“Mənə ayrılan, hətta hərraca çıxarılan torpaq sonra hazırda həbsdə olan Vidadi Zeynalova satıldı”
Regionxeberleri.com bildirir ki,Şamaxı rayonu Çuxuryurd kənd sakini Abdullayev Fərhad İslam oğlu azinforum.az-a verdiyi videomüsahibədə bildirib ki, hazırda Sabirabad rayonunun icra başçısı işləyən Nazim İsmayılov vaxtilə Şamaxıya rəhbərlik edəndə onu aldadaraq pay torpağını əlindən alıb əvəzində isə heç nə verməyib. Şikayətçinin sözlərinə görə, dövlət ehtiyacı yarandığı səbəbindən o, pay torpağından könüllü olaraq imtina edib. Sabiq icra başçısı və onun tabeçiliyində olan adamlar kənd sakininə imtina etdiyi ərazinin əvəzinə başqa topaq sahəsi veriləcəyini vəd etsələr də, bunu etməyiblər.
Şikayətçi daha bir maraqlı məqama toxunaraq bildirib ki, sonra ona rayon mərkəzinə yaxın yerdə torpaq sahəsi göstəriblər və o, həmin yerlə razılaşıb. Hətta bununla bağlı hərracın keçirildiyini də iddia edir. Abdullayev Fərhad bildirir ki, sonradan ona verilməsi nəzərdə tutulan, hətta hərraca çıxarılan yerin hazırda həbsdə olan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalova satıldığını öyrənib. Onun sözlərinə görə, hazırda həmin ərazidə yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bir sözlə, şikayətçi Azinforum.az vasitəsilə ölkə başçısına müraciət edərək, rastlaşdığı haqsızlığa əncam çəkilməsini istəyir.
Azinforum.az Abdullayev Fərhadın videomüraciətini təqdim edir.
Şikayətçi tərəfindən adalrı çəkilən hər şəxsin mövqe bildirmək hüququnu tanıyırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?