GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Medianın monopolist İMPERATORU kimdir?

Medianın monopolist İMPERATORU kimdir?

Tarix: 27-12-2017, 17:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 273
Medianın monopolist İMPERATORU kimdir?


Prezident köməkçisinin nəzarət mexanizmi

Son günlər bir neçə nazirin görəvindən götürülməsi cəmiyyət tərəfindən maraqla qarşılandı. İllər boyu nazir postunu tutmuş nazirlərin görəvdən alınması idarəetmədə yeni nəfəslərin açılmasına imkan tanımaqdadır. O səbəbdən ki, illərlə nazir kürsüsünü özəlləşdirən bu şəxslər həm də ölkədə manapoliyanın kralları kimi tanınıblar. Manapoliya olan yerdə isə inkişafdan, çağdaşlıqdan danışmaq mümkünsüzdür. Buna görə zaman-zaman ölkədə iqtisadi sobotajlar baş verir, süni qiymət artımı halları təkrarlanır və prezident İlham Əliyevin kəskin müdaxiləsindən sonra müvəqqəti olsada hadisələr səngiyir. İndi isə zaman yetişib. Prezident İlham Əliyev islahatlarla ayaqlaşa bilməyən, monopoliya yaradan nazir və məmurlara qarşı radikal addımlar atmaqda, xalqında dəstəklədiyi kadr islahatlarını həyata keçirtməyə başlayıb.

İdeolojisi boş olan monopoliya

Medianın monopolist İMPERATORU kimdir?


İqtisadi sferada monopolistlərin mövcudluğu faktdır və buna qarşı kəskin addımlar atılır. İndilikdə isə başqa bir monopoliyanın şahidi olmaqdayıq. Yetər ki, hadisələrin inkişafına kənardan baxaq. Kənardan müşahidə olunan ilk faktor ölkə ideologiyasının təbliği üçün lazım olan rıçaqların bir əldə cəmlənməsidir. Bu yumurta monopoliyasından daha təhlükəli və dəhşətlidir. Bunun anlamına diqqət ayıraq. Təsəvvür edin, günlərin biri Azərbaycan mediası bir anın içində xalqı üsyana çağırır. Fərq etməz bu iqtidar ya müxalifət mediasında baş verəcək. O səbəbdən ki, hər iki media orqanları bir mərkəzdə cəmləşib və hər birinə tapşırıq eyni mərkəzdən gəlir. Xatırladaq ki, Türkiyədə uzun illər bu mərkəzləşmə FETO qruplaşmasının əlində idi və istənilən an Rəcəb tayyib Ərdoğana təsir etmə iqtidarında idilər. Azərbaycanda da artıq medianın monopoliyaya alındığının şahidi oluruq.

Əli Həsənov gücü

Rəsmi və ya qeyri-rəsmi bu gün mətbuata tamlıqla nəzarət Prezidentin köməkçisi Əli Həsənovun ixtiyarındadır. İxtiyar sahibi olan yerdə bəs monopoliyanı kim yarada bilər?. Yəqin ki, ixtiyar sahibinin özü. ABŞ dövlət qruluşunun formalaşması zamanı dövlət qrucularını tək bu məsələ maraqlandırırdı. Yeni sistem elə olmalıdır ki, bütün ixtiyarlar bir mərkəzdə cəmləşməsin. Azərbaycan konstitusiyasına görə Azərbaycanda da bu şərtlər qorunur. Amma reallıqda nüfuz, təsir imkanları çox olan ixtiyar sahibləri mərkəzləşməyə həvəsli olur və nəticədə əvəzolunmaz şəxsiyyət sindromu ilə monopolis gücə çevrilirlər. MTN-in eks-şefi Eldar Mahmudov, eks baş vergi yığan Fazil Məmmədov bu sindroma yoluxdular və nəticə aydındır. Onda belə məntiq çıxır ki, hər zaman ehtiyatlı və düşünülmüş addım atan Əli Həsənov monopolist sisteminə keçid edib? . Buna inanmaq olmaz. Bəs faktlar?

Yazılı mediada “Kaspi” gücü

Medianın monopolist İMPERATORU kimdir?


Bu gün dövlətin, bilavasitə prezidentin tapşırığı ilə yazılı mediaya milyonlarla vəsait ayrılır. Vəsaitə nəzarət KİVDF-də olsada ümumi nəzarət Əli Həsənovdadır. Media qrumlarına vəsait ayrılanda da aydın olur ki, bu imkanlardan daha çox prezident köməkçisinə yaxın qəzetlər bəhrələnir. Çox təssüf ki, hər il milyonlarla manat alan bu qəzetlərin isə cəmiyyətə təsir imkanları sıfırdır. Bunların sırasında KİVDF-nin şefi Vüqar Səfərova məxsus “Mövqe” qəzetini, Sona Əliyevanın rəhbərlik etdiyi “Kaspi” imperiyasını misal çəkmək olar. Hazırda aparılan statistik araşdırmalar göstərir ki, bu tip qəzetlərin böyük əksəriyyəti yuxarıların tapşırığından sonra abunə etdirilir və məqsəd mərkəzləşməni təmin etməkdir. Bunlar öz yerində, ancaq bir məqama toxunmaq vacibdir. Əli Həsənov media sektoruna nəzarət edirsə hansı prinsiplə ona yaxın olan, qohumluq ilişgiləri olan şəxslərə bu sahədə xüsusi mövqe yaradır və bu hansı anlama gəlir?. Mo-no-po-li-ya...

Monopoliyada FETO oxşarlığı

Medianın monopolist İMPERATORU kimdir?


Əli Həsənov o məmurlardandır ki, sadə, böyük imkanları olmayan , halal zəhmət haqqı ilə siyasi meydana atılmışdır. Onun uzun illər halallıq prinsipinə sadiq qaldığıda gün kimi aydındır. Bu gün isə başqa fərqli bir mənzərə gündəmə gəlir və ya gündəmə gətiririk. Əli Həsənov “oliqarx”, “monopolist” sözlərini həzm edə bilirmi? . Nədənsə bu məqamda FETO sisteminə baş vurmağı tövsiyyə edərdim. Fətullah Gülən ümumilikdə Türkiyə gündəmini nəzarətə götürmək üçün media və təhsil sektoruna əl qoydu. Qısa zaman aralığında yüzlərlə yazılı, onlarla TV meydana çıxdı. Bir anın içində Fətullah “hoca”nın barmağının işarətiylə media qrumları gah Amerikasevər, gah Avropasevər, gah yəhüdisevər olmağı bacarırdı. Bundan ziyan çəkən isə Türkiyə cümhuriyyəti olurdu. İki ildən çoxdur ki, yaranmış bu şəbəkəni, monopoliyanı dağıtmaq üçün Rəcəb Tayyib Ərdoğan bütün imkanları ilə çabalayır. Hələ də xərçəng xəstəliyinin qarşısını almaq mümkün deyil. Sabah Azərbaycan belə bir monopoliya ilə üz-üzə qalanda dövlətimizə neçə sənələr gərək olacaq ki, xərçəng xəstəliyinin müalicəsini həll edə bilsin?

Yazıya pozu, efirə ...

Medianın monopolist İMPERATORU kimdir?


Mediaya nəzarət etməli olan Əli Həsənov TV sahəsində həm də bir peşəkar mütəxəssis, menicment kimi tanınmağa başladı. Daha doğrusu gənc və bəlkə də kifayət qədər istedadlı oğlu Şamxal Həsənli TV sektorunda qocaman divlərin kürəyini yerə “vurmaq”dadır. Digər televiziyalardan fərqli olaraq bütün qapılar üzünə açıq olan “Xəzər” TV reklam bazarının sahibinə çevrilməkdədir. Ona görə ki, bu kanalda məcazi mənada desək kəsilən başa söz deyən tapılmaz. Xatırlayırsınızsa Xoşqədəm Hidayətqızı ATV-dən biabırcasına uzaqlaşdırıldı. Az qala aparıcı vətən xaini elan edildi. Daha sonra o ANS TV-yə dəvət edildi. Amma lazımi embarqolar yenə hiss olundu. Öz profilindən kənarlaşdırılan aparıcı unudulmağa başlandı. Günlərin biri isə heç nə olmamış kimi Xoşqədəm Hidayətqızı vətən xainliyi ittihamından qurtuldu və mediaya nəzarət edən Əli Həsənovun oğlunun rəhbərlik etdiyi “Xəzər” tv-də ulduza çevrildi. Belə anlaşıldı ki, aparıcı “Xəzər”dən kənarda çalışarsa bu vətənə xəyanətdən başqa bir şey deyil.

Yaşasın yalnız bir ocaq...

Bu günlərdə isə daha maraqlı bir fakt ortaya çıxdı. Prezident köməkçisinin oğlu Şamxal Həsənli yeni likə “imza” atır. Peyk vasitəsi ilə “ Dalğa” TV-nin yayımına başlayır və kanalın məqsədi xarici serialları azərbaycan dilinə tərcümə edərək yaymaqdır. Halbu ki, atası bir neçə il qabaq bəyan etdi ki, prezidentin tapşırığı ilə yerli kanallarda xarici serialların yayımına qadağa qoyulur. Məqsəd yerli serialların inkişafıdır. Atanın verdiyi açıqlamanın tam əksini isə bu gün oğul həyata keçirir. Mövzu ilə bağlı ötən sayımızda dərc etdiyimiz dosyedən qısa xatırlama edək. “Gündəm Xəbər” yazır:” Prezidentin köməkçisi Əli Həsənovun oğluna məxsus” Xəzər Media Center”in tərkibində fəaliyyətə başlayacaq Dalğa TV-nin proqramlar departamentinin rəhbəri Kənan Bayramov məlumat verir:“Dalğa TV dünya bestsellerlərini Azərbaycana gətirir. Telekanalda Azərbaycan dilinə tərcümə olunmuş lisenziyalı məhsullar nümayiş olunacaq.
Kanal, peyk, kabel və digər platformalar üzərindən yayımlanacaq. Hazırda test prosesindədir və dekabr ayından tam yayıma keçid edəcəyik”. K.Bayramov Dalğa TV-də yayımlanacaq film və seriallardan da söz açıb:“Azərbaycanda yetəri qədər sevilən, lakin heç vaxt nümayiş olunmayan serialları nümayiş etdirəcəyik. Bunlar Braziliya, Meksika, Hindistan, Kolumbiya, Amerika və Türkiyə istehsalıdır.
Serial və filmlərin ana dilimizə dublyaj olunmasına səbəb odur ki, biz bir başa şirkətlə danışıb filmlərin yayımı üçün icazə alırıq. Yəni, internet versiya yayımlamaq fikrimiz yoxdur.
Filmin başqa dildə efirə verilməsi qeyri-qanuni sayılacaq. Əgər kino və ya serial rus dilində yayımlansa, deməli, Rusiya bazarına girmiş oluruq. Biz piratçılıq yolu ilə film izlətmək istəmirik”.”Xatırladaq ki, kanalın kabel televiziyaları ilə ölkə daxilində yayımı təşkil olunacaq və beləliklə digər yerli kanallarla rəqabətə girərək onları dizi üstə otuzduracaq. O nədən ki, seriallara maraq böyükdür və reklam bazarı sıfırdan ona qədər “Xəzər”in nəzarətində olacaq. Bu gedişlə günlərin biri AzTV-nin də “Xəzər”in filialı olacağına şübhə etməyə dəyməyəcək.

Qanunlar və Şamxal Həsənlinin ssenarisi

Bir müddət öncə bəyan edildi ki, yerli kanallar əcnəbi sinemaların nümayiş etdirə bilməzlər. Amma Şamxal Həsənli yeni kanal açdı və əcnəbi sinemaların nümayişinə start verdi, hazırda bu filmlərin reklamı bu kanalda gedir. Əksəriyyət bildirdi ki, bu prezidentin tapşırığına ziddir. Amma Şamxal Həsənli hesab edir ki, peyk vasitəsi ilə yayım olduğundan qaydalar pozulmur. Belə olan halda qurulmuş kombinasiyanı açmaq üçün bir detala baxış edək.

- “DALĞA” TV HARADA QEYDİYYATDAN KEÇİB?
- AZƏRBAYCANDA
- DEMƏLİ AZƏRBAYCAN QAYDALARINA UYĞUN OLARAQ YERLİ KANALLAR KİMİ ŞƏRTLƏRİ QƏBUL ETMƏLİDİR. İSTƏR PEYK VASİTƏSİYLƏ YAYIMLANSIN, İSTƏR ADİ QAYDADA. BƏS ONDA NƏDƏN BU ŞƏRTƏ ƏMƏL EDİLMİR?...

-Başqa maraqlı bir nüans yerli kanallar peyk vasitəsi ilə yayımlanır. Sabah bu kanallarda xarici serialların nümayişinə başlasalar və nümayiş zamanı serialların yalnız peyk vasitəsi ilə yayımını təşkil etsələr buna icazə veriləcəkmi? Cavab yəqin ki “yox” olacaq...
Sonuncu arqument, peyk vasitəsi ilə yayımlanacaq “Dalğa” TV kabel televiziyaları üzərindən ölkədaxilində də yayıma başlayandan sonra yerli kanalların taleyi necə olacaq. Cavab aşağıdadır:
əşhədu ən la ilahə illəlah
əşhədu ənnə Muhəmmədən Rəsullulah
əşhədu ənnə əmirlə mu-mininə əliyyən Vəliyyullah.
Allah rəhmət eləsin ölülər...

P.S. Gələn sayımızda yazılı mediadakı ağılasığmaz gedişlərlə tanış olacaqsınız

Cəfər
gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir süni qiymət artımı ilə bağlı tapşırıq verdi

    Nazir süni qiymət artımı ilə bağlı tapşırıq verdi ...

    7-01-2014, 18:22

  • 
  • Daha bir neçə general vəzifəsindən kənarlaşdırılacaq

    Daha bir neçə general vəzifəsindən ...

    5-06-2017, 16:38

  • 
  • İlham Əliyev radikal islahatlara başlayır - 3 nazir vurulur

    İlham Əliyev radikal islahatlara başlayır - 3 ...

    28-06-2016, 16:11

  • 
  • Prezident İlham Əliyev və baş nazir Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

    Prezident İlham Əliyev və baş nazir Viktor Orban ...

    6-03-2016, 16:37

  • 
  • Prezident İlham Əliyev Monteneqronun baş nazirini qəbul edib

    Prezident İlham Əliyev Monteneqronun baş nazirini ...

    27-10-2015, 15:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (178)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu