GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tovuz Gömrük İdarəsi və baş verən proseslər

Tovuz Gömrük İdarəsi və baş verən proseslər

Tarix: 7-01-2018, 17:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 008
Tovuz Gömrük İdarəsi və baş verən proseslər


Bunun nəticəsidir ki, özlərinə yüksək tərzdə varidat yığıb, həyatda hər şeyə nail olublar

Tovuz Gömrük İdarəsində baş alıb-gedən rüşvətxorluq, korrupsiya və özbaşınalıq halları səngimək bilmir. Onun ana xətti hesab edilən “Sınıq Körpü” sərhəd keçid məntəqəsində əhaliyə edilən zülm isə heç cürə bağışlanılmazdır. Yaşından asılı olmayaraq insanlar təqib və təzyiqlərə məruz qalırlar. Gözgörəsi vətəndaşların şəxsiyyəti alçaldılır, yeri gələndə gömrük işçiləri tərəfindən qulaqları pis söyüşlər də eşidir. Görəsən, bu səlahiyyəti onlara kim verib?
Tovuz Gömrük İdarəsində bir neçə məntəqə öz əksini tapır: “Sınıq Körpü”, “Poylu”, “Böyük Kəsik”, “Sadaxlı” və “Candargöl” gömrük məntəqələri. Bunların hər birində özlərindən razı olan məntəqə rəisləri işləyirlər. Məsələn, dili daş deyəndən Poylu gömrük məntəqəsinin rəisi vəzifəsində işləyən Surxay Zeynalov demək olar ki, həmin məntəqəni özəlləşdirib. Xidməti işində ağlı kəsən kimi hərəkət edir. Süründürməçilk və vətəndaşların haqqını tapdamağı özünə peşə seçib.
“Böyük Kəsik” gömrük məntəqəsinin rəisi Tohid Məsimov da uzun illərdi ki, bu orqandadır. O da Surxay Zeynalov kimi məntəqəni özəlləşdirib. “Sadaxlı” və “Candarğöl”ün əvvəlki məntəqə rəisləri dəyişilsə də yenə məntəqədə keyfiyyət yoxdur. Nizam-intizam bərbad gündədir. Vətəndaşların həmin məntəqələrdən narazılığı da öz yerində...

Tovuz Gömrük İdarəsi və baş verən proseslər


Bəs belə bir gömrük işçilərini guya təcrübəli mütəxəssis adından bu qədər işlətmək kimə xeyir edir? Əlbəttə ki, onun havadarlarına. Çünki onlar qanunsuz şəkildə əhalidən pul çıxarmağın yolunu yaxşı bilirlər. Bunun nəticəsidir ki, özlərinə yüksək tərzdə varidat yığıb, həyatda hər şeyə nail olublar. Özlərindən başqa cəmiyyətə 1 qara qəpik belə xeyirləri yoxdur.
Tovuz Gömrük İdarəsinin özündə lövbər salmış şəxslərdən biri də, idarənin rəis müavini Elmuraz Hüseynovdur. Bu şəxs yalnız özünü düşünən, necə deyərlər “bildiyini babasına verən” deyil. Hələ Elmuraz Hüseynov vaxtı ilə “Sınıq Körpü” Gömrük Məntəqəsində növbə rəisi vəzifəsində işləyərkən, rüşvətxor və qeyri - leqal yollarla pul qazanan olub. Mənbənin “Gündəm Xəbər”ə dediyinə görə, əsli Gürcüstandan olan Hüseynovun mal-mülkiyyəti yoxlanılsa, ölkənin yarısını rahat dolandıra bilər. Bəli, belə halda hər şey aşkardırsa, niyə rüşvətxor və korrupsionerlər kənar yerlərdə axtarılır? Adları çəkilən həmin şəxslər, yəni o qədərmi tapılmazdılar ki, onları əvəzedəcək kadrlar yoxdur?
Aparılan araşdırmalar göstərir ki, yuxarıda adaları çəkilən gömrük işçiləri dəbdəbəli həyat sürülər. Hətta, onlardan bir neçəsi ölkəmizdəki istirahət mətkəzlərini bəyənməyib, xaricdə dincəlirlər. Xarici pasportlarına vurulan möhürlər deyilənləri sübuta yetirir.
Onu da demək yerinə düşər ki, Azərbaycanda hər bir sahəyə avropasayağı yanaşılıdığı halda hələ də gömrük “monopoliyası” və orada çalışan “ordu” inzibati-amirlik çərçivəsindən çıxa bilmirlər. Bunların başında isə rüşvət və korrupsiya halları durur. Tovuz Gömrük İdarəsinin tabeçiliyində olan məntəqədə çalışanlar daha dəhşət formada özlərini büruzə verirlər. Yerli və xarici vətəndaşlarla onların rəftarı hər şeyə son qoyur. Elə hallar olur ki, vətəndaşı rahatca heç nəyin üstündə vura da bilirlər. İmtiyazlarını bilməyən vətəndaşlar isə acizyana şəkildə qorxmağa üstünlük verirlər.
Xaricdən ölkəmizə gələn vətəndaşlarla rəftar isə həm ağlamalı, həm də gülməlidir. İstər-istəməz nəsə qoparmağa çalışır, bir şey əldə etməyəndə kobudcasına yola salınırlar. Onların gömrükdəcə millətimizə qarşı qəlbində etiraz yarnmağa başlayır. Halbuki, burada millətin heç bir günahı yoxdur. Vətənpərvərlik, qonaqsevərlik kimi atributları bu cür gömrük işçilərinin kobud rəftarına heç cürə qurban vermək olmaz.
Bəzən sərhəd keçid gömrük məntəqələrindən tez-tez keçib gedən dolanması üçün az miqdarda pampers, yuyucu toz, kolbasa, sosiska , meyvə və sairə kimi məhsullar gətirən vətəndaşlarla gömrük işçiləri arasında dava-dalaş da olur. Əlbəttə, vətəndaşlar da gömrük haqqında verilən qanunlara tabeçilk göstərməlidir. Bu öz yerində. Vətəndaşların isə dediyi budur ki, qanun qanundu. Bəs necə olur ki, gecə və gündüz gömrükdən rüsumsuz və ya cüzi rüsumla qiymətli mallar keçirən iri maşın sahiblərinə qanun şamil edilmir? Əslində isə düzgün fikirdi. Məsələ isə aydındır. Bir ildən artıq vaxtdır ki, “qara paket”ləri kəsilən gömrük işçiləri onun yerini doldurmaq üçün rüşvətxorluq və korrupsiyaya yol verməlidirlər, ya yox? Əslində onlar “qara paket” alanda da korrupsiya və rüşvətxorluqla məşğul olublar. Yenə də davam etdirirlər.
Azərbaycan gömrük orqanı və orada çalışanlar haqqında qəti tədbirin görülməsinin də vaxtı çoxdan keçib. Onu da qeyd edək ki, vergi və onun başında duran korrupsioner sabiq nazir Fazil Məmmədov haqqında tənqidi yazanda çoxlarının təqib və təzyiqlərinə məruz qaldıq. Həmişə də günahkar hesab edilirdik. Şükürlər olsun ki, bir neçə il bundan əvvəl vergi haqqında söylədiklərimiz bu yaxınlarda prezident sərəncamı ilə öz həllini tapdı. Əslində, bu proses, yəni Fazil Məmmədovun taxtdan salınması çoxdan olmalıydı.
Yəqin ki, qaldırdığımız məsələ də gec-tez öz həllini tapacaq. Biz isə redaksiya olaraq mövzunu gündəmdə saxlayacağıq.

Anar Baxış
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Surxay Zeynalov gömrüyü “özəlləşdirib”

    Surxay Zeynalov gömrüyü “özəlləşdirib” ...

    6-04-2016, 12:03

  • 
  • Tovuz Gömrük İdarəsində tabesizlik

    Tovuz Gömrük İdarəsində tabesizlik ...

    18-01-2014, 11:15

  • 
  • «Sınıq körpü»də əhaliyə divan tutulur

    «Sınıq körpü»də əhaliyə divan tutulur ...

    25-12-2012, 12:14

  • 
  • “Sınıq körpü”də “sındırılan” dövlət – GÖMRÜK BİABIRÇILIĞININ SİRLƏRİ

    “Sınıq körpü”də “sındırılan” dövlət – GÖMRÜK ...

    13-01-2017, 20:30

  • 
  • Azərbaycan - Gürcüstan sərhəddindəki “Sınıq körpü”də ETİRAZ AKSİYASI

    Azərbaycan - Gürcüstan sərhəddindəki “Sınıq ...

    12-11-2013, 15:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu