Bu haqda ilginc məlumat sahibkarlıqla məşğul olan şəxslərdən daxil olub. Mənbənin verdiyi məlumata görə yeni ildən qabaq Tovuz Gömrük İdarəsinə təzə təyin olunmuş rəis Mehman Sadıqovu, həmin idarənin tabeçiliyində olan “Sınıq Körpü” Sərhəd Gömrük Keçid Məntəqəsinin rəisi Kənan Məmmədov hesaba almır. Yəni onun verdiyi tapşırıqlara əməl etmir. Məsələn, adının çəkilməsini istəmədiyimiz bir nəfər mülki şəxs öz yaşayış evinin təmiri üçün Gürcüüstandan 30 ədəd “acipan” gətirəcəyi haqqında Mehman Sadıqovdan icazə almasına baxmayaraq, Kənan Məmmədov buna yol verməyəcəyini bildirib. Həm də “ Mehman Sadıqov Tovuz Gömrük İdarəsinin rəisi olsa da mən onu eşitmirəm!” kəlamları ilə həmin şəxsin diqqətinə çatdırıb. Bundan əlavə, az bir müddətdə “Sınıq Körpü” Gömrük Məntəqəsinə rəislik edən Kənan Məmmədov bu yaxınlarda buraxılışı qadağan olunan əşyaların ölkəmizə daxil olmasına maneəçilik etmədiyi haqqında şaiyələr də yayılıb. Yəqin ki, aidiyyəti orqanlar bu məsələni bizdən daha yaxşı bilirlər. Onu da qeyd edək ki, Gürcüstanda 1 ədədi 4 manat 50 qəpik olan “acipan” ökəmizdə 11-12 manata satılır. Başqa yeyinti məhsulları kimi bu da monopolistlərin əlinə keçdiyi üçün “acipan”ın da adi şəxslər tərəfindən Gürcüstandan gətirməsi qeyri-qanuni şəkildə qadağan olunub. Hacalı
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?