırmaşır, dama çıxır, “Damda yaşayan Karlson” adlı cizgi filminin müasir personajını yaradır. Vaxtilə əfsanə olmuş siyasətçi öz keçmişinin üstündən xətt çəkib, “siyasi kloun” kimi davranır..

Əslində, bunun belə olduğu son olaylarda da təsdiqləndi. Əvvəlcə Mişanı postundan məhrum etdilər. Etiraz etdi, müqavimət göstərdi. Bu dəfə ölkədən deportasiya etdilər. O isə qapısından qovulduğu bu ölkənin pəncərəsindən geri qayıtmaq bacarığını göstərdi.

Hakimiyyətdən müxtəlif səbəblərdən narazı olan 3-5 min nəfərin iştirak etdiyi mitinqlər keçirtdi. İqtidarın tam tərkibdə istefasını tələb etdi. Kremlin Ukrayna paytaxtı üçün planlaşdırıb, reallaşdıra bilmədiyi bütün addımları atmağa çalışdı. Və nəticədə özü haqqında Qərbin bir kənara atdığı, Rusiyanın isə satın aldığı siyasi avantürist imicinin yaranmasına yol açdı.

İndi əksəriyyəti düşündürən bəzi suallar var. Ukraynaya heç bir milli-mənəvi aidiyyatı olmayan bu gürcünün məqsədi nədir? Yəni siyasətlə məşğul olmaq istəyirsə, nədən öz doğma ölkəsinə qayıdıb, xalqına fayda vermək istəmir?

Hələlik cavabsız suallardır və kifayət qədər müəmmalı məqamların olduğu qətiyyən şübhə doğurmur. Çünki bu adamı o ölkədə istəmirlər. O isə o ölkədə qalmaq üçün hətta divara dırmaşır, dama çıxır, “Damda yaşayan Karlson” adlı cizgi filminin müasir personajını yaradır. Vaxtilə əfsanə olmuş siyasətçi öz keçmişinin üstündən xətt çəkib, “siyasi kloun” kimi davranır.

Bütün bunlar tamamilə anlaşılmazdır. Çünki vaxtilə Gürcüstanda özü haqqında “siyasi əfsanə”lər yaratmış bir siyasətçi, indi “Dama çıxan Mişa” imici qazanmağa çan atır. Və onun belə qəribə “sərgüzəştlər”ə atılmasının nəsə bir səbəbi yəqin ki, mütləq olmalıdır. Əks halda, bu, özünü rəzil etməkdən başqa bir şeyə yaramaz./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ANS-in Əfsanəsi yeni iş tapdı - FOTO

    ANS-in Əfsanəsi yeni iş tapdı - FOTO ...

    12-10-2016, 22:20

  • 
  • İlham Əliyev: “Azərbaycan xalqı boş vədlərə yox, real işlərə səs verdi”

    İlham Əliyev: “Azərbaycan xalqı boş vədlərə yox, ...

    10-01-2014, 01:21

  • 
  • Hakimiyyətdən sallaşıb qopmaq istəməyən Cammehin üzərinə qoşun yeridilir...

    Hakimiyyətdən sallaşıb qopmaq istəməyən Cammehin ...

    19-01-2017, 15:29

  • 
  • Poroşenko bunu yuxusunda görəcək – Saakaşvili

    Poroşenko bunu yuxusunda görəcək – Saakaşvili ...

    28-07-2017, 13:13

  • 
  • General: "Namizədlər gördüyü işlərə diqqət etməlidir"

    General: "Namizədlər gördüyü işlərə diqqət ...

    21-08-2013, 00:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu