Ağsaqqallar Şurasına rəhbərlik edən şəxs nədən dogma kəndindən köçüb?
Qəzetimizin ötən saylarımızın birində Yardımlı rayonunun Arus kənd sakini Sadıqov İntiqam Əli oğlu tərəfindən redaksiyamıza (saytımıza) daxil olan şikayət məktubunu işıqlandırmışdıq. Şikayətçi bizə yenidən məktub ünvanlayıb.
“Gündəm Xəbər”ə daxil olan şikayət məktubunda İntiqam Sadıqov bildirir ki, ötən məqalə qəzetimizdə dərc olunduqdan sonar Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov Səfqulu Babayevin vasitəsilə ona müxtəlif üsullarla təzyiqlər edir və problemlər yaratmağa çalışır.
İntiqam Sadıqovun sözlərinə görə, rayonun ən böyük kəndlərindən olan Arus kəndinə təbii qaz verilmədiyinə görə sakinlər odun yandırmağa məcburdurlar. Hal-hazırda işsiz olan şikayətçi pulu olmadığına görə həyətində olan yaşlı cinar ağacını kəsmək məcburiyyətində qalıb. Bunu fürsət bilən həmkəndlisi Səfqulu Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İntiqam Sadıqovdan şikayət ünvanlayıb.
Şikayətçinin bildirdiyinə görə, vaxtilə meşə təsərüfatını talayan və hal-hazırda meşədən “QAZ-53” markalı maşınla odun daşıyıb həyətində odun satan birinin, məcburiyyətdən bağındakı yaşlı çinar ağacını kəsdiyinə görə ondan şikayət etməyi yersizdir. Şikayətçi Səfqulu Babyevin ailə vəziyyəti haqqında da məlumat verib. O bildirir ki, Səfqulu Babayevin bir oğlu var. Hərbi xidmətdə olmayan, atasının “bacarığı” hesabına psixi xəstə sənədi alan evin tək oğlu Elşad Babayev Arus kəndində sürücülüklə məşğul olurmuş. Elşad Babayev şəxsi “QAZ-53” markalı maşını ilə ot daşıyan zaman kənd sakinlərindən birinin ölümünə səbəb olan qəza törədib. Lakin bu cinayətin üstü ört-basdır edilib.
Şikayətçi yazır ki, ölən adamların yaxınları Səfqulu Babayevdən çəkindikləri üçün polisə şikayət belə etməyiblər. Beləcə bir ailəni başsız qoyan Elşad Babayev sərbəst qalır.
Şikayətçi qeyd edir ki, Elşad Babayev hal-hazırda rayonda yaşamır. Onun rayonu tərk etməsinin səbəbi isə tamamilə başqa məsələdir. Şikayətçinin iddiasına görə, sən demə, Elşad Babayevin arvadı kənd cavanlarının biri ilə sevgi macərası yaşayırmış: “Necə olursa, bu intim görüntülər kənd camaatıın arasında yayılır və internetə yerləşdirilir. Kənd içində rüsvay olan Səfqulu Babayevin oğlu kəndi tərk etməyə məcbur olur. Elşad Babayev artıq 4-5 ildir ki, Biləsuvar rayonunda məskunlaşıb. Şikayətçi qeyd edir ki, kənd sakinlərinin əksəriyyətinin nifrətini qazanan Səfqulu Babayev öz qardaşının ailəsi ilə də düşmən kimidir. Hətta münasibətlər o dərəcədə kəskinləşib ki, Səfqulu Babayev doğma qardaşının yas məclisində də iştirak etməyib”.
Şikayətçi yazır ki, belə bir ailəyə sahib olan şəxsin hal-hazırda zona üzrə YAP-nın və Ağsaqqallar Şurasının sədri işləməyi sözün əsl mənasında paradoksdur: “Bir şəxs ki öz ailəsinə sahib dura bilmirsə, ağsaqqallıq edə bilmirsə, necə olur ki, zona üzrə Ağsaqqallar Şurasının sədri olur? Savadlı, gənc kadrları işdən azad edib, bu cür təhsilsiz və cəmiyyətə mənfi nümunə olan şəxslərin vəzifədə saxlanılması hansı məntiqə əsaslanır? Yardımlı Rayon İcra Hakimiyyəti başçısının bütün bu suallara cavabının olub-olmadığı isə məlum deyil”.
Göründüyü kimi, Arus sakini öz həmkəndlisi barədə ciddi ittihamlar səsləndirir. Onun kənddə biabır olduğunu və bu səbəbdən başqa rayona köçməyə məcbur olduğunu bildirir. Əgər şikayətçinin dedikləri doğrudursa, o zaman doqrudan da həmin şəxsin hakim partiyanın yerli təşkilatında yuxarı vəzifə tutuması, eləcə də Ağsaqqallar Şurasında təmsil olunması doğrudan təəccüb və maraqlı suallar doğurur. Təəssüf ki, yazı çapa hazırlanarkən, Yardımlı Rayon İcra Hakimiyyəti, eləcə də barəsində ittihamlar səsləndirilən Səfqulu Babayevlə əlaqə saxlamaq mümkün olmadı. Bununla belə “Gündəm Xəbər” olaraq, Yardımlı RİH başçısı və yazıda adı hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?