GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsil nazirinin təyin edilməməsinin İLGİNC SİRRİ

Təhsil nazirinin təyin edilməməsinin İLGİNC SİRRİ

Tarix: 14-01-2018, 23:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 522
Təhsil nazirinin təyin edilməməsinin İLGİNC SİRRİ



Bir aydan çoxdur ki, Təhsil naziri postunun boş qalması məsələsi ciddi müzakirə mövzusuna çevrilib. Bir qisim şəxs hesab edir ki, hakimiyyətdaxili qruplaşmaların bu post uğurunda kəskin mübarizəsi yeni nazirin təyinatını gecikdirir. Başqa bir fikrə görə isə ölkə başçısı bu posta yaxından tanıdığı, etibar etdiyi şəxsi gətirmək istəyir, buna görə də tələsmir.

gundemxeber.az bildirir ki, "BakuPost"a daxil olan ilginc məlumatda isə gecikmənin tam başqa səbəblərlə bağlı olduğu bildirilir. Hökumətə yaxın dairələrdən sızdırılan xəbərə görə, yeni nazirin təyin edilməməsi heç də kadr məsələsilə bağlı deyil. Hökumət Təhsil Nazirliyinin strukturunu dəyişmək, bir sıra qurumları ona birləşdirməklə tam yeni nazirlik yaratmaq niyyətindədir. Bu planın həyata keçirilməsi üçün ciddi müzakirələr aparılır və yəqin ki yaxın günlərdə yekun qərar veriləcək.

Təhsil Nazirliyinə birşlədiriləcək qurumlar arasında əsasən Azərbaycan Milli Elmlər Akademiyası və Gənclər və İdman Nazirliyinin adı çəkilir. Məlumata görə AMEA-nın əlahiddə bir qurum kimi fəaliyyət göstərməsi indiki halda məqsədə müvafiq hesab edilmir. Xatırladaq ki, bu qurumun ləğv və ya başqa qurumlara birləşməsi məsələsi xeyli əvvəl gündəmə gəlmişdi. Hər il dövlət büdcəsindən AMEA-ya xeyli vəsait ayrıldığı, amma bunun müqabilində yüksək səviyyəli işlərin görülmədiyi vurğulanırdı. Eyni zamanda AMEA-nın tərkibində fəaliyyət göstərən elmi tədqiqat institutlarının fəaliyyətində ciddi problemlərin olduğu, struktur dəyişikliyinə, müəyyən fəaliyyət mexanizmini təkmilləşdirməyin vacibliyi bildirilirdi.

Əsas məsələ isə Gənclər və İdman Nazirliyi ilə bağlıdır. Bu qurumun Təhsil Nazirliyinə birləşdirilməsini vacib hesab edən şəxslərin fikrinə görə, idmanın inkişafı Azərbaycanın prioritet məslələrindən biri olsa da, buna təhsildən əlahiddə bir sahə kimi baxmaq bir çox neqativlərə gətirib çıxarır.

Təhsil eksperti Etibar Əliyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, AMEA ilə Təhsil Nazirliyinin birləşdirilməsi məsələsi gündəmdə deyil:

"Təhsil Nazirliyi ilə AMEA-nın bir qurumda cəmləşməsi gözlənilən deyil. Çünki hətta bir çox görülən işlər görüntü xarakteri daşısa belə, AMEA rəhbərliyi xeyli islahat aparmağa çalışır. Bəzi işlər görürlər ki, bunlar bir növ təhsil sahəsinə aid olan məsələləri AMEA-nın öz üzərinə götürməsi kimi xarakterizə oluna bilər. AMEA rəhbərliyi bu birləşmə məsələlərini göz önünə gətirərək, təhsil istiqamətində xeyli qurumlar yaradır, təsisatlar formalaşdırır və s. Bir müddət əvvəl AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsi məsələsi ortaya çıxanda artıq sanki bir rəqabət mühiti formalaşdı. Universitetlərdə tədqiqatların kəmiyyət və keyfiyyətilə AMEA-dakı tədqiqatların kəmiyyət və keyfiyyəti arasında müqayisələr aparılmağa başladı. Düşünürəm ki, yaxın gələcəkdə AMEA-nın ləğvi nəzərdə tutulmur. AMEA dövlətin elm siyasətində özünəməxsus yer tutur. Eyni zamanda istər sosial, siyasi, elmi baxımdan müəyyən statusa malikdir. O, öz statusunu qorumağa çalışır”.
Ekspert Gənclər və İdman Nazirliyi ilə də Təhsil Nazirliyinin birləşdirilməsini real hesab etmir: "Bunlar tamam fərqli sahələrdir. Gənclər və İdman Nazirliyini təhsil sferasına tam aid etmək mümkün deyil. Ayrıca qurum kimi fəaliyyəti daha məqsədəuyğundur”.

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın fikrincə, AMEA ilə Təhsil Nazirliyini birləşdirmək xeyli çətinliklər yarada bilər:

"AMEA-nın funksiyası ayrıdır, Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliyinin ayrı. Əslində, AMEA ilə Təhsil Nazirliyi birləşdirilə bilər. Amma indiki məqamda bu ideyanın həyata keçirilməsi çətindir. Təhsil və Elm Nazirliyi yaranarsa, onda gərək, AMEA ləğv olunsun. O zaman da böyük çətinlik olacaq. Gənclər və İdman Nazirliyi ilə birləşmə iddiası isə inandırıcı deyil”.

İqtisadçı Natiq Cəfərli Təhsil Nazirliyi ilə digər bir qurumun birləşdirilməsinin büdcə üçün də xeyirli olacağını düşünür:

"Təhsil Nazirliyi çox strateji nazirlikdir. Onun Gənclər və İdman Nazirliyi ilə birləşdirilməsi doğru yanaşma olmazdı. Çünki Təhsil Nazirliyi strateji məsələlərlə məşğuldur. Təhsil çox ciddi istiqamət olduğu üçün belə birləşməni effektiv saymaq olmaz. Amma elmlə təhsili birləşdirmək olar. Yəni AMEA ilə Təhsil Nazirliyini birləşdirmək, elmi işin universitetlərə ötürülməsinə edilməsinə start vermək, elmlə təhsili birləşdirmək lazımdır. Bu, daha ciddi effekt verər. Çünki bizdə elm istehsalatdan, iqtisdiyyatdan tamam ayrı fəaliyyət göstərir. Elmi nailiyyətlərin istehsalatda, iqtisadiyyatda tətbiqini biz görmürük. Bu iki qurumu birləşdirib Elm və Təhsil Nazirliyi yaratmaq daha məqsədəuyğun olar”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil nazirliyi  təkzib etdiyi xəbər düz çıxdı

    Təhsil nazirliyi təkzib etdiyi xəbər düz çıxdı ...

    14-08-2013, 10:32

  • 
  • Yeni təhsil naziri - Fərəh Əliyeva

    Yeni təhsil naziri - Fərəh Əliyeva ...

    8-12-2017, 15:35

  • 
  • Mikayıl Cabbarov əvvəlki nazirin “vurduğu” kadrlara vəzifə verir

    Mikayıl Cabbarov əvvəlki nazirin “vurduğu” ...

    5-09-2013, 16:14

  • 
  • Təhsil Nazirliyində xeyli yüksək vəzifə boş qalıb (SİYAHI)

    Təhsil Nazirliyində xeyli yüksək vəzifə boş qalıb ...

    29-05-2013, 11:43

  • 
  • Məktəb direktorları yeni qayda ilə təyin olunacaq

    Məktəb direktorları yeni qayda ilə təyin olunacaq ...

    5-01-2016, 13:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu