GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ziya Məmmədovun xaricdəki biznesi necə çökdürülür

Ziya Məmmədovun xaricdəki biznesi necə çökdürülür

Tarix: 13-04-2014, 13:00 Bölmə :Manşet Baxış: 1 702
Ziya Məmmədovun xaricdəki biznesi necə çökdürülür
Hakimiyyət daxilində mühüm gərginlik

Son zamanlar ətrafından qaranlıq dumanlar əskilməyən nəqliyyat naziri Ziya Məmmədovun ən böyük iş ortağı olan Hafiz Məmmədovun da biznes fəaliyyəti “laxlayıb”. İspaniyanın “Atletiko Madrid” klubunun formasında Azərbaycan odunu yandıran şirkətin yolunda qırmızı işıq yandırılıb. Belə ki, nüfuzlu beynəlxalq reytinq şirkətləri “Baghlan” qrupunun reytinqini aşağı salıblar. Standart&Poor s və “Fitch Ratings” agentlikləri Hafiz Məmmədovun şirkətlər qrupunun defolt həddində olduğunu açıqlayıblar. Məlumatda bildirilir ki, “Baghlan” qrup 150 milyonluq kredit çərçivəsində növbəti ödənişi həyata keçirməyib. “Fitch Ratings” şirkətin ötən ilin dekabrında planlaşdırılan, lakin həyata keçirilməyən təmin edilmiş istiqrazların gözlənilən B-(EXP) emissiya reytinqini geri çağırıb. Buna görə də reytinq şirkəti artıq mövcud emitentə-“Baghlan” qrupa reytinq vermir və onunla bağlı təhlil aparmır. “Baghlan”ın reytinqinin aşağı salınması borc öhdəlikləri üzrə ödənişlərin həyata keçirilməməsinin nəticəsidir. Agentlik qeyd edir ki, “Baghlan” Qrupu 2013-cü il dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirməyib. 2014-cü il martın 7-də isə 8 milyon dollar həcmində kiçik bir ödəniş olunub. Odur ki, reytinq şirkətləri “Baghlan”ın iqtisadi fəaliyyəti haqqında kifayət qədər məlumat əldə edə bilmədiklərindən onun uzunmüddətli kredit reytinqini B (sabit) dərəcəsindən RD (məhdud defolt) həddinə endiriblər.
“Baghlan” beynəlxalq kredit reytinqinə düşən ilk Azərbaycan şirkəti olduğunu iddia etsə də onun bu kateqoriyada mövqelərini qoruması elə də uzun çəkmədi. Hafiz Məmmədovun “Baghlan”ı beynəlxalq səviyyədə nüfuzunu itirdi. Təkcə ölkədə deyil, Avropada da məhşur olan Hafiz Məmmədovun şirkətlərinin defolt həddində olması onun vəziyyətinin heç də yaxşı olmadığını göstərir. Ümumiyyətlə, geniş anlamda defolt terminindən istənilən növ borc öhdəliklərindən imtina hallarında istifadə edilir. Bu termin həm də bankrotluq anlamının sinonimi kimi də işlədilir. Nüfuzlu beynəlxalq reytinq şirkətlərinin “Baghlan”ı bu kateqoriyaya aid etməsi Məmmədov ortaqlarının (Ziya-Hafiz) iqtisadi durumunun gərginliyindən xəbər verir. 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Hafiz Məmmədov tərəfindən yaradılmış “Baghlan” Azərbaycanın ən böyük məmur-oliqarxlarından olan Ziya Məmmədovun ən yaxın partnyorudur. Hər iki şəxsi uzun illərin iş ortaqlığı birləşdirir. Hər iki ailə arasında çox sıx işgüzar əlaqələr var və Ziya Məmmədov bir çox biznes layihələrini məhz Hafkanın şirkətləri vasitəsilə həyata keçirib. Ziya Məmmədovun təşəbbüsü ilə “Baghlan” Qrup dövlət tərəfindən həyata keçirilən bir çox iri və bahalı layihələrin icrasına cəlb olunub. Bakı Beynəlxalq Avtovağzalının tikintisi zamanı nəqliyyat naziri ilə Hafiz Məmmədov müştərək fəaliyyət göstəriblər. Avtovağzalın tikintisi “Baghlan Group”-a daxil olan Arcon MMC və Ziya Məmmədovun oğlunun rəhbərlik etdiyi ZQAN Holdinq tərəfindən həyata keçirilib.
Bakının küçələrində şütüyən London taksiləri də biznes ortaqların birgə layihəsinin məhsuludur. Bakıda mövcud olan taksi biznesinin böyük hissəsi-təqribən 85 faizi “Baghlan”-a məxsusdur. “Baghlan Group”-a daxil olan Bakı Taxi MMc-nin parkında ən azı 1000 London taksisi var. Ümumilikdə isə qrup paytaxtın sərnişin daşıma bazarında 20 faiz payı olan avtobus şirkətinə də malikdir. Hər biri 28 min dollara alınan bu taksilərin alınması üçün heç bir tender təşkil olunmadığı üçün onların alınması məhz Ziya Məmmədovun biznes tərəfdaşına “həvalə olunub”. “Baghlan Group”-a daxil olan Transgate şirkəti Bakıda xəttə çıxan 2400 sərnişin avtobusunun 500-nə sahibdir. Təkcə avtobus sərnişin daşımasından şirkətin illik gəliri 22 milyon manatdan çoxdur. Taksi biznesindən əldə olunan gəlirin illik məbləği isə 10 milyon manatı üstələyir. “Baghlan Group” dəmir yolu daşınmalarında da xüsusi çəkiyə malikdir.
Nəqliyyat Nazirliyinin çəkdiyi magistral yollarda da “Baghlan”ın izləri yetərincədir. 2008-ci ildən indiyə qədər ayrılmış 1 milyard manat dəyətindəki yol layihələrində də Nəqliyyat Nazirinin ortağının öz payı var. Təbii ki, biznes sahəsində yolları bir olan ortaqlar gəlirli yol çəkilməsi sahəsində də işbirliyini unuda bilməzdilər. Məmmədovları birləşdirən sahələr içərisində tikinti sektoru və idmanın da xüsusi yeri var. Belə ki, Hafiz Məmmədovun prezidenti olduğu Bakı
Futbol Klubunun fəxri sədri Anar Məmmədovdur. Klubun rəsmi sponsorları isə Baghlan, Bank of Azerbaijan və ZQAN Holdiqdir.
Göründüyü kimi, nəqliyyat naziri səlahiyyətlərindən istifadə edərək öz biznes ortağını demək olar ki, nəzarətində olan bütün sahələrdə yetərincə “dəyərləndirib”. Nazirliyin bütün bahalı layihələrində Hafiz Məmmədovun adı yer alır. Hər iki biznes tərəfdaş Azərbaycanın nəqliyyat sektorunu aralarında bölüşməyi bacarıblar. Lakin son zamanlar ölkədə başlanan anti-nurçu kompaniyası çərçivəsində Ziya Məmmədovun işləri heç də yaxşı getmir. Məlum olub ki, nazirlik sistemində kifayət qədər Hizmət hərəkatının nümayəndəsi toplanıb. Həmçinin nazirin oğlunun adı Gülən tərəfdarlarının əsas maliyyə qaynaqlarından biri kimi çəkilir. Bəzi məlumatlarda Ərdoğanın hakimiyyətə təqdim etdiyi “nurçu dosyesində” Ziya Məmmədovun da adının yer aldığı bildirilir. Belə çətin məqamda onun əsas biznes tərəfdaşının adının beynəlxalq qalmaqalda hallanması nazirə növbəti zərbə sayıla bilər. Görünən odur ki, Ziya Məmmədovun ətrafında çevrə getdikcə daralır. Nəqliyyat nazirinin biznes imperiyasının çökdürülməsi istiqamətində işlər sürətləndirilib. Yəqin ki, bu onun vəzifə kürsüsündə də sonunu gətirən əsas səbəb olacaq.
NICAT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovla “Hafka”nın ortaq şirkəti batır

    Ziya Məmmədovla “Hafka”nın ortaq şirkəti batır ...

    5-04-2014, 13:38

  • 
  • “Hafka”nın şirkəti iflasa uğradı

    “Hafka”nın şirkəti iflasa uğradı ...

    10-04-2014, 10:18

  • 
  • Beynəlxalq reytinq agentliyindən Ziya Məmmədovun biznesinə şok zərbə

    Beynəlxalq reytinq agentliyindən Ziya Məmmədovun ...

    5-12-2013, 14:10

  • 
  • “Hafka”nın şirkəti beynəlxalq reytinqdən çıxarıldı

    “Hafka”nın şirkəti beynəlxalq reytinqdən çıxarıldı ...

    6-04-2014, 13:50

  • 
  • Hafiz Məmmədovun yeni biabırçı videosu yayıldı - (Video)

    Hafiz Məmmədovun yeni biabırçı videosu yayıldı - ...

    26-11-2013, 23:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu