GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fazil Məmmədovun villasında yanğın - qəsd, yoxsa... - Eksklüziv foto+video

Fazil Məmmədovun villasında yanğın - qəsd, yoxsa... - Eksklüziv foto+video

Tarix: 28-12-2017, 12:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 573
Fazil Məmmədovun villasında yanğın - qəsd, yoxsa... - Eksklüziv foto+video


İşdən qovulan nazirlə bağlı alovlu xəbər; Sabiq nazirin imarətini bir anda alov bürüdü; sauna kompleksi kül oldu

Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından sonra onun çevrəsində çaxnaşma düşdüyü, böyük biznes imperiyasının dağılmaq ərəfəsində olduğu, dövlətdən oğurladığı pulları geri qaytarması tələb olunduğu bir vaxtda sabiq nazirin dəbdəbəli, son dərəcə təmtəraqlı imarətlərindən birində dəhşətli yanğın baş verib. Olay Göygöl rayonunun Üçtəpə qəsəbəsində baş verib. “Yeni Müsavat”ın əməkdaşları sabiq nazirin imarətində yanğın xəbərini Göygöldə reportaj hazırlayarkən alıblar və hadisə yerinə yollanıblar.

Üçtəpənin girişinə yaxın hissədə böyük bir həyət var. Qazonla örtülmüş, müxtəlif dekorativ ağaclar, üzüm bağı salınmış həyətdə 2 qoşa imarət göz oxşayır. Göygöl rayonunun bu kəndinin sakinlərinin əksəriyyəti Rusiyada ticarətlə məşğul olduqlarından yerli sakinlərin maddi imkanları haqda əfsanələr dolaşır. Amma imkanlı kənd sakinlərinin dəbdəbəli evləri Fazil Məmmədova, onun müavini və qudası olan Namiq Əliyevə məxsus imarətlərlə bəhsə girə bilməzlər. Ərazisinin nəhəngliyi baxımından da üçtəpəlilərin həyət-bacaları qudaların malikanələrinin sahəsi ilə müqayisəyə gəlməz. Zarafat deyil, Fazil Məmmədov 17 il vergilər naziri postunu tutub, qudasının da vergi orqanlarında iş stajı Rusiyanın çöllərinə pul qazanmaq üçün yollanan üçtəpəlilərin alver etdiyi illəri üstələyir. Nə olsun ki, onlar bizneslə, Fazil Məmmədov məmur olaraq pul qazanıb?

Üçtəpədə vaxtilə Zaqafqaziya Hərbi Dairəsinin yerləşmiş olduğu hərbi hissənin ərazisində inşa edilən 2 yanaşı və son dərəcə dəbdəbəsi ilə seçilən qoşa imarətdən çıxan tüstü Bakı-Şəmkir yolundan da görünürdü. Sanki iri bir ot tayası yanırdı. Sabiq nazirin mülkünə çatanda orada Göygöl Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları işləyirdi. Ərazidə 10-a yaxın yanğınsöndürən maşın alovun qarşısını almağa çalırdı. Kənd sakinləri də yanğınsöndürənlərə kömək edirdi. Yanğın 2 qoşa imarətin həyətində yerləşən, ucu-bucağı olmayan sauna kompleksində meydana gəlmişdi. Yanğınsöndürənlərin səyləri, onlara qarışan kənd camaatının və imarətlərin mühafizəçilərinin dəstəyi də alovu ram etməyə, qarşısını almağa yetmirdi. Ərşə qalxan alov “dillərinin” üzərinə yanğınsöndürən maşınlarının çənlərindən böyük təzyiqlə vurulan su şırnağı dəryaya düşən damla kimi görünürdü. Alovla 3-4 saatlıq mücadiləyə bütün kənd tamaşa edir, imarətlərin qarşısındakı yol insanlara qarışan maşınların sıxlığı ilə yarıkeçilməz vəziyyətə düşmüşdü. Hər kəs vəzifəsindən alınan Fazil Məmmədovun imarətində yanğının səbəbini soruşurdu.

O tərəf-bu tərəfə qaçan yanğınsöndürənlər qaç-qovda çiyinlərini çəkməklə işlərini davam edirdilər. Sauna kompleksi isə Binəqədidə 2015-ci ildə yanan çoxmərtəbəli bina kimi qəfil alışmışdı, söndürmək, qarşısını almaq olmurdu. Belə təəssürat yaranırdı ki, alovu ram etmək mümkün olmayacaq. 10-a yaxın yanğınsöndürən maşının çənləri boşaldı, amma Fazil Məmmədovla onun qudası Namiq Əliyevə məxsus olduğu deyilən qoşa imarətin sauna kompleksini yanaraq məhv olmaqdan xilas etmək mümkün olmadı. Yanğınsöndürənlər Gəncə çayının sahilində yerləşən, arx və kanallarla əhatələnən sabiq nazirin imarətindəki yanğını söndürməyə su da tapmırdılar. Kanala, çaya nasos qurğuları qoyub kompleksdəki yanğını aradan qadırmağa çalışsalar da, kompleksdə alovun qarşısını almaq mümkün olmadı, obyekt külə döndü. Sabiq nazirin milyonlar xərcləməklə inşa etdirdiyi sauna kompleksi bir neçə saatın içində məhv oldu, xərclənən milyonlar alovdan şahə qalxan tüstü dümanının içində itib-batdı.

Kənd sakinləri kimi bizi də düşündürən suallar isə ortadadır. Fazil Məmmədovun vəzifədə olduğu illərdə onun çoxsaylı mal-mülklərindən hansındasa yanğın baş verməsini eşidən olmayıb. Bu il dekabrın 5-də 17 illik postunu itirəndən cəmi 20 gün sonra onun və qudasının, hansının ki, adı ölkədən çıxarılan 4.5 milyardlıq “qara pul” söhbətinə qarışıb, imarətlərində yanğın olur. Və bu yanğının hansısa qısaqapanmadan baş verməsi müəmmalı görünür. Hər halda, iri bir sauna kompleksi inşa etdirən nazir, onun müavini yanğın təhlükəsizliyi sistemlərinin orada quraşdırılmasına pul əsirgəməzdilər. Deməli, ortada yanğına səbəb ola biləcək əsas versiya qəsdən yandırılma da ola bilər./musavat.com



Fazil Məmmədovun villasında yanğın - qəsd, yoxsa... - Eksklüziv foto+video
Fazil Məmmədovun villasında yanğın - qəsd, yoxsa... - Eksklüziv foto+video
Fazil Məmmədovun villasında yanğın - qəsd, yoxsa... - Eksklüziv foto+video
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq vergi nazirinin işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası

    Sabiq vergi nazirinin işdən çıxarılması ilə bağlı ...

    12-12-2017, 12:15

  • 
  • Nazirin "Akula" ləqəbli adamı xarıcə qaçdı

    Nazirin "Akula" ləqəbli adamı xarıcə ...

    2-11-2015, 15:38

  • 
  • Fazil Məmmədovun çevrəsində çaxnaşma - ölkədən çıxardığı pullar sabiq nazirdən geri istənilir

    Fazil Məmmədovun çevrəsində çaxnaşma - ölkədən ...

    26-12-2017, 13:17

  • 
  • Fazil Məmmədov üçün həyəcan siqnalı çalındı

    Fazil Məmmədov üçün həyəcan siqnalı çalındı ...

    8-12-2017, 13:50

  • 
  • Şəki mərkəzi bazarında dəhşətli yanğın - Foto

    Şəki mərkəzi bazarında dəhşətli yanğın - Foto ...

    2-02-2014, 11:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu