GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sabiq vergi nazirinin işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası

Sabiq vergi nazirinin işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası

Tarix: 12-12-2017, 12:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 749
Sabiq vergi nazirinin işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası


Böyük məbləğdə vəsaitin gizli şəkildə ofşorlara çıxarılmasında Xaləddin İsgəndərovun da adı hallanır

Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması gündəmin əsas müzakirə mövzusuna çevrilib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin kollektivinə təqdimatı ortada ciddi mətləblərin olmasından xəbər verir.

Gələn məlumatlara görə, yaxın zamanlarda iri vergi məmurlarının, xüsusən də Fazil Məmmədovla yaxın qohumluq əlaqələrində olanların həbsi gerçəkləşə bilər. Çünki Prezident Administrasiyası rəhbərinin dilindən Fazil Məmmədovun fəaliyyətinin tənqid olunması sıradan bir hadisə deyil. Ramiz Mehdiyevin şəxsən Vergilər Nazirliyinə gedərək orada sabiq nazirlə bağlı tənqidi çıxış etməsi proseslərin çox ciddi bir axarla davam edəcəyini söyləməyə əsas verir. Məlumatlara görə, artıq proses başlayıb. Fazil Məmmədovun fəaliyyətini ucqarlardan - onun qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir və Gədəbəydə araşdırmağa başlayıblar.

Müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Bundan başqa məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə açılışı baş tutan Gədəbəy rayonunun yeganə stadionunu Fazil Məmmədov 2015-ci ildə özününküləşdirlib. Sovet dövründə inşa olunan, 2010-cu ildə əsaslı təmir olunmuş stadion bir gecənin içində rayon sakinlərinin üzünə qapadılıb. Sonrakı müddətdə isə Fazil Məmmədovun kadrı olan rayonun icra başçısı Ramiz Yediyarovun rəhbərliyi ilə stadionun meydançası darmadağın edilib. Stadiona 2010-cu ildə dövlət büdcəsindən ayrılan milyonlar da hədər gedib.

İddia olunur ki, Şəmkirdə və Gədəbəydə müəyyən olunanlar Fazil Məmmədovun işdən qovulma səbəbinin yanında çox kiçik faktlardır. Əsas səbəb Fazil Məmmədovun 18 illik nazirliyi dövründə vergi şəkilində yığılan və büdcədən yayındırılan böyük məbləğlərdir. İddia olunur ki, böyük pul kütlələrinin büdcədən yayındırılaraq ofşorlara yönləndirilməsində sabiq nazirin yaxın qohumu olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da adı keçir. Söhbətin 4 milyarda yaxın manatdan getdiyi vurğulanır.

Bun fakt məlum olandan dərhal sonra Fazil Məmmədovun işdən qovulması qərarı verilib. Sabiq nazirin həmin məbləğin yarısını qaytardığı haqda da bilgilər var. Deyilir ki, məhz buna görə Fazil Məmmədov və yaxın ətrafına daxil olan şəxslərə qarşı əməliyyatın başlanmasına göstəriş verilməyib.

Yaxın müddət ərzində vergi şəklində yığılaraq müxtəlif gizli hesablara yönləndirilən pullar geri qaytarılmasa, Fazil Məmmədovun qudası, vergilər nazirinin müavini postunu tutan Namiq Əliyev də sorğu-suala tutula bilər. Yeri gəlmişkən, qeyd edək ki, Fazil Məmmədovun qudası artıq işə çıxmır. Məlumatlara görə, Fazil Məmmədovun müşaviri olan Firuz Həsənov da artıq istefa ərizəsini yazıb. Vergilər nazirinin digər müşaviri, nazirə xüsusi yaxınlığı ilə seçilən Riyad Hüseynov işdən ayrılmaqla bağlı könüllü olaraq oxşar addım atıb. Yaxın günlərdə onların işdən ayrılması rəsmi təsdiqini tapacaq.

Fazil Məmmədov işdən çıxarılandan sonra hər gün “Yeni Həyat” yaşayış kompleksində yerləşən ofisində olur. Orada başına toplaşanlar isə yazıda adı keçən qohum-tanışları olan vəzifə sahibləridir. Sabiq nazirin və ətrafının, xüsusən Xaləddin İsgəndərovun psixoloji durumunun da son dərəcə gərgin olduğu deyilir.

Yada salaq ki, Fazil Məmmədovun 5 gün əvvəl prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad olunması ətrafında müzakirələr davam edir və çox güman ki, ən azı bu ayın sonunadək də davam edəcək. Əksəriyyət Fazil Məmmədovun səhhəti ilə əlaqədar işdən çıxarılmasına inanmır, onun istefaya göndərilməsində başqa səbəblərin olduğunu dilə gətirirlər. Fazil Məmmədov özü də açıqlamasında konkret fikir söyləməkdən yayınıb deyə müzakirələr bir qədər də qızışıb. Uzun illərdir vergilər naziri postunu tutan, bu müddət ərzində Azərbaycanın ən qüdrətli oliqarxlarından birinə çevrilən, var-dövləti milyardlarla ölçülən, səs-sədası hətta ofşorlardan belə gələn Fazil Məmmədovun “vurulması”nın sıradan bir hal olmadığı yəqinləşməkdədir. Hazırda Fazil Məmmədov “vurulmuş” nazir statusundadır, amma mümkündür ki, yaxınlarda onun statusu bir daha dəyişsin.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədov üçün həyəcan siqnalı çalındı

    Fazil Məmmədov üçün həyəcan siqnalı çalındı ...

    8-12-2017, 13:50

  • 
  • Fazil Məmmədovla Cahangir Hacıyevi birləşdirən “səhhət” məsələsi

    Fazil Məmmədovla Cahangir Hacıyevi birləşdirən ...

    7-12-2017, 12:30

  • 
  • FAZİL MƏMMƏDOVUN PREZİDENTƏ QARŞI ŞOK TƏXRİBATI

    FAZİL MƏMMƏDOVUN PREZİDENTƏ QARŞI ŞOK TƏXRİBATI ...

    14-10-2013, 09:42

  • 
  • Ramiz Mehdiyev yeni naziri kollektivə təqdim etdi

    Ramiz Mehdiyev yeni naziri kollektivə təqdim etdi ...

    6-12-2017, 21:33

  • 
  • Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik alıb?

    Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik ...

    25-07-2013, 12:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu