GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ziya Məmmədovun iqtidarla son bağı qırılır - təfərrüat

Ziya Məmmədovun iqtidarla son bağı qırılır - təfərrüat

Tarix: 21-12-2017, 15:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 531
Ziya Məmmədovun iqtidarla son bağı qırılır - təfərrüat


Bakı İnzibati-İqtisadi Məhkəməsinin bir qərarı niyə “hakimiyyət Məmmədovları bağışlayıb” iddialarına səbəb olub; sabiq nazirdən fərqli olaraq onun qudası Heydər Əsədov etibarı yox, etimadı itirib; prezidentin aqrar məsələlər üzrə köməkçisi kənd təsərrüfatındakı geriliyi tənqid etdi

Bu ilin fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov ətrafında proseslər son günlər yenidən fəallaşıb

Belə ki, üç gün əvvəl Ziya Məmmədovun ailə biznesi “Garant Holdinq”ə daxil olduğu deyilən “Delfin” MMC-nin “Bakı” futbol klubunun xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə məhkəmə iddiası təmin edilib. “Bakı” klubu “Baghlan Group”un sahibi, “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovundur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı hətta “Hakimiyyət Məmmədovları bağışlayıb” kimi iddialara səbəb olub.

Məlumdur ki, hələ Z.Məmmədov işdən çıxarılmazdan bir neçə ay əvvəl “Garant-Holdinq”in faktiki sahibi olan oğlu Anar Məmmədov Bakıdakı işlərini buraxaraq birdəfəlik Londona yerləşib. Onun artıq 1 ildən çoxdur ki, ölkəyə qayıtmadığı deyilir. A.Məmmədov ölkəni tərk etdikdən və atası işdən çıxarılandan sonra belə xəbərlər yayılmışdı ki, tezliklə “Garant-Holdinq”in başına Z.Məmmədov özü keçəcək və şirkətlər qrupu əvvəlki nüfuzunu bərpa edəcək. Amma bu xəbərlər gerçəkləşmədi və iddialara görə, “Garant-Holdinq”in Azadlıq prospektində yerləşən mərkəzi ofisinin qapısı A.Məmmədov ölkədən gedəndən qıfıllanıb. Üstəlik, holdinqə daxil olan şirkətlərin bir-birinin ardınca bağlandığı və ya “əl qoyulduğu” barədə də xəbərlər var.

“Yeni Müsavat”ın məlumatına görə, “Məmmədovların bağışlanması” xəbərlərinə səbəb olan məlum “Delfin” MMC-də artıq onlara bağlı deyil. Mənbənin iddiasına görə, hələ Anar Məmmədov ölkəni tərk etmək ərəfəsində olanda Bakı-Sumqayıt yolunun kənarındakı məşhur “Delfin” hotel ondan alınıb. Məhkəmə qərarını əldə edə bilmədiyimiz üçün iddiaçının kimliyi barədə dəqiq bilgimiz yoxdur, amma keçmiş şərikləri və onlara xeyli qəzəbli olan Hafiz Məmmədovun məlum qərardan sonra susqunluğu (“Bakı” klubu qərardan apelyasiya şikayəti verib) mənbənin məlumatını təsdiqi kimi izah edilə bilər. Yəni Məmmədovların bağışlanılmasından söhbət belə gedə bilməz.

Bu iddiaları doğrulayan başqa bir xəbər də var. Söhbət Məmmədovların iqtidarla “son bağı” hesab olunan Anar Məmmədovun qayınatası Heydər Əsədovdan gedir. Doğrudur, onun vəzifədən gedəcəyi ilə bağlı xəbərlər Z.Məmədovun istefaya göndərilməsindən əvvəl də vardı. Amma məlumdur ki, “MTN işi” qalmaqallı ortaya çıxanda Eldar Mahmudovun qohum-əqrəbası dərhal işdən uzaqlaşdırılmadı, müəyyən müddət sonra kreslolarını itirdilər. Sabiq MTN şefinin ən yaxın qohumu və köməkçisi Vüqar Mahmudov isə bu yaxınlarda həbs edildi.

Sirr deyil ki, H.Əsədovun 2013-cü il prezident seçkisindən sonra nazir kürsüsünə gətirilməsində (buna qədər o, Hesablama Palatasının sədri olub-red.) Z.Məmmədovun da rolu olub. Amma Z.Məmmədov hakimiyyət üçün ən vacib olan keyfiyyəti - etibarı itirdiyi üçün vəzifəsini də itirdi. H.Əsədov isə ambisiyasız və Məmmədovlardan məsafəli davranmasına baxmayaraq, daha bir vacib məsələdə iqtidara yararlı ola bilməyib. O, kənd təsərrüfatı sahəsinə 4 ildir rəhbərlik etsə də, ortaya heç bir ciddi iş qoymayıb. Neft pullarının ölkəyə axdığı bir vaxtda kənd təsərrüfatında inqilabi irəliləyişlər arxa plana keçə bilərdi, amma indi ölkə iqtidarının ən prioritet və ciddi diqqət yetirdiyi sahə məhz kənd təsərrüfatıdır. Bu sahədə isə arzuedilən nəticə yoxdur. Yəni H.Əsədovun istefasını zəruri edən indilikdə onun Məmmədovlarla bağlılığı deyil, bu sahədə nazir kimi uğur əldə edə bilməməsidir. Təsadüfi deyil ki, prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov kənd təsərrüfatı ilə bağlı tənqidi fikirlər söyləyib.

“APA-Economics” xəbər verir ki, A.Əmiraslanov deyib ki, ölkənin ərzaq təhlükəsizliyi məhz kənd təsərrüfatının inkişafından asılıdır: “Ərzaq təhlükəsizliyi az qala milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik səviyyəsində olan bir məsələdir. Nəzərə almalıyıq ki, əhalimizin yarısı kəndlərdə yaşayır. Bu isə həm də o deməkdir ki, kənd təsərrüfatı sosial sabitliyin, kəndlərdə həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtidir”. O deyib ki, digər sahələrlə müqayisədə kənd təsərrüfatının təsir effekti 4 dəfə güclüdür. “Beləliklə, kənd təsərrüfatı həm də sosial missiyanı yerinə yetirir. Bu gün kənd təsərrüfatında bizim çox böyük ehtiyatlarımız var” deyə, A.Əmiraslanov vurğulayıb.

Prezidentin köməkçisi açıq şəkildə bildirib ki, kənd təsərrüfatı digər sahələrdən geri qalır: “Əgər biz müqayisə aparsaq, kənd təsərrüfatı digər sahələrlə müqayisədə sahələrarası rəqabətdə uduzur. Burada gəlirlilik səviyyəsi xeyli aşağı olduğundan dövlət davamlı olaraq öz dəstəyini verir. Biz kənd təsərrüfatı sahəsini inkişaf etdirməklə yanaşı, sözsüz ki, düzgün, əsaslandırılmış prinsipləri əldə rəhbər tutmalıyıq. Hesab edirik ki, yeni yaradılmış qurumlar öz fəaliyyətini bu prinsiplər əsasında quracaqlar. Bu prinsiplər bizi uğura aparan əsas amildir” deyə, o bildirib.

Xəbərlər var ki, ilin əvvəlində hakim komandada ciddi dəyişikliklər gözlənilir. Kadr dəyişikliyinin isə iqtisadi nazirlik və komitələrdə başlayacağı gözlənilir ki, bu seferada 2 nazirin postunu itirəcəyi deyilir. Məmmədovların “geriləyən saatı” və nazir-qudanın hakimiyyətin etimadını doğrultmaması göz qarşısındadır./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... - Atası ilə əlaqədar problemlərlə bağlı...

    Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... ...

    28-09-2015, 12:50

  • 
  • Ziya Məmmədova qarşı 20 məhkəmə hökmü

    Ziya Məmmədova qarşı 20 məhkəmə hökmü ...

    13-05-2014, 10:35

  • 
  • Əliyev Ziya Məmmədova olan etimadını itirib

    Əliyev Ziya Məmmədova olan etimadını itirib ...

    6-11-2015, 14:30

  • 
  • Ziya Məmmədovun xaricdəki biznesi necə çökdürülür

    Ziya Məmmədovun xaricdəki biznesi necə çökdürülür ...

    13-04-2014, 13:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu